Reklam
İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur
25-11-2021 10:52
Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək üçtərəfli görüş haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu dəhlizlər arasında bircə Laçın nəqliyyat dəhlizi normal işləyir, hərçənd Azərbaycanın bu dəhlizlə bağlı iddiaları var:
“Çünki Şuşadakı terror aktına bənzər hadisələr Laçın dəhlizindən partlayıcıların keçirilməsi ilə baş tutub. Buna görə də Bakı sonda Azərbaycanın hüquq-mühafizə strukturlarının Laçın dəhlizində yerləşdirilməsini tələb edə bilər”.
Ekspertin fikrincə, əsas müzakirə olunacaq məsələ Zəngəzur dəhlizidir:
“Ermənistan qorxur ki, bu nəqliyyat dəhlizi kifayət qədər böyük həcmdə yaradılarsa, Azərbaycan gücləndikcə bu nəqliyyat dəhlizindən istifadə edərək Ermənistanda Sünik vilayəti adlandırılan Zəngəzurdakı bütün nəzarəti ələ keçirər və Ermənistan İranla olan sərhədlərini itirər. Bu, Ermənistan üçün olduqca çətin bir sualdır. Ona görə də bu istiqamətdəki danışıqların inkişafına mane olur, təkidlə bunun dəhliz deyil, yalnız nəqliyyat kommunikasiyası olmasını istəyir”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 25-11-2021 10:52
Baxış sayı: 3248Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























