Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Dalidag.az -ın məlumatına görə Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin 8-ci iclası keçirilib. İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini Hüquq sektorunun müdiri Ziya Məmmədov təmsil edib. O, “Miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi” mövzusunda keçirilən müzakirələrdə daxili yerdəyişmə məsələləri barədə çıxış edib. Z.Məmmədov beynəlxalq təcrübəyə,

Qarabağ Azadlıq Təşkilatı, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi, Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyi, Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi torpaqlarımızın işğal altında qalması, şəhidlərimizin sayının artması və digər məsələlərlə narahatçılıqlarını bildirərək, müharibənin başlanması tələbi ilə prezident İlham Əliyevə müraciət ediblər. Dalidag.az xəbər verir ki, bu barədə QAT Mətbuat Xidməti məlumat verib. Müraciətin mətnini təqdim edirik:

Azərbaycan Televiziyasının “Hədəf” verilişinin budəfəki qonağı Təhsil naziri Ceyhun Bayramov olub. Dalidag.az xəbər verir ki, nazir “Hədəf”də gündəmin aktual məsələsindən, koronavirus infeksiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında dərslərin dayandırılmasından danışıb. O, bildirib ki, hazırda məktəblərdə, universitetlərdə virusa qarşı önləyici tədbirlərin görülür, dezinfeksiya işləri aparılır və hazırda da bəzi təhsil müəssisələrində bu proses davam etdirilir. C.Bayramov həmçinin itirilmiş

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Yazı axını