İkinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb. Dalidag.az xəbər verir ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini olan döyüşçü Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib. P. Tağıyev Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Mingəçevir şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhid bu gün 14.00-da Şəhidlər xiyabanında dəfn olunacaq. Dalidag.az

Ermənistanda seçkidən sonra Qarabağda idarəçiliyin Azərbaycanın nəzarətinə keçməsi prosesi başlanacaq. Dalidag.az xəbər verir ki, bu barədə erməni politoloq Robert Marqaryan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan seçkilərə görə bu prosesin dayandırılmasını xahiş edir. “Seçkidən sonra isə proses başlanacaq, Azərbaycan rəsmilərinin açıqlamaları da bunu göstərir”, - o deyib. Asif Dalidag.az

Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış adalar qrupunda Azərbaycan adlı adada yenilik edilib. Azərbaycanın adını daşıyan adada yeni “Qarabağ Azərbaycandır!” adlı park əlavə olunub. “Google maps” də parkın üzərinə klikləyəndə 44 günlük Vətən Müharibəsində iştirak etmiş əsgərlərimizin fotosu görünür. Xatırladaq ki, Dünya adaları Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaqdır. Onu da qeyd edək ki,

İranın Ermənistan üzərindən Qarabağa “yardım” göndərməsi haqda yayılan görüntülər təəccüblü deyil. İşğal dövründə Xankəndidəki separatçılarla geniş biznes əlaqələri quran, Qarabağı “pulların yuyulması” mərkəzinə çevirən ölkədən bəhs edirik. Burada əsas məqam yüklərin nədən ibarət olmasıdır. Rusiyadan Ermənistana göndərilən hərbi yük (zirehli gödəkçə aparan iki yük maşını) Gürcüstan tərəfindən buraxılmadı. Bu xəbərin ardınca İrandan Qarabağa “yardım” göndərildiyinə dair görüntülər yayıldı.

2021-ci il tədris ilinin hazırlıq planına əsasən radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlər çərçivəsində müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilir. Döyüş şəraitinə

Ötən həftə Avrasiya İttifaqının Rusiyanın Kazan şəhərində keçirilən toplantısı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur danışıqlarında gizli şəkildə iştirak etdiyi iddia edilir. 10 noyabr bəyanatına əsasən reallaşmağa ən yaxın olan məsələ kimi Zəngəzur dəhlizinin istifadəyə verilməsi planı Kazanda keçirilən toplantı zamanı Paşinyanın sözügedən gizli iştirak ilə bir qədər də həllinə doğru önəmli addım kimi yadda qaldı. Ermənistanda bütün diqqətlərin yönəldiyi parlament seçkiləri

İnsanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək. Dalidag.az xəbər verir ki, bu barədə Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan azərbaycanlı fəal Əhməd Şahidovun bu barədə açıqlamasına reaksiyasında yazıb. “Hesab edirəm ki, ortada sadə bir azərbaycanlı-türkonikol (Nikol Paşinyan nəzərdə tutulur – red.) anlaşması mövcuddur. İnsanlar artıq bu barədə açıq şəkildə danışırlar ki, iyunda Xankəndi Bakının nəzarətinə

Ötən gün sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında mübahisənin qeydə alındığı görüntülər yayılıb. Dalidag.az-ın məlumata görə, sözügedən hadisə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib. Videoda Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Videoda Azərbaycan hərbçilərinin peşəkar davranışı, sərgilədiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb. Videodan görünür ki, yüksək hazırlıqlı

Xankəndidə separatçı “deputat”lardan olan Metaxe Akopyanın Ermənistan mediasına verdiyi müsahibə Qarabağdakı vəziyyəti anlamağa imkan verir. Akopyanın dediklərindən çıxan nəticələr: 1. Müharibədən 6 ay keçsə də, erməni əhalsinin həyatında heç bir irəliləyiş yoxdur, əksinə, sosial problemlər artıb və separatçı rejim problemlərin həlli ilə məşğul olmur, əhalinin bölgəni tərk etməsi perspektivi aktualdır. 2. Separatçı rejimin daxilində çaxnaşma və qarşıdurma var. 3. Xankəndi ətrafında zaman-zaman

Müdafiə Nazirliyi Ağdam rayonunun Sarıhacılı kəndindən video yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
 
27-10-2025 11:23