Reklam

Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Prokurorluq

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür. Qarakənd faciəsindən 30 il ötür. 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır: Tofiq Kazım oğlu İsmayılov –

Azərbaycan Qarabağda bütün yolları nəzarətə götürüb. Dalidag.az xəbər verir ki, bu sözləri erməni separatçıların lideri Araik Arutyunyan "parlamentin" növbədənkənar iclasındakı çıxışı zamanı deyib. "Mən həmvətənlərimi panikaya düşməməyə, sadəcə hərəkəti məhdudlaşdırmağa, yalnız zəruri hallarda hərəkət etməyə çağırıram. Çünki Azərbaycan artıq yolları nəzarətə götürüb", - Arutyunyan bildirib./musavat.com Dalidag.az

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-i saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Paşinyan Rusiya Müdafiə Nazirliyinin Azərbaycan-Ermənistan sərhədində demarkasiya-delimitasiya prosesinin hazırıq mərhələsinə keçməsi ilə bağlı təklifinə razı olduqlarını açıqladı. Bu, erməni təxribartına cavab olaraq, Azərbaycan Ordusunun sərhəddə keçirdiyi döyüş əməliyyatının nəticə verdiyi, İrəvanı razılaşmağa məcbur olduğu deməkdir. Döyüşlərdən sonra Paşinyanın razılaşacağı da gözlənilən idi. Burada diqqətçəkən məqam Rusiya MN-nin Paşinyanın dünənki çıxışından sonra İrəvana hazırlıq

İranlı Qafqazşünas şərhçi Həmid Qüdsi Azərin “Tasnim”də “Paşinyanın Ermənistan müdafiə nazirini istefaya göndərməsinin pərdəarxası” başlıqlı məqaləsi dərc olunub. Dalidag.az xəbər verir ki, həmin məqalədə Ermənistandakı durum, keçmiş müdafiə naziri Arşak Karapetyanın vəzifədən azad olunmasının pərdəarxası məqamları əks olunub. Yazıda dərc olunub ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri dördüncü dəfə müdafiə nazirini dəyişib: "Lakin əsas məsələ Arşak Karapetyanın niyə və

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan yeddi hərbi qulluqçumuzdan biri də kiçik çavuş Əliyev Natiqdir. Dalidag.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, şəhidimiz sanitar-təlimatçı olub. O, iki gün öncə gedən döyüşlərdə yaralı hərbçimizi təxliyyə edən zaman şəhidlik zirvəsinə ucalıb. Belə ki, təxliyyə zamanı düşmən beynəlxalq hüququn normalarını pozaraq, Natiq Əliyevin içində olduğu sanitar maşınını atəşə

Erməni KİV-ləri sərhəddə dünən baş verən toqquşmada guya Azərbaycan əsgərinin əsir götürüldüyünü iddia ediblər. Dalidag.az xəbər verir ki, düşmən təbliğat maşını yalanını həqiqət kimi sırımaq üçün hətta “əsirin fotosu”nu da yayıb. Qısa araşdırmadan sonra isə bəlli olub ki, fotosu yayılan əsgər Anar Hidayət oğlu Əliyevdir. O, 44 günlük Vətən müharibəsi zamanı yaralanaraq, əsir düşüb və əsirlər dəyişdirilərkən, ölkəmizə qaytarılıb./axar.az Dalidag.az

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub. Dalidag.az Müdafiə Nazirliyinə istinadla şəhidlərin adlarını təqdim edir: - leytenant Niftəliyev Ümüd Oruc oğlu; - gizir Cabbarov Orxan Hətəm oğlu; - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu; - əsgər Ağayev Elçin Mərifət oğlu; - əsgər Əlizadə Elmin Samir oğlu; -
Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























