Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb. Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır. Dalidag.az

Xəbər verildiyi kimi, mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Burada ilk dəfə olaraq şəhər mərkəzinin necə qurulacağı açıqlanıb. Ağdamda əhalinin 70%-i çoxmərtəbəli binalarda yaşayacaq Ağdamın yenidən qurulmasının detalları barədə prezidentə “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov məlumat verib. O xatırladıb ki, şəhərin planına rayon ictimaiyyəti ilə bir yerdə

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin hava hücumundan müdafiə (HHM) vasitələrinin məhv edilməsinin videogörüntülərini yayıb. Dalidag.az həmin görüntləri təqdim edir:

Rusiyanın Sərhəd Qoşunları Zəngəzurda mövcudluğunu artırıb. Dalidag.az xəbər verir ki, bu məlumatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yayıb. Onun sözlərinə görə, sərhəd qoşunlarının yeni kontingentinin bölgəyə gətirilməsi, Azərbaycan və Ermənistan sərhədindəki situasiya ilə əlaqədardır. O, Ermənistandakı Rusiya hərbçilərinin artan yüklə xidmət etdiyini vurğulayıb. Qeyd edək ki, bundan öncə Ermənistan hökuməti Qafan, Mehri və Texdə Rusiyaya pulsuz əsasda torpaq sahələrin verilməsi

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı və onun komandasını ən çox tənqid edənlərdən biri ölkənin ilk prezidenti Levon Ter-Petrosyandır. Keçmiş dövlət başçısı indiki hakimiyyəti bacarıqsız adlandırıb. Ter-Petrosyan Paşinyan komandasının zamanında Qarabağı Azərbaycana qaytarmaq imkanını əldən verdiyini, məhz buna görə böyük məğlubiyyətə uğradığını deyib. Dalidag.az xəbər verir ki, Paşinyan Ermənistanın ilk prezidentinin ittihamlarına cavab verib. Baş nazir

2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 mayına qədər Ermənistanda ikinci Qarabağ müharibəsində həlak olmuş 3 753 hərbi qulluqçunun meyiti məhkəmə-tibb ekspertizasından keçirilib. Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. Mayın 25-ə olan məlumata əsasən həlak olmuş hərbi qulluqçuların meyitlərindən və qalıqlarından götürülmüş 48 analiz nümunəsi hələ yoxlanılmayıb. Mətbuat isə qeyd edib ki, mayın 24-ə qədər Qarabağda itkin düşmüş hesab edilən 1 557

Azərbaycanın suverenliyini bərpa etmədiyi ərazilərdə - Qarabağın yuxarı hissəsində tam hakimiyyəti bərqərar etməyin yolu kimi antiterror əməliyyatları təklif olunur. Cəmiyyətdən və siyasətçilərdən vaxtaşırı belə çağırışlar səslənir ki, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə və ən əsası Xankəndində suverenliyin təmin olunmasının, orada qalan silahlı erməni dəstələrinin, araiklərin, balasanyanların zərərsizləşdirilməsinin mexanizmi məhz ordumuzun əməliyyatlarından keçir. Lakin hərbi əməliyyatların

İki bacının bircə qardaşı, ailənin kiçiyi və ən sevimlisi idi. Hələ uşaqlıqdan sapsarı saçları, göy gözləri ilə hamının diqqətini cəlb edirdi. Hamı onu “Əbi” deyə, çağırar, əzizləyərdi. Tale elə gətirdi ki, bu yaraşıqlı və gözəgəlimli oğlan təkcə doğulub-böyüdüyü kəndin, el-obanın yox, onu tanıyanların da, tanımayanların da sevimlisinə çevrildi. Şəhidliyi ilə hamının gözündən ucaldı. Eyvazov Əbülhəsən Balaş oğlu 1996-cı il noyabrın 1-də Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuşdu. Hələ 9

Ermənistanda parlament seçkiləri qabağı gərginliyin yenidən artması təsadüf deyil. Gərginlik məqsədli surətdə artırılır. Unutmamalıyıq ki, Qarabağ klanının hələ də erməni ordusu içərisində mövqeləri güclüdür. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mayın 24-dən 26-nadək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərinin Ermənistanın Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən

“Mayın 25-də Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan - Azərbaycan sərhədindəki atışma nəticəsində müddətdən artıq hərbi xidmətdə olan 1989-cu il təvvəllüdlü kiçik cavuş Gevorq Yuryeviç Xurşudyan öldürülüb”. “Caliber”in növbəti süjetində bu barədə məlumat verilir. Videomaterialda erməni hərbçisinin öldürülməsi ilə bağlı ölkənin Müdafiə Nazirliyi və İstintaq Komitəsinin fərziyyələrinin bir-birindən kəskin şəkildə fərqləndiyi qeyd olunur. Həmçinin məsələ ilə bağlı bütün mövcud
Yazı axını
 
 
 
 
 
 
29 / 04 / 2024