Kəlbəcərdə mina hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.Belə ki kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır. Dalidag.az

Azərbaycan Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedaqoq, ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəyovun (1885-1948) 140 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur. Dalidag.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Mətbut xidmətindən verilən məlumata görə, Türkiyənin paytaxtı Ankarada böyük

Çinarə Ömray Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Çinarə Ömray yaradıcılığından: ŞƏRBƏT Bir anlıq gözünüzü yumun. Uzun zamandır izlədiyiniz bir ailəni düşünün. Bilirəm bunca işin-gücün içində mənasız gələcək, amma düşünün, xahiş edirəm, düşünün.Hə, dərindən nəfəs alırıq, gözümüzü yumuruq. Evin tavanından (əvvəl baca olurdu) baxırıq. Nə görürsünüz? Ana, ata, bir qız, bir nəvə? Yox, əşi. Ömrümü yeyən bu ailəyə bu qədər bəsit baxa bilməzsiniz. Bir də baxın,

Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir. Dalidag.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edir. Dalidag.az

Aləmzər Sadıqqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aləmzər Sadıqqızı yaradıcılığından: TANRI BİTİRDİ... Nə səndən öncəsi, nə də sonrası, Kimsəni sən qədər sevə bilmədim... Bəlkə də darıxdım, bəlkə üzüldüm, Yaşaya-yasaya ölə bilmədim. Tanrı gondərmişdi bu eşqi bəlkə, Ondan hər əmrinə boynumu əydim... Mənim qala kimi divarlarımı, Uçurub əlimlə könlünə gəldim. Gözündə gördüyüm o atəş ki var, Hələ də içimdə şam kimi yanır. Sən bəlkə bir özgə gözə
Yazı axını