Reklam

Ekspert və mütəxəssislər Azərbaycanın daha geniş hədəfləri olduğunu çəkinmədən xalqa çatdırmalıdır. Dalidag.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Qrant Melik-Şahnazaryan deyib. Erməni ekspertin sözlərinə görə, Azərbaycan uzunvədəli layihələr icra etdiyi üçün Zəngəzur (Sünik) məsələsinə ayrı problem kimi yanaşmaq doğru olmazdı: "Azərbaycan hərbi qüvvələri Göyçə mahalında (Geqarqunik) elə mövqelərə nəzarət edirlər ki, oradan bir və ya bir neçə saat ərzində Səlim
Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi quruldu - İran maşınları vergi ödəyir...
(22-10-2021, 12:30)
(22-10-2021, 12:30)

Bundan sonra İrandan Ermənistana yük daşıyan TIR-lar Azərbaycanın Gorus-Qafan yolu üzərində qurduğu gömrük-buraxılış məntəqəsindən keçib gedəcək. Erməni KİV-ləri xəbər verir ki, bu haqda ötən gün Gorus şəhərinin vitse-meri Karo Köçəryan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi yolda nəzarət məntəqəsinin tikintisini başa çatdırıb. Və hazırda məntəqənin qarşısında çoxlu sayda İran TIR-ları keçmək üçün növbə gözləyir. Köçəryan habelə deyib ki, Azərbaycan tərəfi Gorus-Qafan

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Dalidag.az xəbər verir ki, ötən ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub. Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb. Ötən ilin bu günü həmin müjdəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Ötən ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub. Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb. Ötən ilin bu günü həmin müjdəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb. Dövlət

Sünik vilayətindən Ağdağın Azərbaycanın nəzarətinə keçməsinə dair rəsmən təsdiqlənməmiş məlumatların daxil olmasına baxmayaraq, AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun kameraları həmin yüksəklikdə Ermənistan və Azərbaycanın bayraqları ilə yanaşı Rusiya bayrağının da olduğunu qeydə alıb. Bununla belə, xəbərdə qeyd edilir ki, həmin yüksəkliyə ən yaxın məntəqə olan Aqarakdan çəkilmiş videoda orada hərbçilərin olub-olmaması, habelə bayraqlar arasında nə qədər məsafənin olması bilinmir.

Zəngilan şəhərinin işğaldan azad edilməsinin 1 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır. Dalidag.az

Qarabağda yaşayan ermənilər demək olar ki, hər gün rus sühməramlılarına yaxınlaşaraq köçmək üçün müraciət edirlər. Onlar Qarabağda yaşamaq istəmirlər. Ermənilər deyir ki, bu torpaqlarda onları məcbur saxlayırlar. Dalidag.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Samvel Ohanesyan çıxış edib. “Biz Qarabağda yaşayan ermənilər ilə mütamadi söhbətlər edirik. Onların sayı hər gün azalır. Hamı Qarabağı tərk etmək barədə düşünür. Bu bizim üçün əsl faciədir. Elə çıxır ki, yaxın vaxtlarda

"Qafan ilə Azərbaycan sərhədində yerləşən Ağdağ yüksəkliyi (ermənilər Pela dağı deyir) ordumuzun nəzarətinə keçib". Bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib. Bildirək ki, bu, sərhədlərin delimitasiyası və demarkasiyası sayəsində mümkün olub. Qeyd edək ki, Ermənistan mətbuatında da bu yüksəkliyin Azərbaycana təhvil veriləcəyi ilə bağlı məlumatlar yayımlanırdı

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam etdi. Oktyabrın 17-də bir sıra ərazilər işğaldan azad edildi. Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı, Dədəli kəndləri işğaldan təmizlənmişdi. Müzəffər Azərbaycan Ordusu Füzuli şəhərini də həmin tarixdə işğaldan azad etmişdi.
Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























