"Gecə yuxularınla döyüşmək də var imiş..." - Müşfiqə Baləddinqızı
28-06-2025 11:30
Müşfiqə BaləddinqızıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Müşfiqə Baləddinqızı yaradıcılığından:
AXI ÖYRƏŞMƏMİŞDİM...
Axı mən arzuların hələ bahar çağında,
Axı öyrəşməmişdim boran ayrlıqlara.
Hələ addım səsləri, sərxoş qəhqəhələri,
Küçələrin yadında, səkilərin yadında.
Bir də ...
Bir də dəniz, bir də park,
İçəri şəhərlərin, lap içəri cərgəsi, lap dolaşıq
döngəsi,
Boz asfaltın üstündə iki insan kölgəsi
Nə bilim çox yerlər var
Şahid olsa bunlara.
Axı öyrəşməmişdim boran ayrılıqlara.
Bəlkə də mən deyildim yanında addımlayan,
Sənin xəyalın idi, mənimsə arzularım.
Xəyalını dağıtdın, dağıtdın bir bir söküb,
Çəkib köksümdən aldın yarımçıq arzuları.
Unutduğun yer artıq səninçün adi küçə,
Mənim səcdə etdiyim tütyə oldu, pir oldu.
Sən adi daş sandığın cərgələrdən yan ötdün,
Mənimsə ürəyimə o cərgələr düzüldü.
Mən qurban kəsdim ömrü həftələrə aylara,
Axı öyrəşməmişdim boran ayrılıqlara...
Yayın ən qızmarında üşümək də var imiş,
Gecə yuxularınla döyüşmək də var imiş,
Hələ xəyallarını atasız uşaq kimi böyütmək də var imiş..
Nə bilim..e
Unutmamaq,
Nə bilim, xatırlamaq yarımçıq ətirləri.
Əşşi gör kimə yazdım bu qədər sətirləri,
Hamısı boş danışıq, hamısı cızmaqara,
Axır ki, öyrəşərəm boran ayrılıqlara.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-06-2025 11:30
Baxış sayı: 3418Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















