“Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan

07-05-2021 19:38

Keçən əsrin 90-cı illərində Ermənistan Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsini ələ keçirəndən sonra çox diqqət çəkməyən proses başlamışdı.

Zəngəzur mahalının Qarabağa düşən torpaqlarının bir qismi Sünik (Zəngəzur) vilayətinə verilmişdi. Ermənistan bu gedişlə Qarabağın cənubunu təhvil verəndən sonra ərazi baxımından qabağa düşməyə çalışırdı. Amma Azərbaycanın qələbəsi başqa həqiqəti ortaya qoydu. İşğala qədər olan sərhədlər bərpa olunur. Bu halda Zəngəzurun müəyyən hissəsi Azərbaycana qaytarılır.
Dalidag.az
xəbər verir ki, Ermənistanda bu həqiqəti qəbul etmək istəmirlər. Zəngəzurda torpaq itkisi bu ölkədə çox sərt qarşılanır. Ermənistan hakimiyyəti təslimçilikdə ittiham olunur. Etirazlar bir-birini əvəz edir. Hakimiyyətin ünvanına bu istiqamətdə tənqidlər çoxalıb. Zəngəzur itkisi Ermənistan cəmiyyəti üçün arzuolunmaz prosesin vacib hissəsidir və bütün ölkədə ağrılı qarşılanır.
Politoloq Edqar Elbakyan öz sosial şəbəkə səhifəsində bu haqda yazıb. O, Ermənistan hakimiyyətini xalqdan həqiqəti gizlətməkdə ittiham edib. Elbakyan bildirib ki, Ermənistan hakimiyyəti Zəngəzurla bağlı yalan danışır, Ermənistan xalqına gerçək vəziyyət çatdırılmır. Yəni tarixi mahalın ərazilərinin bir hissəsinin Azərbaycana qaytarılması cəmiyyətdən gizlədilir.
Politoloq Azərbaycanı Ermənistanın torpaqlarını ələ keçirməkdə ittiham edib. Elbakyan yazıb ki, bizim ölkəyə verilən yerlər SSRİ-nin baş qərargahının xəritəsində Sünik vilayətinin ərazisi kimi göstərilib. Halbuki məhz Sünik vilayəti Azərbaycanın tarixi torpaqları sayəsində yaradılıb.
Elbakyan Ermənistan hakimiyyətinin çox qorxaq siyasət yürütdüyünü bildirib. Politoloq düşünür ki, rəsmi İrəvan Azərbaycanın tələb etdiyi hər şeyi, o cümlədən Zəngəzuru verməklə başağrısından yaxa qurtarmaq istəyir. Elbakyan Nikol Paşinyanı və onun komandasını aciz adlandırmaqdan çəkinməyib. Politoloq hamını məsələ ilə bağlı ciddi etiraza çağırıb.
Sosial şəbəkələrin Ermənistan seqmentində məsələyə çox həssas yanaşırlar. Elbakyanın fikirləri də xüsusi müzakirəyə səbəb olub. Ermənistandan olan sosial şəbəkə istifadəçiləri hesab edir ki, ölkə hakimiyyətinin qorxaq siyasətinə son qoymaq lazımdır. Onlar Azərbaycanın tələblərinin yerinə yetirilməsindən narahatlıq ifadə edir. Belə fikirlər səslənir ki, Zəngəzurun müəyyən əhəmiyyətli hissəsinin Azərbaycana verilməsi ilə bağlı gizli danışıqlar aparılır./bizimyol.info

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 07-05-2021 19:38
Baxış sayı: 3199
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını