Reklam
Şuşaya iki dəfə hücum etdik – Paşinyan
11-11-2021 12:01

Azərbaycan Ordusunun Şuşanın işğaldan azad edilməsi əməliyyatının bir ilinin tamam olması ilə əlaqədar Ermənistan Baş naziri Nikol Paşinyanın bu mövzuda müsahibəsi yenidən gündəmə gəlib.
Dalidag.az xəbər verir ki, Şuşanın azad edilməsindən bir həftə sonra mediaya müsahibəsində Nikol Paşinyan bunları demişdi:
“Şuşanı qaytarmaq üçün iki dəfə cəhd etdik, ikisi də uğursuz oldu. Məsələn, Şuşanın itirildiyini biləndə mənə hələ də orada 50 nəfər döyüşçünün olduğunu dedilər. Mən bu məlumatı verən şəxslə əlaqə qurulmasını istədim və öyrəndim ki, həmin şəxs Şuşada deyil, Xankəndidədir.
Mübarizənin artıq mənasız olduğu tam üzə çıxdı”.
N.Paşinyanın sözlərinə görə, Ermənistan ordusu sona qədər Şuşanı saxlamağa çalışıb, sadəcə bacarmayıb:
“Şuşa alınandan sonra döyüşdəki geriləmələrin qarşısıalınmaz olduğunu anladıq”.
Qeyd edək ki, bir neçə ay öncə N.Paşinyan parlament çıxışında “Siz deyirsiniz ki, həmişə əhalisinin 90%-dən çoxu azərbaycanlılardan ibarət olan Şuşa erməni şəhəridir?” sualı ilə İrəvanda gündəm yaratmışdı. Bu, Şuşanın tarixi Azərbaycan şəhəri olduğunu ermənilərin də çox yaxşı bildiyinin ən yüksək səviyyədə etirafı idi./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 11-11-2021 12:01
Baxış sayı: 3211Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























