Reklam
“Dilqəmlə Şahbazın azadlığı Prezidentin qəti iradəsinin nəticəsidir” – Deputat Aqil Məmmədov
17-12-2020 14:43

“Dilqəm Əsgərovla Şahbaz Quliyevin Vətənə qaytarılması Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsinin nəticəsidir. Ali Baş Komandanın başçılığı ilə Vətən müharibəsində qazandığımız Zəfərin nəticələrindən biri kimi hamımızın illərdir həsrətlə gözlədiyimiz Dilqəmlə Şahbaz öz Vətəninə, öz doğmalarına qovuşdu. Bu münasibətlə mən Kəlbəcər ictimaiyyətinin dərin minnətdarlığını Cənab Prezidentə bildirirəm”.
Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə Dilqəmlə Şahbazın azadlığa qovuşmasını hərbi əsirlərin qaytarılıması ilə eyniləşdirmək olmaz: “Bu gün Dilqəmlə Şahbazın hərbi əsirlərlə birlikdə qaytarılması bəlkə də kimlər üçünsə sadə görünə bilər. Amma, biz ötən 6 ildə ermənilərin bu məsələyə nə qədər həssas və xaincəsinə yanaşdığını görmüşük. Onlar indiyədək təklif olunan dəyişmələrə heç zaman razı olmayıblar. Dilqəmlə Şahbazın cəsarəti, qorxub-çəkinmədən işğal altında olan ərazilərimizə səfərlər etməsi Azərbaycan xalqının böyük rəğbətinə səbəb olmuşdu. Bunu yaxşı bilən ermənilər heç cür onları dəyişmək istəmirdi. Amma Dəmir yumruq bu məsələdə də öz işini gördü. Hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarda cənab Prezidentin qəti mövqeyi öz nəticəsini verdi”.
Millət vəkili bildirdi ki, Dilqəmlə Şahbazın azadlığa qovuşması kəlbəcərlilər üçün Kəlbəcərin işğaldan azad olunmasından sonra ikinci böyük hadisə oldu: “Bütün xalqımız bu hadisəyə sevindi, xüsusən də, kəlbəcərlilər. Bu münasibətlə mən Kəlbəcər ictimaiyyətinin dərin minnətdarlığını Cənab Prezidentə bildirirəm. Ailəsinə, yaxınlarına gözaydınlığı verirəm. Hazırda, Dilqəm və Şahbaz müayinə və müalicə prosedurlarına cəlb olunublar. Ümid edirəm ki, onlar tezliklə sağlamlıqlarını bərpa edəcəklər. Bu dəfə təhlükəsiz, azad olunmuş Kəlbəcərə səfər edəcəklər”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 17-12-2020 14:43
Baxış sayı: 3317Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























