"...ayrılıq ölümün özüdü" - Xaqani Abbasəli Öztürk
07-05-2025 12:30
Xaqani Abbasəli Öztürk Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xaqani Abbasəli Öztürk yaradıcılığından:
MƏN BİLİRƏM
Ən gözəl mən bilirəm,
dərdə uduzmağın dərdini...
Çünki ömrüm yaşam boyu,
günaşırı bir gününü,
dəfn edibdi dünənə...
(ömründən ehsan verib
hər gün vaxta bir öynə,
birdə öyünə- öyünə )
Mənlik deyil deyə ginən
uzaqdan keçmir zaman,
vaxtın dışına çıxmaq,
zamanı ötmək güman...
İtirdiyim hər günün,
köhnəlir zamanla dərdi
kim istər ki, itirsin,
itən nə var hədərdi...
Baxtıma vətəndaş olan,
ayrılıq ölümün özüdü.
Ağladan ağıtlar vəda ehsanı
(ayrılıq özgə cür vəda əzanı)
bütün ayrılıqlar yaxır sevdanı,
bütün ayrılıqlar yıxır insanı...
Ümüdün qurtuluşu,
gümana yüklənir,
güman yarpaq-yarpaq
təqvimdən ələnir...
Yalana köklənir bəlkə türküsü,
dalğası ölmüş dəniz kimi,
sahildən geri dönür,
öləziyir olacağın ülküsü...
asiləşir pozulan süsü..
Səni düşünməyə məhkum,
gözümdən başlayır ırmaq...
Hər gün bir daş xatirənin,
oyur köksün oymaq- oymaq
Ayrılıq guzeydən- güneyə,
eşqin qədim vətəndaşı,
birazca qəmi bahalı,
aşiqin vətəndə daşı
aşiqlərin edam yaşı...
Yalnızlaşan, ucuzlaşan,
General kəlmələrim,
gödənçi gəlmələrin.
Qanmaz masasında onay,
bəkliyən dilənçi kəlmələrim...
Qaçırılmış fürsətin,
bir qərinədi yaxan həsrətin,
yasın tutur...
Məni səsləyən uzaqlar,
içində dərdimi uyudur...
Sən mənim düşdüyüm,
bahalı dərdim.
Ömrü sənə fəda verdim...
Ən gözəl mən bilirəm,
Ki, özləmim, özəlim,
özümü yıxan öz əlim,
Səndən uzaq durmasam,
Çətin dikəlim, düzəlim...
Ən gözəlin mən bilirəm
çünki yenildiyim dərdin
dərdini özüm dərirəm...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-05-2025 12:30
Baxış sayı: 3274Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















