Reklam
Eşqin Məmmədov -Vətən torpağı -Hekayə
03-11-2020 14:43
"...Hər üçümüz min kilometrlərə aralıda bu bir damcı torpağı öpüb, ağladıq..."
Dalidag.az gənc yazar Eşqin Məmmədovun hekayəsini təqdim edir:
VƏTƏN TORPAĞI1970-ci il. Sovetlər ölkəsi. Hər il olduğu kimi bu il də, yenə hərbi çağrış üçün ailələrə "povestkalar" göndərilirdi. O zamanlar bizim kəndimizdə poçtaliyon Həmid dayı idi. Səhər qapının üstündəki poçt qutusuna nəzər yetirəndə, məktub gəldiyini gördüm. Məktubun üstü ən sevdiyim markalardan biri ilə bəzədilmişdir. Mən məktubun üstünü oxuduqda, artıq məsələnin nə yerdə olduğunu anladım. Tez anama xəbər etdim ki, ayın 3-ü əsgər gedirəm . Bir gün öncə qohum - tanış bizə yığılıb məni yola saldılar. Səhər Salman kişinin at arabası ilə kəndin çıxışına, yəni "Poçt yolu“ deyilən əraziyə kimi gəldik. Burdan rayon mərkəzinə isə Allah kərimdir deyib, piyada tərpəndik. Mənimlə bərabər qonşu kənddən Azad adlı oğlan da gedirdi. Bir xeyli yol qət etmişdik ki, Salahlı kəndidndən kolxoza məxsus Zil markalı maşın çıxdı. Əl edib, saxladıq.
-A bala nə lazımdır?- deyə sürücü soruşdu.
-Əmi bizi rayona qədər apararsan?
-Buyurun ,əyləşin.
Biz rayona yetşdik."Vayonkamatın" qarşısında xeyli insan toplaşmışdı. İzdihamın içindən keçib, həyətə daxil olub növbəyə durduq. Daha sonra bizi avtomobillərə mindirib Bakıya gətirdilər. O zamanlar hamı Biləcəridən yola salınırdı. Bizi sıraya düzüb yenə böldülər. Azad Kuril adalarına getməli oldu.Mən isə qərbə, yəni Şərqi Almaniyaya. Bizə hərbi forma verilən zaman, hələ kənddən özümlə götürdüyüm büküncəyi güclə gizlətdim. Nəhayət biz "molodoy tabor"a gəldik. Bir neçə ay təlim keçdikdən sonra məni zastavaya aparıdlar. Artıq xidmət günləri başladıqca, vətən üçün darıxmaq, xatirələr oyanmağa başlamışdı. Bu zastavada 3 azərbaycanlı idik. Qalanları isə başqa xalqların nümayəndələri ididlər. 2 ilə az qalmışdı, Novruz bayramı ərəfəsi idi, biz üç azərbaycanlı gənc el-oba üçün, xüsusən də bayram üçün çox darıxmışdıq. Həmin günü heç kefimiz yox idi. Serjantlardan biri alman Fridrix idi. Nəhəng bir bədənə malik idi. Zahirən qorxunc görünsə də , ürəyi yuxa adam idi. "Starşina"mız Bandarçuk da əla oğlan idi. "Kambat"ımız Tejeloviski biraz qaba adam idi. Onunla hər zaman dil tapmaq mümkün deyildi. Uşaqların kefini açmaq üçün Firidrixdən icazə istədim.
-Yoldaş serjant, icazə olar sizə sual verim?
- Buyurun!
- Bu gün bizim milli bayramımızdır, əgər icazə versəydiniz, biz bir saat sinif otağında qalardıq.
- Buyurun. Ancaq sakit.
Oldu deyib, ayrılaraq uşaqların yanına gəldim. İcazə verəcəyini bilirdim, çərənçilik edəcəyini də yəqin etmişdim, amma soruşmadı. Uşqlar həmin vaxt iş görürdülər. Mən plastın başından onlara səsləndim:
Seymur və Asif, tez sinif otağın gəlin. Yoldaş starşinadan izacə almışam. Bu zaman erməni Arman qışqırdı:
-Cəlil biz də?
-Yox, siz "pasılka" gələndə gələrsiz .
Beş dəqiqə sonra biz sinif otağında cəm olduq. Seymur soruşdu:
-Cəlil, sən canın yenə nə hoqqa tapmısan?
-Əşi nə hoqqa, bayram deyil?
-Byaramdır.
-Elədirsə, dedim kefinizi biraz açım.
Kənddən bəri min əziyətlə saxladığım, büküncəyi nəhayətki kitelin altına tikdiyim parçanın arasından çıxarıb stolun üstünə qoydum. Uşaqlar təəccüblə bunun nə olduğuna baxırdılar. Aramla büküncəyi açdım, içində isə kənd torpağı idi. Asif soruşdu :
-Bu nə torpağıdır?
-Vətən torpağı
Hər üçümüz min kilometrlərə aralıda bu bir damcı torpağı öpüb, ağladıq. İçimizdəki fırtına sakitləşdi. Qalan xidmət zamanı hər gün uşaqlar gəlib xəlvət o torpağı öpürdülər. Biz tərxis olunduqdan sonra , topağı yenə yerinə qaytarıb, tökdüm. Bəli, bizi 3 il min əziyyətə dözməyə sövq edən , məhz o Vətən Torpağı idi. Onun üstündə yenidən yerimək üçün, ancaq hərəkət etmək lazım idi.
Eşqin Məmmədov
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-11-2020 14:43
Baxış sayı: 3504
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02