ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artıb. Dalidag.az xəbər verir ki, o bu barədə “Milley West Point” hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən danışıb. “Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır”, - deyə general bildirib. Mark Milleyin sözlərinə

(Ceyhun Həsənovun qəhrəmanlıq dastanı) “Evin tək oğlu ərköyün olar” deyimi Ceyhuna aid deyildi. O, sakit, səmimi, mehriban, dostcanlı və sədaqətli oğul idi. Hər addımı yüz ölçüb bir biçər, atası ilə məsləhətləşmədən qərar verməzdi. Diribaşlığı və qətiyyəti ilə tay-tuşlarından seçilən Ceyhun böyüyəndə polis olacağını dilə gətirəndə atası uğurlar diləmişdi ona. İllər sürətlə irəliləyirdi. Ceyhun Əli babasının sovet-alman müharibəsində Ukrayna, Belarusiya, Çexoslavakiya çöllərində qanı ilə yazdığı

Ukrayna dünyanın ən böyük təyyarəsi AN-225 "Mriya"nı yenidən bərpa etmək istəyir. Dalidag.az xəbər verir ki, yeni təyyarənin tikintisi ən azı 800 milyon dollara başa gələcək. Ukrayna Prezidenti Zelenski bildirib ki, o, Türkiyə Prezidentinə ikinci "Mriya"nın tikilməsi təklifi ilə müraciət edib: "Pul tapa bilmədik. Lakin bu, pul məsələsi deyil, ambisiya məsələsidir. Bu, dövlətimizin və bu müharibədə həlak olan bütün mükəmməl peşəkar pilotların imicinə aid məsələdir", - deyə Zelenski vurğulayıb.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatları təsis edilib. Bu münasibətlə keçirilmiş təsis iclaslarında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 800 minə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb. Dalidag.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib. Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 “Faqot”, 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1

Tanınmış jurnalist Qadir İbrahimli vəfat edib. Dalidag.az bildirir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Q.İbrahimlinin nəşi dəfn edilmək üçün doğulduğu Lənkəran şəhərinə aparılacaq. Allah rəhmət eləsin. Xatırladaq ki, jurnalistin qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.

Ukraynada hərbi vəziyyətin müddəti uzadılıb. Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb. Fərmanla hərbi vəziyyət mayın 25-dən 90 gün uzadılır. Qərar Ali Rada tərəfindən təsdiq olunmalıdır. Dalidag.az

İrəvanda dövlət tərəfindən maliyyələşdirilən “mədəni” vandalizm şəhərin azərbaycanlılara məxsus olmasına dair bütün maddi sübutların məhv edilməsinə yönəlmiş genişmiqyaslı antiazərbaycan kampaniyasının tərkib hissəsi idi. Dalidag.az kult.az-a istinadla xəbər verir ki, bu barədə “Kaspian nyus” İrəvana səfər etmiş müstəqil jurnalistlərə istinadən məlumat yayıb. Məlumata görə, XX əsrin əvvəllərində İrəvan vilayətinin (müasir İrəvan və Ermənistanın şimal rayonları) ərazisində 310 məscid var idi,

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə xüsusi qayğı

Hazırda Rusiya Federasiyasının Ukraynada 106 batalyon-taktiki qrupu (BTQ) var. Bloomberg bildirir ki, Rusiya Federasiyasının Ukraynadakı ən böyük qruplaşması cənubdadır. 50 BTQ-dən ibarət həmin qruplaşma qərbdən Xerson, şərqdən isə Mariupolla hüdudlanıb. Rusiya Federasiyasının Silahlı Qüvvələrində toplam olaraq 170 BTQ mövcuddur. Hər BTQ təqribən 600-800 zabit və əsgərdən ibarətdir. Onlar 10 tank və 40 PDM (piyadaların döyüş maşını) ilə təchiz olunublar. Ukraynada fevralın 24-də müharibə
Yazı axını