Reklam
"İlahi, bu ömürün hər tərəfi açıqdı..." - Əlizadə Nuri
27-06-2025 12:40
Əlizadə NuriSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əlizadə Nuri yaradıcılığından:
MƏN, QU QUŞLARI VƏ ÜŞÜYƏN YAĞIŞ
Qəmgin ayın kölgəsi dağılıb yer üzünə,
Yenə ulduzlar solur çiçək-çiçək, ilahi.
Göy üzündə qurusa o alma ağacları
Nağılların ovcuna nə düşəcək, ilahi?
Bir ovuc torpağıyla dibçək gülə vətəndi,
Gül var ki, dərər səni, gül də var ki, dərilər.
Dibçəkdəki güllərin yerini dəyişsələr
Elə bil o gülləri qürbətə göndərirlər...
...Sən də sanki saçını qaranlığa sərmişən,
Ay dağılsın üzünə-at yerə bu niqabı.
Şüşə qırıntıları indi batır canına-
Toy günü ayağınla sındırdığın o qabın...
Köhnə bir şərab kimi içirəm bu gecəni,
Bir siqaret yandırıb...söndürürəm özümü.
İlahi, bu ömürün hər tərəfi açıqdı-
İndi harda gizlədim bu günahkar üzümü?
Hər quşun nəğməsinin öz adı, öz rəngi var,
Bülbüllər neynəyir ki, qarğaların dilini?
Bəlkə dəniz sözünü dalğalara söyləyib-
Bəlkə gedib öyrənim dalğaların dilini?
...Payız yağışı altda sevişir qu quşları,
Əlin qırılar ovçu, əlin gəlsə vurmağa.
Köynəyimi açmışam- bu üşüyən havanı
Bu üşüyən yağışı yaxama doldurmağa...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-06-2025 12:40
Baxış sayı: 3348Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























