Reklam
"Sevginin dilində nə işi vardı..." - Rəfiqə Qasımqızı
04-05-2025 12:34
Rəfiqə Qasımqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Rəfiqə Qasımqızı yaradıcılığından:
NƏ İŞİ VARDI
Layiq olmasaydın təmiz sevgimə,
əlinin əlimdə nə işi vardı.
qoxusu qəlbini fəth etməsəydi,
əlinin telimdə nə işi vardı.
Arxamda durmasan uca dağ kimi,
ömrümə gəlməsən yeni çağ kimi,
sən yenik düşməsən güllü bağ kimi,
sözünün dilimdə nə işi vardı.
Alın yazısını yazmaqmı olar,
ürəkdən sevgini pozmaqmı olar,
gerçəyi yalana yozmaqmı olar,
fələyin könlümdə nə işi vardı.
Göynəyən həsrətim ömrümü bölür,
cücərmiş arzular günbəgün ölür,
ümidin boz rəngi göydən tökülür,
rənglərin qəlbimdə nə işi vardı.
Bostanıma daş atmısan əzəldən,
bac alıb öcəşən yollar xəzəldən,
sehrə düşdüm söylədiyin qəzəldən,
sevginin dilində nə işi vardı.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-05-2025 12:34
Baxış sayı: 3437Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























