
Narıngül Nadir Dalidag.az Narıngül Nadirin bir hekayəsinin təqdim edir: QOZ AĞACI İnanın ki, bu kənddə ayaması olmayan adam çətin tapılar. Samanlıqda iynə axtarmaq kimi bir şeydi bu kənddə ayamasız adam tapmaq. Bunu mən deyirəm sizə. İnanmırsınız, inanmayın, öz işinizdir... Burasını da deyim, hərənin də öz xasiyyətinə, görkəminə, hansısa əlamətinə görə ayaması var. Bir tərəfdən də adama ləzzət eləyir, hərənin ayaması özünə yaraşır, rənginə, boy-buxununa, formasına qutu kimi oturur. Nəyi pisdir

Kamran Nəzirli Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Kamran Nəzirli yaradıcılığından: MƏNİM SEVİMLİ YADDAŞIM Hospitaldan evə dönən qazini qarşılamağa gəlmiş məhəllə uşaqları üçrəngli bayraqları yellədə-yellədə şənlənir, gah tək-tək aramla, gah da hamısı birağızdan qışqırırdı: "İgid əsgər, səninlə qürur duyuruq!", "Qarabağ Azərbaycandır!", "Qazimizə eşq olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!". Xəfif, lakin təptəzə ovqatla nəfəs alan camaat, qonum-qonşu,

Sevil Gül Nur Sevinc Qəribin təqdimatında "Bir ruh əsinrisi..." rubrikasının növbəti şeir ərmağanı Sevil Gül Nur yaradıcılığlndan: YOXLUĞUNLA SAVAŞMAQ Ayrılıq içir qanımı, Ruhumun gücü azalır. Həsrətin dar ağacından Hər gün bir ümid asılır. Ürəyim də üz çevirib, Bir dəfə üzümə baxmır. İnadım dözüb dayanır, Hisslərim sözümə baxmır. Savaşdayam yoxluğunla, Dadıma şeirlər çatır. Qətl edirəm hisslərimi, Əllərim qanıma batır. Qürurum sıldırım qaya, Qarşında əyə bilmirəm. Gedəndə yolu kəsmədim, İndi

Vaqif Osmanov Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəri hekayə ərmağanı Vaqif Osmanov yaradıcılığından: QUMRU XOŞBƏXTLİYİ Yazın buludların arxasında qaçdı-tutdu oynayan, hürkək-hürkək boylanan ilıq nazlı-qəmzəli günəşi səhər tezdən pəncərədən içəri girib gecənin yuxusunu qovan vədədə gözlərimi açdım. Evin xanımı, yəni uşaqların anası hələ yuxulu dünyanın qoynunda uyuyurdu... Xanım deməyimə təccüblənməyin. Bilirəm, siz də xanım demirsiniz. Axı qonşular, ata-ana eşidər, ayıbdı.

Mənsur Həsənzadə Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Mənsur Həsənzadə yaradıcılığından: İLAHİ Məni kim yığacaq bu yer üzündən? - Tökülüb-itirəm yenə, İlahi! Bütün duaları saf-çürük elə, Özün ver sinəni önə, İlahi! Şeytanlar dayanıb duadan öndə, Döndər, duaların səmtini döndər. Bir eşqə ac olan Göyərçin göndər, Gəlsin saçımdakı dənə, İlahi! Dönərmi, o sənə önərdiyim qız? Dönərmi, üzümü döndərdiyim qız? Eşqin səmasına göndərdiyim qız Qıyma yer

Ayaz İmranoğlu Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Ayaz İmranoğlu yaradıcılığından: DÜZƏNLİK QARTALI Kəndçimiz, atamın maması oğlu Nuralı dayı maşın ustası olsa da ovçu kimi el-obada hörmət qazanmışdı. Onu ilin bütün fəsillərində dağlarda, meşələrdə, çay qırağındakı şamlıqda qoşalülə tüfəngi ilə gəzən görərsən. Hətta oralarda ovçu komaları da tikib. Ona görə də məhşur nağıl qəhrəmanı “ovçu Pirim” adını da almışdı. Onlara nə vaxt gedirsənsə get, Nuralı

Müşfiqə Baləddinqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Müşfiqə Baləddinqızı yaradıcılığından: AXI ÖYRƏŞMƏMİŞDİM... Axı mən arzuların hələ bahar çağında, Axı öyrəşməmişdim boran ayrlıqlara. Hələ addım səsləri, sərxoş qəhqəhələri, Küçələrin yadında, səkilərin yadında. Bir də ... Bir də dəniz, bir də park, İçəri şəhərlərin, lap içəri cərgəsi, lap dolaşıq döngəsi, Boz asfaltın üstündə iki insan kölgəsi Nə bilim çox yerlər var Şahid olsa bunlara.

Əlizadə Nuri Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əlizadə Nuri yaradıcılığından: MƏN, QU QUŞLARI VƏ ÜŞÜYƏN YAĞIŞ Qəmgin ayın kölgəsi dağılıb yer üzünə, Yenə ulduzlar solur çiçək-çiçək, ilahi. Göy üzündə qurusa o alma ağacları Nağılların ovcuna nə düşəcək, ilahi? Bir ovuc torpağıyla dibçək gülə vətəndi, Gül var ki, dərər səni, gül də var ki, dərilər. Dibçəkdəki güllərin yerini dəyişsələr Elə bil o gülləri qürbətə göndərirlər... ...Sən də sanki

Pərviz Cəbrayıl Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Pərviz Cəbrayıl yaradıcılığından: "O" ...Polis yanındakılara: "Dayanın, heç kim içəri keçməsin!" - dedi, suyu şappıldada-şappıldada özü keçdi. İçəri zülmət idi; əllərini divara sürtə-sürtə, peşəsinin yiyəsi kimi, ehtiyatla, səssizcə irəliləyirdi. Gəl ki, çəkmələri suyla dolmuşdu və addım atdıqca ayaqları çəkmələrinin içində fırçıltı salıb sükutu pozurdu. Bütün işıq düymələrini tapıb əlləşdirdi, yananı

Fəxri Uğurlu Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Fəxri Uğurlu yaradıcılığından: MƏRYƏMİN OĞLU Qara xəbər qara yel kimi kəndin bu başından o başına əsdi, çəpərləri aşıb qapıların arasından evlərə axdı, pəncərələrə çırpılıb şüşələri çiliklədi, damların örtüyünü atdı. O yelin qabağına düşüb diyirlənə-diyirlənə özünü kəndin ayağındakı evinə yetirən kişi yaylı taxta doqqazı əlindən necə buraxdısa, qapı çərçivəni yarıb çöl üzə açıldı. Kişi evin üstünə haya
Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















