Reklam
"Möhürlə yolunu səssizliyimə..." - Aysel Nəsirzadə
06-05-2025 11:30
Aysel NəsirzadəSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aysel Nəsirzadə yaradıcılığından:
Ovutmaz ruhumu heç bir təsəlli
Yatar ürəyinə söhbətim, sözüm
Çətin bildiklərin görünər asan.
Möhürlə yolunu səssizliyimə
Mənim sükutuma qapılmayasan.
Dolanbac ömrümün yolu tikanlı,
Qara kölgələr var hər ağlığında.
Ən yaxşı məsafə durduğun yerdi,
Mən daha yaxşıyam uzaqlığında.
Dalma ürəyimin dərinliyinə,
Səni kədər boğar, qəm qaçaq salar.
Məndən duyduqların şeirə sığar,
Dastanlara sığmaz ağrılarım var.
Ovutmaz ruhumu heç bir təsəlli,
Dilə tutulası dərd deyil dərdim.
Həyat əzəlindən sınaq meydanı,
Mən də sınaqlardan keçməyə gəldim.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-05-2025 11:30
Baxış sayı: 3615Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























