Reklam
"Ay bilir darıxan kimdir bu gecə" - Xatirə Fərəcli
02-05-2025 11:16
Xatirə Fərəcli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xatirə Fərəcli yaradıcılığından:
AY BİLİR
Göz-göz, çiçək-çiçək xallanıb səma,
Sayrışan ulduzlar düşüncə seli.
Eləcə pərişan, eləcə qərib
O ulduz ruhumun dirənən yeri.
Bəlkə də, göy üzü dar gəlir ona,
Bəlkə də, bezibdir durduğu yerdən.
Sözlü adam kimi gülümsəyir Ay
Ələnib tökülər ulduzlar birdən.
Sanki yer üzünə bomboz qar yağıb,
Yüklü ağacların kölgəsi yerdə.
Kölgələr sehirdir ay işığında,
Həbs olub içinə səs də, səmir də.
Kimin duyğuları küskün, dağınıq,
Kimin yanaqları nəmdir bu gecə?
Kim çıxıb Ay ilə söhbətləşməyə?
Ay bilir darıxan kimdir bu gecə.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 02-05-2025 11:16
Baxış sayı: 3388Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























