İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Xocalı Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocavənd rayonu

Dünən Putin və İlham Əliyev arasında keçirilən görüşdə Kreml rəhbəri Azərbaycan Prezidentinə kompromisli qərarla bağlı təşəkkür etdi. Vladimir Putin “kompromisli qərarlarla” bağlı Əliyevi təşəkkür etməklə nə demək istədi? Söhbət hansı kompromislərdən gedir? Dalidag.az xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın ən böyük kompromisi odur ki, müharibədə məğlub olan Ermənistana sülh sazişini qəbul

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından

“Rusiya Müdafiə Nazirliyinin Laçın dəhlizi və Qarabağda yerləşdirdiyi silahlı qüvvələrindən çox əcaib bir bəyanat yayılıb. Bəyanatda 13 iyulda Azərbaycan və Ermənistan ordusu arasında Şuşanın şimalı qərbində atışma olub, ancaq tələfat olmayıb deyə qeyd olunur”. Dalidag.az xəbər verir ki, belə bir açıqlama ilə Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev çıxış edib. O, qeyd edib ki, belə bir əcaib bəyanatdansa, Rusiya MN Ermənistan ordusunu Şuşanın şimalında kim və nə vaxt yerləşdirib onu

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. İyulun 17-si saat

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub. Dalidag.az bildirir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib. Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.

ABŞ və Fransa regionu yenidən təhlükəyə sürükləyən mövqe nümayiş etdirirlər. ABŞ dövlət katibi Entoni Blinkenin və Fransanın Ermənistandakı səfiri Conatan Lakottın açıqlamaları özündə yeni regional riskləri də ehtiva edir. Blinken Ermənistanda baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla telefon söhbətində bildirdi ki, “Dağlıq Qarabağ”dakı müharibədən sonra yaranmış status-kvo sabitiliyə təminat vermir və Minsk qrupunun fəaliyyəti bərpa edilməlidir”. ABŞ dövlət katibinin məhz

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağda döyüş hazırlığı keçib. Dalidag.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Təlim zamanı hərbçilər minaatanları döyüş vəziyyətinə gətirmək bacarıqlarını təkmilləşdiriblər. Əsgərlər təlim atışları da həyata keçiriblər. Sülhməramlılardan təlimdə 150 nəfərin iştirak etdiyi vurğulanıb. Dalidag.az

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Dalidag.az
Yazı axını