Reklam
Avqustun 23-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilən ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ərazilərə daxil olmaq istəyən Bəhrəm Əhmədli, Rəfi Mamedov, Qabil Əhmədov, Ceyhun Məmmədov və Əjdər Əhmədov saxlanılıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq
Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti
Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. Dalidag.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək.
Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının informasiya təminatı və təhlili sektorunun müdiri Əli Salahov vəfat edib. Mərhum uzun sürən xərçəng xəstəliyindən sonra, bu gün haqqın dərgahına qovuşub. Qeyd edək ki, Əli Yolçu oğlu Salahov 25 noyabr 1959-cu ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub. Ali təhsilli idi. 1977-ci ildən istehsalatda müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ilin aprel ayından Kəlbəcər RİH
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası
Bir müddət əvvəl Kəlbəcərə işıq çəkildi deyə gözəl, işıqlı bir xəbər aldıq. Hərəmiz bir cür yaşadıq, hərəmiz bir ayrı ifadə etdik 28 ildən sonra işığına qovuşan Kəlbəcərimizin xoş xəbərini. Kövrəldik, ağladıq, şadlandıq, uşaq kimi atılıb-düşdük. Təbii ki, yerə-göyə sığmayan sevincimizin, çağlayan göz yaşlarımızın bir nədəni vardı- möcüzə yurdumuz dirçəlir. Bir müddət öncə işıqçılarımızın elə qurub-yaratdıqları binanın önündə qol götürüb oynayaraq sevinclərini ifadə etmələri bu xəbərin
Cavid Qurbanov : "Adınız hər zaman Kəlbəcərin uca zirvələri ilə qoşa çəkiləcəkdir..."
(18-08-2021, 18:26)
(18-08-2021, 18:26)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Kəlbəcər sakini Cavid Qurbanov ölkə başçısı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Dalidag.az bildirir ki, məktubda deyilir: "Möhtərəm cənab Prezident. 2020-ci il sentyabrın 27-də düşmən təxribatlarına cavab kimi başlayan və Sizin sərkərdəliyinizlə, tarixi zəfərlə bitən Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaranmış, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil, qüdrətli Azərbaycan dövləti daha da
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm əhəmiyyətə malikdir. Bu səfər unudulmaz məqamları ilə tarixə düşdü. Kəlbəcərlilər bu səfəri çoxdan gözləyirdi. Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib. O bildirib ki, müasir Azərbaycan tarixində Kəlbəcərə ilk səfər edən cənab Prezident oldu: “Bu məqam həm cənab Prezidentin tərcümeyi-halında, həm də Kəlbəcərin
Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dalidag.az xəbər verir ki, Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.
Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
Yazı axını
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
Ən çox oxunanlar