Reklam
Ədəbi janrlar haqqında
29-09-2019 17:30
Ədəbiyyat nəzəriyyəsi elektron məlumat (vikipediya) səhifəsinə istinadən bir neçə ədəbi janrın nəzəriyyəsini təqdim edirik:
Qoşma aşıq yaradıcılığında çox geniş yayılmış janrdır.
Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir.
Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
Namərdi özümə mən dost eylədim,
Yolunda canıma çox qəsd eylədim,
Söyüddən bağ saldım, peykəst eylədim,
Almasın, heyvasın, narın görmədim.
Nəfs aldatdı hər yetənə xan dedim,
Bihuda kollara gülüstan dedim,
Əbəs yerə bivəfaya can dedim,
Zülmətin çox çəkdim, karın görmədim.
Huşum çaşdı, düşdüm olmaz oyuna,
Yetmədim gözəlin əsli-soyuna,
Aşıq oldum simasına, boyuna,
Hayıf ki, kamalda dərin görmədim.
Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt,
Şahiddə iman yox, bəydə ədalət,
Alimlərin düz bazarın görmədim.
Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir.
Ayaqlı qoşma — aşıq musiqi–şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur.
Gəraylı aşıq şerinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şerə gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır.
Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir.
Bir gözəl keçdi qarşıdan,
Sallandı, yana yeridi.
Kiprik çaxdı, oğrun baxdı,
Od saldı cana, yeridi.
Ovçu tək bərədə durdu,
Qaşlarından kaman qurdu,
Müjganın sinəmə vurdu,
Qəmzəsi qana yeridi.
Hanı belə huri, qılman?!
Eyləmir dərdimə dərman.
Çeşmim yaşı olub ümman,
Yaşılbaş sona yeridi.
Camalın bənzətdim aya,
Əhsən qüdrət verən paya
Endirib salmadı saya
Dost mehribana yeridi.
Dedim: qız, getmə, amandı,
Ələsgər oduna yandı.
Dedi: qocadı, pirandı,
Mərdü-mərdanə yeridi.
Birinci bənddə ikinci və dördüncü misralardakı "yana" və "cana" sözləri həmqafiyə təşkil edir, birinci və üçüncü misralar isə sərbəst qalır.
İkinci bənddə "durdu", "qurdu", "vurdu" sözləri bir-birilə, "qana" sözü isə ilk bəndin son misrası ilə həmqafiyə təşkil edir. Qalan bəndlərdə də bu cür qafiyələnmə davam edir. Sonuncu bənddə aşıq "Ələsgər oduna yandı", – deməklə öz təxəllüsünü bildirir.
Bayatı Azərbaycan lirik xalq şeir janrıdır.
Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarənkdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir.
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür. Sarı Aşıqın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilmişdir. Bir sıra türkdilli xalqlarda da bayatıya uyğun şeirr formaları mövcuddur. Buna İraqda xoyratları misal göstərmək olar.[1] Bayatılar forma və məzmunça müəyyən mənada, çastuşkalara yaxındır.[2]
Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları (Bayatı Şiraz, Bayatı-kürd, Bayatı-qacar və s) bayatı sözü ilə bağlıdır.
Bayatı folklorun ən geniş yayılmış janrlarındandır. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:
Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da var. Bayatı dörd misradan və hər misrası yeddi hecadan ibarət şeir şəklidir: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. I və II misralar giriş xarakteri daşıyır, əsas fikir son iki misrada söylənilir. Bayatının qafiyə quruluşu bu şəkildədir: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, "Mən aşiq", "Mən aşiqəm", "Əzizinəm", "Eləmi" sözləri ilə başlanır.
Əzizim el yoludu,
Bu gələn el yoludu.
Başımda bulud oynar,
Gözlərim sel yoludu.
Mən aşiq sini, sini,
Doldur iç sini, sini.
Mənə öz yarım gərək,
Nəylirəm özgəsini?
Eləmi yada məni
Satdılar yada məni
Kimim, kimsənəm yox,
Bir salsın yada məni
Bayatıların bir növü cinas bayatılardır. Belə bayatıların qafiyələri cinas sözlər üzərində qurulur. Məsələn;
Əzizim yasəməni,
Dərmişəm yasəməni.
Getdin, arxaya baxdın,
Batırdın yasa məni
Burada "yasəməni" və "yasa məni" sözləri cinasdır. Birinci mənada gül, ikincidə isə qəm, kədər məzmunundadır. Yaxud:
Ordubada,
Yol gedir Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.
Bayatı janrından yazılı ədəbiyyatda da istifadə olunmuşdur. Xətai və Əmaninin yaradıcılığında bayatılar diqqəti cəlb edir. XXII əsr müəllifi Sarı aşığın bayatıları xüsusilə məşhurdur.
Təcnis qoşmanın bir növüdür. Qoşmadan fərqli cəhəti qafiyələrinin cinas sözlər üzərində qurulmasıdır. Cinas sözlər omonimlərə oxşayan sözlərdir. Daha doğrusu, bu sözlərin yazılışı və səslənişi oxşar, mənaları müxtəlifdir. Məsələn:
Aşıq, götür doqquz telli sazını,
Ya divani, ya da təcnis çal, a çal!
Düşmən üçün seç qılıncın sazını,
Əsirgəmə, kəlləsindən, çal, a çal!
Yaxşı aşbaz tanır yaxşı düyünü,
Qəmli aşıq qəlbin neçin döyünü?
Möhkəm bağla, açılmasın düyünü,
Bir ilmək yox, üçün möhkəm çal, a çal!
Nə vaxtacan fələk mənə ax çalar?
Faydasızdır zər-qızıllar, axçalar.
Cavan Hüseyn, qara xəttin ağ çalar,
Deyərlər ki, qoca aşıq, çal, a çal!
Bu təcnisdə II və IV misralarda "çal" sözləri müxtəlif məna daşıyır. Biri saz çalmaq, digəri qılınc çalmaq mənasındadır.
Hekayə yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrıdır. Süjetli nəsrin üç - hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olur.
Hekayə epik növün həcm etibarilə kiçik bir janrıdır. Bu janrda müəllif bir və ya bir neçə surətlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. Hekayə nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilir. Nəzmlə yazılmış hekayəyə mənzum hekayə deyilir.Belə əsərlərdə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur. Yazıçı, əsasən, bir surətin həyatı və taleyindən, konkret bir hadisədən danışır. Hekayədə obrazların sayı elə də çox olmur. Azərbaycan ədəbiyyatında hekayə janrı XIX əsrdə formalaşmış XX əsrdə inkişaf etmişdir.Ədəbiyyatımızda nəsrlə yazılmış ilk müstəqil hekayə janrının banisi Abbasqulu ağa Bakıxanov hesab edilir. Həmin hekayə “Kitabi-Əsgəriyyə” adlanır və 1837-ci ildə yazılıb. C. Məmmədquluzadənin “Poçt qutusu”, Ə. Haqverdiyevin “Mirzə Səfər” əsərləri nəsrlə yazılmış hekayə janrına ən gözəl nümunələr kimi göstərilə bilər. Hekayə janrının gözlənilməz sonluqla bitən formasına novella deyilir. Novellanı hekayənin digər şəkillərindən fərqləndirən ən əsas cəhət ondakı məzəlilik, hadisənin qeyri-adi sonluqla bitməsidir. Bəzən əsərin adı oxucuda hadisəni təsəvvür etmək düşüncəsi yaratsa da, sonradan həmin əsərdə tamam fərqli süjetlə qarşılaşır. C.Məmmədquluzadənin “Qurbanəli bəy”, Ə. Haqverdiyevin “Bomba”, M. Cəlalın “Badamın ləzzəti” hekayələri novella nümunəsi sayıla bilər. Dünya ədəbiyyatında hekayəni bəzən sadəcə novella da adlandırırlar. Ədəbiyyatımızda nəzmlə yazılmış hekayələr də var. Nəzmlə yazılan hekayələrə mənzum hekayə deyilir. Ən qədim mənzum hekayələr Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı hekayələrdir. Həmin hekayələr müstəqil işlənməmişdir. Poema janrında yazılmış əsərin tərkib hissəsidir. Sonrakı dövrlərdə A. Bakıxanov, Q. Zakir, S.Ə. Şirvani, M.Ə.Sabir və başqaları mənzum hekayələr yazıblar. Ədəbiyyatımızda nəsrlə yazılmış hekayələr mənzum hekayələrdən daha çox yayılıb.
Oçerk epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəmanm adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 29-09-2019 17:30
Baxış sayı: 31 700
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02