Dalidag.az Məlahət Yusifqızının şeirlərini təqdim edir: NƏ UMACAQSAN Gündə, hər dəfə dönüb, başından çıxan huşam, Demə, göz yumacaqsan. Dağılmış yuvasının üstündən uçan quşam, Məndən nə umacaqsan?! Qanad çala bilmirəm bir səmtə, bir tərəfə, Bircə can daşısam da, gəlirəm çox hədəfə. Yuvam balalarım tək dağılanda hər dəfə, Tanrıya qaçacaqsan. Ümidin anasını düşmən ağladıb çoxdan. Varmı yaradacaqsan hər var olmayan yoxdan?! Boynun kəndirdən tutur, əl-ayağın çarmıxdan, Sən də unudacaqsan. Susmur,

Dalidag.az Nazilə Gültacın bir hekayəsini təqdim edir: STABİLİZATOR E vdəki 200 manatı pəncərənin ağzındakı jurnalın altından götürüb çantasına qoydu. Pulunu həmişə o jurnalın arasına niyə qoyurdu, özü də bilmirdi. Evdə ən güvəndiyi, ona yaxın olan o jurnal idi. Ondan başqa o jurnalı heç kim oxumurdu. Ucqar bir məhəllədə yaşayırdı. Əynini geyinib evdən çıxdı. Sədərək ticarət mərkəzinə gedən avtobusa mindi. Düsunurdü ki, 120 manata stabilizator, özunə də ucuz bir çəkmə alar. Havalar soyumusdu.

Bu gün saz-söz sənətinin görkəmli nümayəndəsi , ustad aşıq Dədə Şəmşirin yadigarı Qənbər Şəmşiroğlunun doğum günüdü. Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Kəlbəcər rayonunun Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək, Kəlbəcər

Gördüm ki,bir az da ümiddi yollar, aldadıb keçsə də həyat çox vədə. Dalidag.az Qədiməli Əhmədin şeirlərini təqdim edir: *** Sən mənim içimdə qəhr olan şəhər, Bəlkə də,ünyetməz uzaq yoldu bu. Vaxtın qismətində qəzadan qədər... Belə istəmədik,belə oldu bu. Durmuşam fikirlər astanasında, Soyuq divarlar da sıxır qatarda. Bir yarpaq arzu da tükənir sonda, Bağlı ümidlərə yoxdu açar da. Yenə eşidilir ağır fit səsi, Bir səsin ağrısı ömrümə bəsdi. Mənim xəyalımda yıxılan yollar Elə bil sinəmdə susan

G ünlərin bir günü Günəbaxan insanla söhbətə başlayır. Günəbaxan:"Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?" İnsan:"Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mənən yüksəlirəm." Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar və mən günü heç nə ilə səhv salmaram." İnsan(təəssüflə):"Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram" Günəbaxan:"Mən

OĞRU Bir nəfər Hacının yanına dəfələrlə gəlib, onun iş müdirlərinin birindən çuğulluq edir: “Əli əyridir, sənin hesabına ikimərtəbəli mülk tikdirib, qardaşına da dükan açıb, fayton alıb, onu işdən qov” . Hacı gülümsəyib deyir:” Qalmağı məsləhətdir. O, nə lazımdır hamısını eləyib, bundan sonra işləyəck, onu çıxardıb, başqa adam götürsəm, o da köhnənın elədiklərini yenidən başlayacaq. Qalmağı məsləhətdir!” ERMƏNİ Bir gün Bakı varlıları Hacıya şikayət edirlər ki, şəhərin aşağı məhəllələrində

D eyirlər ki, Bəhlul Danəndə boş vaxtlarında çay kənarına gəlib, orada gildən evcik düzəldərdi. Bir gün Harun ər-Rəşidin xanımı Zibeydənin yolu çay sahilinə düşür. Bəhlul yenə gildən evcik düzəltməklə məşğul idi. Düzəltdiyi evin qarşısında bağçaya bənzər sahə ayırmış, buraya bir neçə ot-ələf basdırmışdı. Zibeydə yaxın gəlib Bəhluldan soruşur: “Bəhlul, burada nə edirsən?” Bəhlul cavab verir: “Cənnət düzəldirəm. Bax, bu, cənnət qəsridir. Bu isə ətrafındakı bağçadır. Bu ağacların altından süd

Hardasa bir çiçək yağışa dönər, Hardasa bir bulud ot tayasına, Hardasa bir ağrı aha söykənər, Hardasa bir qadın öz həyasına... Dalidag.az Aybəniz Əliyarın şeirlərini təqdim edir: OYUN Bu oyunun adı bir az həyatdı, Bu oyunun adı bir az tamaşa. Bilirəm ki, hisslərin də boyatdı, Bir kimsən yox, yollarına dolaşa. Qurd oyunu quzu ağlı qədərdi, Gecələrin səbri bir az kasaddı. Kor bəxtinə naz eyləmək hədərdi, Sevgiləri, bilirsən də... azaddı... Mən hələ ki rəngləyirəm saçımı, Ağ dənləri gizlədirəm

Dalidag.az Rasim Qaracanın hekayəsini təqdim edir: ƏYRİ EVİN QADINI K işi evin üstündə — əyri çatı səthinin üzərində yaşayır. Yatağı, yazı masası, bilgisayarı, başqa ev əşyaları nizamla düzülüb. Nə kişinin özü, nə də əşyaları sürüşüb yerə düşmür. Düşüncəli bir adamdır, dünyaya baxışının özünəməxsus əyri bucağı var, bu bucaq altından baxanda başqalarının görə bilmədiyi ağılagəlməz qəribə mənzərələr görür. Məntiq qanunlarıyla yaşamır, özü-öz qanunlarını yaratmış, bu qanunlar içərisində heç

Dalidag.az İlyas Əfəndiyevin hekayəsini təqdim edir: XƏNCƏR B u əhvalat İran Azərbaycanının kiçik bir şəhərində oldu. Şəhərin arxa tərəfi meşə,qabaq tərəfi isə göz işlətdikcə uzanıb gedən geniş düzənlik idi.Palçıqdan hörülmüş hündür barılar içində yerləşən və demək olar ki,hamısı bir mərtəbədən ibarət kərpic evlərin yalnız damları görünürdü. Bir ilə yaxın idi ki,şəhər xoşbəxt günlər keçirirdi...Bir ilə yaxın idi ki,İran Azərbaycanında milli hökumət qurulmuşdu.Dukanların üzərindən farca lövhələr
Yazı axını