Təranə Məmməd Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Təranə Məmməd yaradıcılığından: ETİRAF Q umlu səhradayam. Günəşin istisi get-gedə qumu qızdırır. Hərdən əsən külək qumu yerdən qaldırıb havada fırladır sonra da zərbəylə üzümə çırpır. Addımlarımı çətinliklə atıram. Nəhayət, dizlərim bükülür və mən yıxılıb isti qumun üzərinə düşürəm. Qumun istisi bədənimin açıq hissələrini yandırır. Qəfildən, elə dayandığım yerdə qum burulğanı yaranır. Sanki kimsə var vücüylə

Aysel Nəsirzadə Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aysel Nəsirzadə yaradıcılığından: Ovutmaz ruhumu heç bir təsəlli Yatar ürəyinə söhbətim, sözüm Çətin bildiklərin görünər asan. Möhürlə yolunu səssizliyimə Mənim sükutuma qapılmayasan. Dolanbac ömrümün yolu tikanlı, Qara kölgələr var hər ağlığında. Ən yaxşı məsafə durduğun yerdi, Mən daha yaxşıyam uzaqlığında. Dalma ürəyimin dərinliyinə, Səni kədər boğar, qəm qaçaq salar. Məndən duyduqların

Nazir Rüstəmov Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nazir Rüstəmov yaradıcılığından: BİLMƏ Səni sevdiyimi kimsə bilmədi, Səni sevdiyimi heç sən də bilmə... Ağlımdan, duyğumdan, fikirlərimdən Gecə də, gündüz də keçsən də bilmə. Səni sevdiyimi mələklər desin, Yarpaq pıçıldasın, küləklər desin, Kəpənəklər desin, çiçəklər desin... Səni sevdiyimi kimsə bilməsin. Günlərim ömrümə həsrət düzümü... Bunu kimsə bilməz, heç sən də bilmə, Ayrılıq qaraldıb ağ

Pərvanə Bayramqızı Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Pərvanə Bayramqızı yaradıcılığından: SONUN BAĞLANĞICI – Nə üçün atamla evlənmək istəyirsən? – Atanı sevirəm. – Sevdiyiniz üçün evləndiyinizi nədən bilim? – Ağlına başqa hansı səbəb gəlir? – Bəlkə, evinə sahib olmaq istəyirsiniz? – Evim var. – Puluna. – Ona da ehtiyacım yoxdur, – qadın gülümsəyib əlavə etdi. – Övladlarım həmişə pul göndərirlər, özüm də işləyirəm. – Niyə övladlarınızla yaşamırsınız? –

Almaz Ərgünəş Bəyazid Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Almaz Ərgünəş Bəyazid yaradıcılığından: ƏRƏFƏ Altmış yaşımın tamamından cəmisi üç ay keçirdi. Texniki səhv ucbatından şəxsiyyətimi təsdiq edən vəsiqəmi Asan Xidmətdə dəyişdirməli oldum. Kiçik ölçülü, mavi rəngli, parlaq kardon parçasından mənə baxan şəklimdə gəncliyimdən əsər-əlamət qalmayan, ağ saçlarım, kiçilmiş və ət çuxuruna düşmüş gözlərim, batmış ovurdlarım "bu sən deyilsən" - deyir və mən bir

Rəfiqə Qasımqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Rəfiqə Qasımqızı yaradıcılığından: NƏ İŞİ VARDI Layiq olmasaydın təmiz sevgimə, əlinin əlimdə nə işi vardı. qoxusu qəlbini fəth etməsəydi, əlinin telimdə nə işi vardı. Arxamda durmasan uca dağ kimi, ömrümə gəlməsən yeni çağ kimi, sən yenik düşməsən güllü bağ kimi, sözünün dilimdə nə işi vardı. Alın yazısını yazmaqmı olar, ürəkdən sevgini pozmaqmı olar, gerçəyi yalana yozmaqmı olar, fələyin

Rafiq ODAY Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Rafiq ODAY yaradıcılığından: DÖNÜŞDÜ Qərib ruhlar köç üstündə - yol uzun, Haqqa gedən yol qürbətə dönüşdü. Varacağı bir yer varmı yolsuzun? - Qucaq açan qol qürbətə dönüşdü. Göz səmada, dil duada, qəlb aram, Bir qətrə də qəbul etməz qəlb haram. Səma hara, bulud hara - qəlp hara?! - Çəmən, çayır, kol qürbətə dönüşdü. Eşq tükənsə, sevda sızlar içində, Əriyərsən sevdasızlar içində. Adın vardı beş-üç

İlahə Səfərzadə Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı İlahə Səfərzadə yaradıcılığından: LAL Həyəcandan ayağı ayağına dolaşa-dolaşa, sürətlə addımlayırdı. Hərdən şiddətlənib hərdən də yavaşıyan yağış kələ-kötür asfalta dolub hər tərəfdə gölməçə yaratmışdı. Gecə saatları olduğu üçün ətrafda, demək olar ki, adam gözə dəymirdi. Buna baxmayaraq, qıza yenə də elə gəldi ki, kimsə onu izləyir. Addımlarını yeyinlətdikcə bu qorxu hissi bütün vücudunu ağuşuna alıb ruhunu

Təranə Vahid Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Təranə Vahid yaradıcılığından: QASIRĞA ..Kəpənəklər uçur, uçur, uçur... Hamı kimi onun hekayəsi də xırda bir uçuşdan başladı. Dünya hava limanına qonar-qonmaz sallaq bığlı bir kişi əyilib qulağına şəcərəsinin baş tacını – soyadını pıçıldadı: Çalağanov! Guya Yer üzündə adlar qurtarmışdı ki, ulu babası dünyanın gözünü töküb züryətinəbelə yönsüz ad qoymuşdu: Çalağan... Heç sonrakı nəsillər də Çalağanın

Xatirə Fərəcli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xatirə Fərəcli yaradıcılığından: AY BİLİR Göz-göz, çiçək-çiçək xallanıb səma, Sayrışan ulduzlar düşüncə seli. Eləcə pərişan, eləcə qərib O ulduz ruhumun dirənən yeri. Bəlkə də, göy üzü dar gəlir ona, Bəlkə də, bezibdir durduğu yerdən. Sözlü adam kimi gülümsəyir Ay Ələnib tökülər ulduzlar birdən. Sanki yer üzünə bomboz qar yağıb, Yüklü ağacların kölgəsi yerdə. Kölgələr sehirdir ay işığında, Həbs
Yazı axını