Günel Natiq Dalidag.az saytı Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünə start verir. İlk hekayə ərmağanı Günel Natiq yaradıcılığından: NARINCI YUXULAR Özünü tanıyandan xəyallarla nəfəs alırdı. Sevdiyi adamla ilk görüş film kimi olacaqdı. Qəfildən üz-üzə gələcəkdilər. Qızın kitabı yerə düşəcək, oğlan da tez kitabı qaldırıb ona verəcək və dinib-danışmadan yanaşı yol gedəcəkdilər. Arabir qızın çiyinlərinin titrəməsi hisslərinin ürkək ifadəsi olacaqdı. Axı söhbət sükutun gözəlliyini pozur.

Saqif Qaratorpaq Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəri şeir ərmağanı Saqif Qaratorpaq yaradıcılığından: * * * Sınadım, sınıq çıxdı, çox heyif "can" deyənlər, Eh...ürək qızdırmağa bir adam da qalmadı. Neyləsin bu qürbətdə bəs indi pərvanələr, Başına dolanmağa bircə şam da qalmadı. Bitdi kəpənək ömrü arzumun, həvəsimin, Gizlicə dəfn elədim ürəyimin başında. Əllərimi gül kimi qoydum üstünə hərdən, Bəlkə bir gün göyərdi-gözlərimin yaşından... Sonra yığdım tozunu,

Nazilə Gültac Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nazilə Gültac yaradıcılığından: ÖLMƏYİB HƏLƏ Gözümü buluddan çəkə bilmirəm, Ömrün səmasına yağışlar yağır. Könül gülşənimi gəzə bilmirəm, Qəlbimin bağına yarpaqlar yağır. İçimdə arzular boylanır qəmli, Bir sevda nəğməsi oxuyur bəmli, Çoxdandır gülməyi yadırğayıbdır, Gülən gözlərimin baxışı nəmli. Bilirəm, ağlında mən varam hələ, Gördüyüm yuxular söyləyir mənə. Göylərdə ulduza, dağlarda çənə, Üz

Əbülfət Mədətoğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əbülfət Mədətoğlu yaradıcılığından: Sevgi xərtəsi Yaman sürətlənib, çatdırmaq olmur, Vaxtın tozqoparan fəsilidi bu... Üzü köçürülmür, rəngi də solmur - Çünki, gerçəkliyin tam əslidi bu!.. Şütüyür xəyal da, qaçır ayaq da Amma heç qısalmır gözün mənzili... Fikir də, qələm də hər an ayaqda - Dildən dodağadı sözün mənzili!.. Sinəmin üstündə qol budaqlanır, Uzanan əl ancaq şəkilə çatır... Keçir

Çiçək Tağıyeva Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı qürbətdə yaşayan Çiçək Tağıyeva yaradıcılığından: GƏL QAYIDAQ O İLLƏRƏ, ƏZİZİM Könül açar tər güllərin nəfəsi, Bülbüllərin cuşa gələr həvəsi. Yaddan çıxmaz ilk görüşün vədəsi, Gəl qayıdaq o illərə, əzizim! Ömür keçər asta-asta, gunbəgün, İlk məhəbbət ürəklərdə bir düyün. Bir arzu var ürəyimdə, qoy deyim - Gəl qayıdaq o illərə, əzizim! Gözlər görməz öz yaşını yanaqda, Həsrət üzər çiçəkləri

Azərbaycan ədəbi və elmi fikrində çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olmaq ənənəsi həm ədəbiyyatın və həm də elmin xeyrinə olmuşdur. Bu istiqamətlərdən biri digəri üçün donor funksiyasını həyata keçirmiş və onu tamamlamışdır. Ədəbiyyat tarixindən və elmi fikrimizin keçdiyi inkişaf yolundan bu fakta dair çoxsaylı misallar gətirmək mümkündür. Hazırda da ədəbi-elmi mühitimizdə həmin proses davam etməkdə, ədəbiyyatımızı və elmimizi zənginləşdirməkdədir. Fəaliyyətində bədii yaradıcılıqla elmi

Eyvaz Əyyub Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Eyvaz Əyyub yaradıcılığından: * * * Yanar ocağına su səpib getdik, Səni yandırdığın ağac qorudu. Bəlkə də getməyə yeri olmayıb, Qoynuna sığındı, səndən yarıdı. Paslanmış sobadan doğulmuş cansan, Hər yarpaq sayıtək qəhrəman yaşar. Tək qalmaq çətindi od alsan belə, Dost yaxın gələndə canda can yaşar. Viran bir obanın qəlbitək döyər, Pas içrə bir soba - keçmiş izidi. Ağac kök salaraq hüzurla boylan,

Adilə Aslanova Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Adilə Aslanova yaradıcılığından: * * * Boynumu yanıma salmışam, kədər, Uyuyub qalmışam tənhalığımda. Küçə ağı deyir, şəhər dil tökür, Bayquşlar ulaşır qaranlığımda. Asdım ulduzlardan lal düşüncəmi, Kövrək duyğularım olmadı taraz. Varlıya, kasıba böldüm gecəni, Bunu kasıbların ayağına yaz. Rəsmini çəkərsəm qəmin, harayın, Rənglər sərgi- sərgi boşalar, dolar. Bir ömür paylansa sevgi havayı, O da

KƏRAMƏT Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Kəramət yaradıcılığından: HAMI İÇİNƏ ÇƏKİLİB-SON LİMANA Gördüyün dağlar da yerində deyil hördüyün saçlar da pırpızlaşıb zənci saçına dönüb yaz duyğuları qış dumanı qarışıb yaz dumanına. Birdəfəlik canlı şpris... öz yerində deyil bu şəhərin, bir küçənin, bir evin sakinləri. başqa yerə işləyir işçilər, vergilər, bank faizləri. Ayırmaq olmur qız oğlanları, oğlan qızlar. Dollarla hesablayır adamlar

Könül Nuriyeva Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Könül Nuriyeva yaradıcılığından: * * * Gəl, sənə deyim Məni unutmağın yolunu. Bir qadını unutdurmaz, sənə bir bahalı siqar, yaxud başını dizinə alıb qəmli- qəmli dinlədiyin tar… Uşaq deyilsən, bilirsən özün, ayrılıq muncuq deyil, əzizim səbrlə yığım, bir- bir sapa düzüm… incimə, çox səbr etdim daha qalmadı dözüm. Ayrılıq yağışdır, dəli-dolu, birdən gələr, bağlayar ömürlük bildiyimiz yolu,
Yazı axını