Reklam
"Qürurum sıldırım qaya, qarşında əyə bilmirəm..." - Sevil Gül Nur
30-06-2025 11:30
Sevil Gül NurSevinc Qəribin təqdimatında "Bir ruh əsinrisi..." rubrikasının növbəti şeir ərmağanı Sevil Gül Nur yaradıcılığlndan:
YOXLUĞUNLA SAVAŞMAQ
Ayrılıq içir qanımı,
Ruhumun gücü azalır.
Həsrətin dar ağacından
Hər gün bir ümid asılır.
Ürəyim də üz çevirib,
Bir dəfə üzümə baxmır.
İnadım dözüb dayanır,
Hisslərim sözümə baxmır.
Savaşdayam yoxluğunla,
Dadıma şeirlər çatır.
Qətl edirəm hisslərimi,
Əllərim qanıma batır.
Qürurum sıldırım qaya,
Qarşında əyə bilmirəm.
Gedəndə yolu kəsmədim,
İndi "dön" deyə bilmirəm.
Harayım sənə çatsaydı,
Bəlkə də çox söz deyərdim.
Dönəcəyini bilsəydim,
Milyon il də gözləyərdim.
Sən atlı, mənsə piyada,
Ha qaçdım, çata bilmədim.
Söz vermişdim unutmağa,
Sözümü tuta bilmədim...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 30-06-2025 11:30
Baxış sayı: 3500Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























