Reklam
"Gözlər görməz öz yaşını yanaqda..." - Çiçək Tağıyeva
28-04-2025 13:03
Çiçək TağıyevaSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı qürbətdə yaşayan Çiçək Tağıyeva yaradıcılığından:
GƏL QAYIDAQ O İLLƏRƏ, ƏZİZİM
Könül açar tər güllərin nəfəsi,
Bülbüllərin cuşa gələr həvəsi.
Yaddan çıxmaz ilk görüşün vədəsi,
Gəl qayıdaq o illərə, əzizim!
Ömür keçər asta-asta, gunbəgün,
İlk məhəbbət ürəklərdə bir düyün.
Bir arzu var ürəyimdə, qoy deyim -
Gəl qayıdaq o illərə, əzizim!
Gözlər görməz öz yaşını yanaqda,
Həsrət üzər çiçəkləri budaqda.
Vida sözü alışmamış dodaqda,
Gəl qayıdaq o illərə, əzizim!
Ay işığı göy üzündən süzülsün,
Xatirələr ləçək-ləçək düzülsün.
Ötən günlər şirin-şirin çözülsün,
Gəl qayıdaq o illərə, əzizim!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-04-2025 13:03
Baxış sayı: 3780Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























