Ötən ilin sonlarında Çinin Uhan əyalətində viruslar ailəsinə aid daha bir bəlanın (COVID-19) peyda olması, ilk baxışdan bəlkə də diqqəti cəlb etmədi. Ona laqeyd yanaşmanın son aqibəti budur: dünya koronavirus pandemiyası ilə cihada başlayıb, yaşından, vəzifəsindən, milliyyətindən, hansı qitədə və ya materikdə yaşamasından asılı olmayaraq, son rəqəmlər hələ ki, ürəkaçan olmasa da... Lakin Çin artıq koronavirusdan xilas olmaq üzrədir, bu da ümumiyyətlə, pozitivliyə əsas verən ən ciddi arqument

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə "Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi"ni ərsəyə gətirib. Vətəndaşlar evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103

Bu gün sabiq Daxili İşlər naziri, general-leytenant, Milli Azadlıq Hərəkatının liderlərindən biri olan İsgəndər Həmidovun vəfatından 40 gün ötdü. Dalidag.az xatırladır ki, İsgəndər Həmidov 2019-cu il may ayının 20-də səhhəti ilə bağlı Türkiyəyə aparılmış, orda bir müddət müalicə aldıqdan sonra Azərbaycana qayıtmışdı. 2020-ci il yanvarın 24-də İ.Həmidovun halı qəfil pisləşmiş və Bakıda "City Hospital"a yerləşdirilmişdi. Orda 3 gün intensiv müalicə aldıqdan sonra vəziyyəti nisbətən yaxşılaşmışdı.

X-XI əsrlərdə Şərqdə yaşayan alim, filosof, riyaziyyatçı, həkim İbn Sina (Avropada onu Avisenna adlandırırlar) bütün dünyada tanınır. İbn Sinanın bəzi tibbi araşdırmaları, sağlamlığın qorunması haqqında fikirləri bu günə qədər öz aktuallığını itirməyib. Dalidag.az həmin fikirlərdən bəzilərini təqdim edir: 1. Öz elmi işlərində İbn Sina bədəni və ruhu harmoniyada saxlamağının vacibliyini vurğulayırdı. 2. İbn Sina fiziki hərəkətliliyi çox vacib hesab edirdi — "Hərəkətdə olan bədən müalicə tələb

Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan etibarən Azərbaycanda Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılıb. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. Dalidag.az xəbər verir ki, artıq bu xidmətdən istifadə edən vətəndaşlar

Ağa Musa Nağıyev Azərbaycanın məşhur milyonçularından biridir. Dalidag.az Ağa Musa Nağıyevlə bağlı 11 faktı təqdim edir: 1. Sonralar məşhur milyonçuya çevrilən Musa Nağıyev saman satan kişinin övladı olub. 2. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edib. 25 yaşına çatanda atası ölüb. Öləndə atasının 300 manat borcu qalıb. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açıb. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub ki, 4 aprel tarixində saat 22:20-dən 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı pulemyotlardan

Bu ilin aprel-may aylarında əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılması qərarı qəbul olunub. Dalidag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart

Bu ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək. Dalidag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq

“Azərbaycanda isti havanın koronavirusu məhv etməsi fikri sadəcə illuziyadır”. Dalidag.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Professor ölkəmizdə isti havaların koronovirusu məhv etməsi barədə şayiələrə aydınlıq gətirib: “Günəşdən gələn ultrabənövşəyi şüalar koronavirusa təsir göstərir. Yəni bu virusun məhv edilməsi üçün öldürücü istilər lazımdır. Ultrabənövşəyi şüaların öldürücü təsirinin olması faktoru var. Ancaq 50 dərəcədən yuxarı bir istilik
Yazı axını
 
 
 
29 / 04 / 2024