GƏRƏK VULKAN PÜSKÜRSÜN AZƏRBAYCAN ŞAİRİ... Səxavət Kəlbəcərli yaradıcılığı haqqında düşüncələrim: “Tanrıdan istəmərəm bizlərə səbir versin, Vətəni qəlbən sevək, öləndə qəbir versin. Elə yazaq ,Prezdent döyüşə əmir versin Qarabağı heç zaman unutmayın şairlər”. Səxavət Kəlbəcərli Maraqlıdı ki, Kəlbəcər poeziyasını vərəqlədikcə hər bir şairin kimsəni təkrarlamayan özünə məxsus yaradıcılığının sehrinə düşürsən.Tutarlı metaforalar, həyatı mövzular əsil şairlər üçün həmişə var və olacaqdır. Belə

30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdi. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən

İsi Ab­bas oğlu Mə­lik­za­də 1934-cü il ma­yın 1-də Ağ­ca­bə­di ra­yo­nu­nun Xal­fə­rəd­din kən­din­də do­ğul­muş­dur. Yazıçı­nın uşaq­lıq döv­rü haq­qın­da qiy­mət­li mən­bə, av­to­bi­oq­ra­fik po­vest olan «İki gü­nün qo­na­ğı» po­ves­tin­dən onun uşaq­lığı, ai­lə­si­nin ka­sıb­lığı, ata­sı və ana­sı haq­qın­da ma­raq­lı mə­lu­mat­lar öy­rən­mək olur. İsi ai­lə­də dör­dün­cü uşaq ol­muş­dur. Mü­ha­ri­bə il­lə­rin­də Ab­bas ki­şi­nin ai­lə­si on bir nə­fər­dən iba­rət idi. Ab­bas ki­şi­nin

Ötən yüzilliyin əvvəllərində Osmanlı Türkiyəsində mübariz ruhlu yaradıcılığı ilə seçilən şairlərdən biri də Tofiq Fikrət olub. Onun dərin məzmunlu ədəbi irsi Azərbaycan şairlərindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarının yaradıcılığına təsir göstərib. Tofiq Hüseyn oğlu Fikrət 1867-ci ildə İstanbulda ziyalı ailəsində dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərib və ilk şeiri “Tərcümani-həqiqət” qəzetində dərc olunub. Qalatasaray liseyində təhsilini başa vurduqdan

Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü nüma. Vətənim verdi mənə nanu-nəmək, Vətəni məncə unutmaq nə demək?! Bu məşhur misraların müəllifinin kim olduğunu yəqin ki, çoxlarınız bilirsiniz. “Vətənimdir” adlı bu şeir təxminən yüz il əvvəl Abbas Səhhət tərəfindən yazılıb. Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açmışdı. 1900-cü ildə Tehran Universitetinin tibb

Şekspir Stratford şəhərciyində anadan olub. Onun dəqiq doğum tarixi məlum deyil. Amma Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə yazı var. Onun atası Con Şekspir kifayət qədər imkanlı sənətkarlardan olub. Əlcəkçi və sələmçi olaraq bir qədər var-dövlət toplamışdı. Arabir ictimai vəzifələrə də seçilirdi. Hətta bir dəfə şəhərin meri vəzifəsinə də layiq görülmüşdü. Kilsəyə gedib moizələrə qulaq asmadığına görə böyük məbləğdə cərimələr ödəyirdi. Anası Mariya Arden

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli (1923-1974) şeirlərini əsasən heca vəznində yazmış, hətta "Heca vəznliyəm mən" adlı ayrıca bir şeirində bu vəznə sədaqətini xüsusi vurğu ilə bəyan etmişdir. Şairə görə, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin Azərbaycan şeirinin "qoca vəzni" olan hecada yazdıqları şeirlər əbədi olaraq qalan "el malı"na çevrilmişdir. İslam Səfərli həmin şeirlə ümumilikdə "Azərbaycan şeirinin ahəngi adlandırdığı" heca vəznli şeirin və bu

Yeni dövr Azərbaycan ədəbiyyatı (60-cı illərdən başlayaraq dövrümüzə qədər) 60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər yazmağa başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Maqsud İbrahimbəyov,

Bolşevik Rusiyası qırmızı imperiyanın cənub sərhədlərində, İran və Türkiyə kimi müsəlman ölkələrinin bilavasitə qonşuluğunda müstəqil Azərbaycan dövlətinin tarix səhnəsinə çıxmağına biganə qala bilməzdi. Bu səbəbdən də işğalçı XI qırmızı ordunun zərbələrinə davam gətirə bilməyən Azərbaycanın ilk demokratik hökuməti süqut etdi. Ölkədə sovet hakimiyyəti quruldu. Heç şübhəsiz, "proletar diktaturası" və "kommunizm cənnəti" pərdəsi arxasındakı əsil həqiqəti C.Məmmədquluzadə və Hüseyn Cavid vaxtında

QÜRBƏTİN HƏSRƏT NƏĞMƏLƏRİ.. Salam ana dağlar, salam yurd yeri, Oylaqlar yerində dururmu görən?! Evcik qurub oynadığım yamaclar, Çaylaqlar yerində dururmu görən?! Yadıma düşübdür sevdiyim o qız, Kaş yene gözləyib olaydım yalqız. Bir yanı bənövşə, bir yanı yarpız, Bulaqlar yerində dururmu görən?! Həmin Dəlidağlı deyiləm, neylim, Məcnunam, aralı düşübdür leylim Bir ovuc köhnə qar istədi meylim, Yaylaqlar yerində dururmu görən?! Bəhmən Dəlidağlı.. Əziz oxucular! Mən ömrümün yarısını Kəlbəcər
Yazı axını