Reklam

Sabahdan Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və digər dövlət tabeliyində olan ictimai kitabxanalar açılacaq. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, pandemiya ilə əlaqədar ölkə ərazisində kitabxanalar onlayn şəkildə fəaliyyət göstərirdi. Dalidag.az

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qəbul imtahanları zamanı ən yüksək bal toplamış 102 tələbəni əhatə edir. Dalidag.az "qafqazinfo"ya istinadən bildirir ki, qəbul imtahanı zamanı yüksək bal toplayaraq, tələbə adını qazananlar arasında bölgələrdə, kəndlərdə yerləşən məktəblərin kifayət qədər məzunları da var. Onların bəziləri barədə

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycanın Serbiyadakı səfirliyində müşavir işləmiş Qabil Köçərli ifadə verib. O bildirib ki, 2010-cu ildə Azərbaycanın Serbiyadakı səfirinin müşaviri təyin edilib: “Səfirlik üçün alınan binanın alqı-satqısında iştirak

Prezident Əliyev Rusiya mediasına müsahibəsindən sonra Türkiyə mediasına müsahibə verdi: bu, Anım Günü ilə bağlı olsa da, Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar həm də siyasi gedişlərin tərkib hissəsi olduğunu deməyə əsas verir; Əliyev Rusiya mediasında Moskvaya iki müsbət siqnal ötürdü: - rus sülhməramlılarının fəaliyyətini qənaətbəxş adlandırdı: halbuki, öncəki çıxışlarından sərt mövqe sərgiləmişdi; - hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini, müəyyən sifarişlərin verildiyini

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və

“Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir”. Dalidag.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sözləri sentyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşlarının “Anım Günü”nə həsr olunmuş toplantısında xatırladılıb. Dövlət

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filalogiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov vəfat edib. O, ötən gün 55 yaşında dünyasını dəyişib. Universitetdən verilən məlumata görə, mərhum uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirmiş: "B.Xəlilov bu gün evində keçiriləcək vida mərasimindən sonra Sumqayıtda dəfn olunacaq". Qeyd edək ki, Buludxan Xəlilov 1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olub.

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Dalidag.az-ın məlumatına görə, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə

İstanbulun şimalında, Qara dəniz sahilində Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub. ürkiyə mətbuatı xəbər verir ki, hadisə Yeniköy yaxınlığında baş verib. Türkiyəyə məxsus 90 metr uzunluğunda "Tahsin İmamoğlu" və Rusiyaya məxsus 128 metr uzunluğunda "Rusiç 10" gəmiləri toqquşub. Hadisə yerinə xilasedicilər göndərilib. Dalidag.az

Türkiyə iqlim böhranı ilə mübarizədə və təmiz enerji dönüşümünü təmin etməkdə öz üzərinə düşəni həyata keçirməyə davam edəcək. Dalidag.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Enerji Dialoqu Toplantısına videomüraciətində deyilib. Müraciətdə qlobal istiləşmə və iqlim dəyişikliyinin bəşəriyyət tarixinin ən əhəmiyyətli problemlərindən biri olduğunu vurğulayan Türkiyə Prezidenti deyib: “Bu böhran yalnız qlobal
Yazı axını
09 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
07 / 11 / 2025
06 / 11 / 2025
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
Ən çox oxunanlar




























