Reklam
"Adım nişanədir sənin adında... - Aysel Fikrət
08-05-2025 11:22
Aysel FikrətSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aysel Fikrət yaradıcılığından:
SON GÜN
Birdən yaşamağa gücüm çatmasa,
İşdi, birdən ölsəm, incimə məndən.
Fəsillər dəyişir insan ömrütək,
Ayrı pəncərədən baxırsan hərdən.
Birdən bu tikantək batan ömrümün
Son anı yetişdi, son günü çatdı.
Hisslərim qocalıb, göz yaşım bitib,
Elə hiss edirəm, ta çataçatdı.
Mənim səhərlərə sözüm tükənib,
Bir evim olmadı qapısı sınıq.
Gözəl gül baxçalı bağım olmadı,
Qoca qovaq kimi budağım qırıq.
Kim çatdı, qopardı, getdi canımdan,
Kim getdi, geriyə gətirəmmədim.
Zəhərdir acısı ayrılıqların,
Heç cürə içəri otürəmmədim.
Üzüb dənizində ömrün, yoruldum,
Gözünə döndüyüm həyat bu imiş.
Böyüklər xırdanı, güclü zəifi,
Fillər qarışqanı dipdiri yemiş.
Canımdan qalmadı sənə bircə pay,
Son sözüm, son üzüm qalsın yadında.
Mənim də qismətim səndə gizliymiş,
Adım nişanədir sənin adında.
Birdən yaşamağa gücüm çatmasa,
İşdi, birdən ölsəm, incimə məndən.
Fəsillər dəyişir insan ömrütək,
Ayrı pəncərədən baxırsan hərdən.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-05-2025 11:22
Baxış sayı: 3386Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























