Çirkablara daş atmalıdır, həm də doluncaya, edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır. Qayalar yuvarlamalıdır... Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai! - Əli bəy HÜSEYNZADƏ Salyandan başlayan və sonu olmayan bir yolun yolçusu Böyük mütəfəkkir Əli bəy Hüseynzadə Kür sahilində - Salyanda doğuldu. Salyandan keçən Kür çayı onun

Ədəbiyyat nəzəriyyəsi elektron məlumat (vikipediya) səhifəsinə istinadən bir neçə ədəbi janrın nəzəriyyəsini təqdim edirik: Qoşma aşıq yaradıcılığında çox geniş yayılmış janrdır. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə

Şəki şəhər mərkəzindən 15 kilometr aralıda yerləşən və bir əsrə yaxın yaşı olan Oxud kənd tam orta məktəbində 660 şagirdin təlim-tərbiyəsi ilə 79 müəllim məşğul olur. Dalidag.az xəbər verir ki, 2019-2020-ci yeni dərs ilində Oxud kənd tam orta məktəbinin müəllimləri şagirdlərin qarşısına vahid geyim formasında çıxıblar. Məktəbin direktoru Ülfət Abdullayev bildirib ki, yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar.Vahid formaya keçilməsi təşəbbüsü

Əməkdar artist, dirijor Ziya Bağırov dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə Əməkdar artist Nüşabə Ələsgərli İnstaqram hesabında məlumat verib. Qeyd edək ki, Z.Bağırov uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb. 1999-cu ildən bu zamana qədər teatrda dirijor kimi fəaliyyət göstərib. Allah rəhmət eləsin! Dalidag.az

Harda olmasından asılı olmayaraq ürəyi Vətən üçün döyünər ruhu sözlə toxunmuş adamların. Qürbətdədi...ürəyi, ruhu, sözü, əməli Vətənə bağlı. Dalidag.az Kəlbəcər dağlarının əzəmətini ağ saçlarında, vüqarlı baxışında yaşadan Nəsib Nəbioğlunun poeziyasından nümunələr təqdim edir: ANAM Ata əvəziydi qadin donunda, Qeyrətdən yoğrulmuş ər idi anam. Hər sözü, kəlməsi bayatı idi, Təpədən-dırnağa sir idi anam. Getmir qulağımdan mehriban səsi, Şirin bayatısı, həzin nəğmısi, Ən gözöl varlıqdı ana nəfəsi,

Azərbaycan ictimai fikir tarixi və XX əsr mədəniyyətindən danışarkən ilk adı çəkilən şəxs Üzeyir Haclbəylidir Biz onu nə nə dərəcədə yaxşı tanıyırıq və yaxud, yaxşı tanıyırıqmı? Tarixçi-alim, professor Solmaz Tohidinin Üzeyir bəy haqqında olduqca maraqlı fikirləri təqdim etdiyimiz videoda: Dalidag.az

Seyid Məhəmməd Hüseyn Şəhriyar 1325 hicri-qəməri ilində (ş.1286-cı ilin şəhrivər ayı və m. 1907-ci ilin avqust, yaxud sentyabr ayı) Təbriz şəhərinin Çaykənar bölgəsində dünyaya göz açmışdır. Onun atası Seyid İsmayıl Musəvidir, lakin camaat arasında Hacı Mirağa Xoşknab kimi tanınmışdır. 1328 hicri qəməri ilində (m. 1910) Təbriz Məşrutə İnqilabının qanlı hadisələrinin şahidi idi. Atası onu Qışqurşan və Xoşknab kəndlərinə göndərdi. Ustadın uşaqlıq illəri təbiət qoynunda keçdi. “Heydərbabaya salam”

Yazıçı-publisist Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Azərbaycan sovet romanının banisi, Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin ailəsində anadan olub. Tovuz şəhərində A.S.Puşkin adına şəhər orta məktəbini bitirib. Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb. Tələbəlik dövründə “Kökəlməyin sirri” hekayəsi almanaxda dərc olunub.Çingizin yolu televiziyadan və jurnalistikadan düşür. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində

Sentyabrın 30-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu

Bu gün "İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi öz işinə başlayıb. Dalidag.az-ın məlumatına görə, konqres “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQİ) və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə keçirilən “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı çərçivəsində təşkil olunub. Konqresdə çıxış edən “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024