Reklam
"Elə sındı içimdə şüşə-şüşə ümidlər..." - Saqif Qaratorpaq
01-05-2025 13:21
Saqif QaratorpaqSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəri şeir ərmağanı Saqif Qaratorpaq yaradıcılığından:
* * *
Sınadım, sınıq çıxdı, çox heyif "can" deyənlər,
Eh...ürək qızdırmağa bir adam da qalmadı.
Neyləsin bu qürbətdə bəs indi pərvanələr,
Başına dolanmağa bircə şam da qalmadı.
Bitdi kəpənək ömrü arzumun, həvəsimin,
Gizlicə dəfn elədim ürəyimin başında.
Əllərimi gül kimi qoydum üstünə hərdən,
Bəlkə bir gün göyərdi-gözlərimin yaşından...
Sonra yığdım tozunu, xatirətək saxladım,
Misra-misra dirildi barmağımın ucunda.
Ürəyim puçurladı hər gələn yaza doğru,
Hər gecə su içdikcə ayrılığın ovcundan.
Elə sındı içimdə şüşə-şüşə ümidlər,
Qırıq-qırıq nəğməsi heç dodağa çatmadı.
Nə vaxtdı başlamışam şeir-şeir ölməyə,
Bəlkə elə söz ömrüm son varağa çatmadı.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-05-2025 13:21
Baxış sayı: 3353Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























