Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir. Nazirlikdən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Xatırladaq ki, bundan əvvəl

Müdafiə Nazirliyi işğaldan azad olunan Laçın rayonunun Güləbürd kəndindən videoreportaj hazırlayıb. Dalidag.az həmin videonu təqdim edir:

Qarabağ ordusu komandanlığı "Yexnikner" hərbi hissəsinin əsgərlərinin öz mövqelərini tərk etməli olması barədə məlumatları təkzib edib. "Cümə günü müdafiə ordusunda bildiriblər ki, bu sahədəki ordu bölmələri hərbi növbətçiliyi davam etdirir və davam etdirəcək", - “Sputnik Armenia” bildirib. Erməni mənbələrinə görə, bu hərbi hissə Qarabağın şimalında Tonaşen kəndi yaxınlığında yerləşir. Əgər məlumat həqiqətəuyğundursa və separatçıların hərbi komandanlığı Qarabağdan çıxmaq barədə müddəaları

Erməni işğalçıları artıq Laçın rayonunu tərk etməyə başlayıblar. Dalidag.az xəbər verir ki, bu barədə görüntüləri “Sputnik Ermənistan” yayıb. Qeyd edək ki, işğalçılar dekabr ayının 1-nə kimi Laçını tamamilə tərk etməlidirlər.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları

“ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub. Bu barədə “ASAN Xidmət” məlumat yayıb. Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub. Operativ məlumat dalğası - “ASAN Radio” Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar. “ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət

“İşğal edilmiş torpaqların hamısı Azərbaycana veriləcək”. Dalidag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Ermənistan atəşkəsi növbəti dəfə pozarsa yenə də bunun bədəlini ödəyəcəklər: “Ermənistan ya könüllü olaraq bu torpaqlardan çıxacaq, ya da Azərbaycan Ordusu öz torpaqlarını geri alacaq. Bu, artıq Ermənistanın seçimidir". Dalidag.az

Artıq Şuşa və Xankəndində Azərbaycanın mobil şəbəkəsi fəaliyyət başlayıb. Dalidag.az-ın məlumatına görə, bu barədə Rusiya KİV-i məlumat yayıb. “İzvestiya” qəzetinin məlumatına görə, mobil şəbəkəyə qoşulmaya “Qelebebizimdir” adı verilib.

“Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq”. Dalidag.az -nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət mexanizmi ilə bağlı sualı cavablandırarkən bildirib. Türkiyə Prezidenti deyib ki, hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb: “Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət

Rusiyanın Qarabağa gətirdiyi sülhməramlılara general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək. Dalidag.az xəbər verir ki, Rüstəm Muradov 1973-cü ildə Dərbəndin Çinar kəndində anadan olub. Onun əsli Tabasaran rayonunun Xanak kəndindəndir. Bəzi mənbələr Muradovun milliyətcə azərbaycanlı, bəziləri isə tabasaranlı olduğunu bildirir. Muradov 1990-cı ildən hərbi xidmətdədir. Şərq Hərbi Dairəsində xidmətlərinə görə o, 2012-ci ildə general-mayor rütbəsi alıb. O, 2015-2017-ci illərdə 41-ci ordunun Baş
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024