Reklam
"Günlərim ömrümə həsrət düzümü..." - Nazir Rüstəmov
05-05-2025 16:30
Nazir RüstəmovSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nazir Rüstəmov yaradıcılığından:
BİLMƏ
Səni sevdiyimi kimsə bilmədi,
Səni sevdiyimi heç sən də bilmə...
Ağlımdan, duyğumdan, fikirlərimdən
Gecə də, gündüz də keçsən də bilmə.
Səni sevdiyimi mələklər desin,
Yarpaq pıçıldasın, küləklər desin,
Kəpənəklər desin, çiçəklər desin...
Səni sevdiyimi kimsə bilməsin.
Günlərim ömrümə həsrət düzümü...
Bunu kimsə bilməz, heç sən də bilmə,
Ayrılıq qaraldıb ağ gündüzümü,
Əriyib gecəmdən keçsə də bilmə.
Səni sevdiyimi kimsə bilmədi,
Səni sevdiyimi heç sən də bilmə...
Günlərin bir günü bir ər evinə
Qəmli vağzalıyla köçsən də bilmə.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-05-2025 16:30
Baxış sayı: 3563Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























