Reklam
"Göz yaşımı saxlamışam, barmağında zər yerinə..." - Fərid Muradzadə
06-01-2026 15:17

Fərid Muradzadə
* * *
Deməklə olmayır ki "əlvida"ey can, niyə getdin?
Məni huşdan eləyən munisim insan, niyə getdin?
Dərd- qəmə saldın, şəmə yaxdin, yazı yazdın, beləcə
Sərv boylu, a qələm qaşlı xuraman, niyə getdin?
Öpərəm al yanağından dodagindan, qara gözdən,
Gülər üzlüm, gecə gözlüm, mənə mehman, niyə getdin?
Mehribanım, mahi-taban, sevirəm qara xalını,
Gahi cəllad, gahi sultan, gahi canan, niyə getdin?
Niyə zindan elədin, ey şuxə, qaranlıq gecəni,
Mənə bəxşiş elədin min, qəmi-hicran niyə getdin?
Qəlbimi aldin, qəmi verdin biçarə Zülfuqara,
Elədin könlümü talan, gözü giryan, niyə getdin?
Sən axı hardan biləsən
Sən axı hardan biləsən?
Mən səni özündən alıb
Toxuyuram naxış-naxıs
Ürəyimin hər yerinə.
Hərif-hərif, kəlmə-kəlmə,
Düyün-düyün, ilmə-ilmə
Şəklini çəkmişəm gülüm,
Ürəyimin tər yerinə.
Yad gözlərə baxmamışam,
Səhər-axşam oxşamışam.
Göz yaşımı saxlamışam
Barmağında zər yerinə.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-01-2026 15:17
Baxış sayı: 3339Yazı axını
23 / 08 / 2026
22 / 08 / 2026
22 / 08 / 2026
21 / 08 / 2026
20 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
18 / 08 / 2026
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
Ən çox oxunanlar




























