Reklam
"Eşq tükənsə, sevda sızlar içində..." - Rafiq ODAY
03-05-2025 14:28
Rafiq ODAYSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Rafiq ODAY yaradıcılığından:
DÖNÜŞDÜ
Qərib ruhlar köç üstündə - yol uzun,
Haqqa gedən yol qürbətə dönüşdü.
Varacağı bir yer varmı yolsuzun? -
Qucaq açan qol qürbətə dönüşdü.
Göz səmada, dil duada, qəlb aram,
Bir qətrə də qəbul etməz qəlb haram.
Səma hara, bulud hara - qəlp hara?! -
Çəmən, çayır, kol qürbətə dönüşdü.
Eşq tükənsə, sevda sızlar içində,
Əriyərsən sevdasızlar içində.
Adın vardı beş-üç azlar içində,
Sağ susduqca, sol qürbətə dönüşdü.
Bəxtəvər qul sonda haqqa varanmış,
Duz səpdiyin demə özcə yaranmış.
Külli-aləm bir kəlmədən yaranmış, -
Dönük çıxdıq, "Ol!" qürbətə dönüşdü.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-05-2025 14:28
Baxış sayı: 3449Yazı axını
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
Ən çox oxunanlar
19-10-2026 14:04





























