TURAL VƏLİZADƏ Qərbi Kaspi Universitetinin müəllimi BDU-nun Tarix fakültəsinin doktorantı turallachin@mail.ru BAKI, 31 MART 1918-Cİ İL... 1918-ci ildə Bakı şəhərində bolşevik-daşnak alyansı tərəfindən azərbaycanlılara qarşı törədilən Mart soyqırımından 102 il keçir. Mart soyqırımı son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətin ən qanlı nümunələrindən biridir.Bu millətçi-şovinist siyasətin

Bu gün Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair, nasir və publisist Firdovsi Cəfərxanın 65 yaşı tamam olur. Qələm dostumuzu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Firdovsi Cəfərxan oğlu Kazımov (Firdovsi Cəfərxan) Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub. Krasnodar Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib, ixtisasca mühəndis-texnoloqdur. Əmək fəaliyyətinə Sumqayıt Alüminium zavodunda başlamış, burada

Darıxıram... Qarşıdan ildönümü gəlir... Ağrıların, acıların, kədərin, həsrətin ildönümü. İlk aprel günləri, 1993-cü il aprelin 1-2-si Kəlbəcərimin, ata- baba yurdumun, kökümün-soyumun, keçmişimin, uşaqlıq illərimin, xatirələrimin işğal olunduğu, gələcəyimin, arzularımın məhv edildiyi tarix gəlir qarşıdan. Əfsuslar olsun, artıq 27 ildir ki, bu tarix dövlətimizin rəsmi qurumları tərəfindən, özəl və hətta dövlət televiziya şəbəkələrində "Milli matəm günü", 70.000 vətəndaşın şəxsi faciəsi kimi yox,

“Beldən aşağı hissəsi yandırılıb”, “dırnaqları kəsilib”, “təcavüz edilib...” İlahi! Bir xəbərdə nə qədər faciə, nə qədər əzab, nə qədər ağrı ola bilər... Mənim 25 yaşım var! Nərmindən 15 yaş böyüyəm. Nərmin mənim anam, Nərmin mənim bacım, Nərmin mənim doğulmamış qızımdır. Nərmini mən öldürmüşəm! Nərmini yazıq, zavallı olduğu üçün, tələbatımı ödəmək üçün, bakirə acgözü olduğum üçün... öldürmüşəm. Çünki Nərmin qızdır; çünki Nərmin xəstə təfəkkürlü adamların əhatəsində böyüyüb; çünki qadındır,

BİR ÖMÜRDƏN UZUN YOL... Haçansa bir yazımın başlığı beləydi: Bakıdan Kəlbəcərə bir ömürluk yol var...deyəsən, 7 il əvvəlin yazısıydı. Öz yazılarımı yazıb redaksiyaya, yaxud saytlara göndərəndən sonra aqibətiylə maraqlanmağı xoşlamadığımdan, o yazımın taleyindən də xəbərsizəm. Yaddaşımda ilişib qalan epizodları çözələdikcə, nələrisə xatırlayıram. Hadisələr elə sürətlə cərəyan edir ki, dünənki olay bu gün nimdaş paltar kimi görsənir. Əlqərəz, yazımın məzmunu beləydi ki, Kəlbəcərdən Bakıya 460

Tural Turan Zaman-zaman ədəbiyyatımız dövrlərə, nəsillərə bölünərək tədqiq olunub, aşılanıb. Hazırkı çağımızda da ədəbiyyatın istər nəsr, istərsə də nəzm, poeziya sferasının bir hissəsini dövrün ədəbi gəncləri təşkil edir ki, bu da daha bir yeni nəslin varlığını ədəbiyyatda ehtiva edir. Türk dünyasının böyük şairi Rüstəm Behrudi onun şeirlər kitabına ön söz yazarkən kitabdakı mətnlərin bədii məziyyətindən yola çıxaraq deyir: “Sənin şeirlərində fəlsəfi düşüncə misralarına süzülən istedadın

Ç oxdan yazmışam. Bəzi səbəblərə görə paylaşmırdım. Məmməd Araza olan sevgim tərəddüdümə güc gəldi. İradə Tuncayla ortaq dərdimiz Bu yazıya nə Məmməd Arazın, nə də İradə Tuncayın ehtiyacı yoxdur. Mənə gəlincə də şeirlərini sevə-sevə oxuduğum şairin haqqında qələmimin gücü çatdığı qədər bir neçə kəlmə yazıb sakitləşəcəm. Əsərlərini ruhuma yaxın bildiyim söz adamlarının dərdlərini özümünkü sanıb, uzaqdan-uzağa ürəyimdə çəkmişəm. Bu gün o hissləri vərəqə köçürüb həmin ağrılarla üz- üzə dayanmaq

Rus şərqşünaslıq elminin atalarından hesab olunan Mirzə Kazımbəy və ya onun dünyada tanındığı adı ilə desək Aleksandr Kazımoviç Kazımbek 1802-ci ilin 22 iyulunda Rəşt şəhərində ruhani ailəsi olan Məhəmməd Qasımın ailəsində dünyaya göz açıb. Qazi təyin olunduğu üçün atası Dərbəndə köçür, burada Mirzə Kazımbəy yüksək səviyyədə dini təhsil alır. Hacı Qasımın Dərbənddəki nüfuzu ona xeyli açıq və gizli düşmənlər qazandırır, çar hökuməti onu suçlu hesab edərək bütün əmlakını müsadirə edir, özünü isə

Çirkablara daş atmalıdır, həm də doluncaya, edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır. Qayalar yuvarlamalıdır... Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai! - Əli bəy HÜSEYNZADƏ Salyandan başlayan və sonu olmayan bir yolun yolçusu Böyük mütəfəkkir Əli bəy Hüseynzadə Kür sahilində - Salyanda doğuldu. Salyandan keçən Kür çayı onun

Qələm əhli bilir ki, qələmin nazı çoxdur. Yel qanadlı duyğuların, düşüncələrin cilovunu yığıb ram etmək istəyə, planlaşmaya baxmır çox vaxt. Amma bir də ulduz işığı salan cazibəli hədəfi olur ruhun. Gec- tez o hədəfə doğru addım-addım gedərik. Sonda ürəyinin ehtiyacduyduğu o cazibənin mənbəyinə yetişərsən- istəyinə əminsənsə. Nə zamandır bir ulduz parıltısı ilə özünə cəzb edirdi bu poeziya məni. Və nəhayət, mən bu əsrarəngiz dünyaya səyahətimin ilk dayanacağındayam. Bu sirli dünyanın ilk
Yazı axını