Reklam
"Dəniz də qadın kimidi" - gah mülayim, gah qəzəbli
07-07-2020 18:15
Həmişə düşünmüşəm, ulu Yaradan insanlığa və təbiətə iki bənzərsiz ilahi gözəllik bəxş edib: onun biri dənizdi...
Siz heç səhər dan yeri ağarmağa başlayanda dənizdən Günəşin doğmasını, gizlin-gizlin boylanmasını görmüsünüzmü? Ayın və ulduzların günümüzün yarısını Günəşə verdiyi an təbiətin ən bakirə anıdır. Bu ana uzun illər tamaşa etmişəm və duyğulanmışam...
Şair Rəfail Tağızadənin danışığını, təbəssümünü, insana sayğısını nədənsə ləpələrin həzin pıçıltısına bənzədirəm. Həm də mənəvi aləmini. Qarabağda - Ağdamda dünyaya gələn uşaqlığında, gəncliyində dəniz görməyən şairin dənizə vurğunluğunda gözəlliyə - dənizə və dağa sevgi olmasaydı poetik dünyası kasıb olardı. Halbuki onun söz dünyasının zənginliyinə heç kimin şübhəsi yoxdur.
Rəfail müəllimin lirikasının bahar təravəti, payız kövrəkliyi, həm də təbii yosun rayihəsi poetik lövhələrin canına hopub. Bəzən mən qəribə hisslərin ağuşuna düşürəm. Mənə elə gəlir ki, elə anlar olur Rəfail müəllim başdan ayağa dənizləşir, “quraqlığın balıq iyini, dənizin yarpaq ətrini” duyur, “dənizin qurbanlıq gəmisi” olmaqdan, “boş şəhərin onu dənizə uzanan küçələriylə boğmağa aparmasından” qorxmur. Arxayındır ki, doğması dəniz onu qoruyacaq. “Düşüb dənizin bətninə yeni insan kimi doğulmaq” istəyir şair. Doğrudan da köhnəfikirli cəmiyyət yeni doğulacaq azadfikirli, zəngin dünyagörüşlü, cəsarətli insan həsrətindədir. Şair təxəyyülü bu insanın siluetini dənizin qoynunda axtarır. Bilir ki, dəniz gərəksizləri qoynundan kənara atır, safları qucağına alır.
Rəfail müəllimin yaradıcılığının çoxşaxəli çığırlarından biri də dənizin poetik “mənzərə”ləridir. Bu cığırda ləpə kimi mülayim,, dalğa kimi coşğun, sunami kimi qəzəbli, dənizin ortasından boylanan qara daşlar kimi sərt şeirlərlə rastlaşdım. Bir-birimizi birinci dəfə görsək də tez isinişdik, dil tapdıq, doğmalaşdıq. O təzə “tanış”larımla necə anlaşdım? Bu “görüş”ün təfərrüatları ilə sizi də tanış etmək istəyirəm. Şair “Dəniz də qadın kimidi” bənzətməsiylə nə demək istəyir? Gəlin, birlikdə çözək...
Dəniz Rəfail müəllim kimi mənə də doğmadır. Şəfaverici Günəşi, hər gecə sularında yuyunan Ayı, qərib axşamları, qaynar qazan kimi coşmasıyla. Ömrümün üçdə birini onun ləpə təbəssümüylə, qasırga qaşqabağıyla birgə keçirmişəm. “Dünyanın səkkizinci möcüzəsi- “mözüzələr adası” Neft Daşları mənə və bir çox dəniz fatehlərinə qucağını açıb. Dənizin quzu kimi mülayimliyini, pələng kimi gərilməyini çox görmüşəm, bəyaz gəlin donlu qağayıların gülüşəbənzər nəğməsini də...
Bəs Rəfail müəllimin dənizinin xasiyyəti necədir? Ancaq qadın kimimi? Bəzən mənə elə gəlir ki, şair Ağdamda yox, dənizin qoynunda doğulub. Onun dənizi o qədər səmimidir ki, könlünə yatmayanı yaxına buraxmır, Rəfail müəllim isə həmişə onun könlündədir. “İsmətli gəlin” kimi özünü istədən dəniz həmişə şairin qulağına lirik məhəbbət nəğmələri pıçıldayır.
“Dənizdə toy” mağarı qurub şair. Ləpələr önünə yüyürür, “əyilsə, üzündən, gözündən öpər ləpə paltarlı gəlinin”. “Mendelson marşı”nı isə külək çalır”:
Bu gecə dalğalar dəniz toyunda
Ləpəylə ilk dəfə bir vals oynayar.
Ay da olanları göyə yollayar...
Şair təxəyyülünün gücünə baxın: kobud dalğayla zərif ləpəni barışdırıb, qol-boyun edib vals oynamağa razı salır.
Rəfail müəllim bəzən bir mahnıda deyildiyi kimi, “iki sevda yaşayır, bu iki sevdanın cəzası”ndan da qoxmur:
Gəl gedək, dəniz gözlüm,
gedək burdan uzağa.
Gedək biz olan yerə,
gedək bizim dənizə.
İki sevgi arasında
Od oluram, su oluram –
Səni dənizə qısqanıram,
mən dənizi qısqanıram.
Əsl sevgidən yaranan qısqanclıq alovu şairi yandırıb-yaxır. O, dənizə həsədlə sevgilisinin
Səni dəniz təki qucaqlayaydım,
səni dəniz təki öpə biləydim.
Səni dalğalartək alıb qoynuma,
səni ləpələrtək sığallayaydım...
könlünü alır, həmin şirin nəğməni dinləyən o “dəniz gözlü” səmimidir, sadiqdir. Rəfail Tağızadə “dəniz gözlü”sünü “özgə baxışa - “gündüzlər Günəşə, gecələr Aya qısqansa” da, gecələr onun yuxusuna dalğaların laylay deməsinə razıdı. Dəniz çılğın aşiqi necə də ”ram” edərmiş...
Şairin sevimli dənizi bir özəlliyi ilə də seçilir. Dənizin hər ovqatı Rəfail müəllimə xoşdur, ilhamına qol-qanad verir, yaşamaq eşqini artırır, saflaşdırır. Onun “xatirələri dalğayla sevişir, amma həqiqi sevənlər kimi qısqancdır:
O coşğun dalğayla qaçsa xatirəm
Keçmişim içimdə alışıb yanar.
Nəbi Xəzrinin “Dəniz, göy və məhəbbət” şeiri ilahi sevgi və mavi dəniz haqqında ən xoşuma gələn poeziya incisi kimi həmişə sevə-sevə oxumuşam. Rəfail Tağızadənin yaradıcılğında belə şeirlərə rast gələndə sevindim. Dəniz xislətini Rəfail müəllim də çox gözəl anlayırmış.
Sevən aşiq sevgisi yolunda hər cəfaya dözməlidir, mübarizə apamağı bacarmalıdır, qurub-yaratmalıdır:
Sənə bir şəhər salım,
yeni: iki nəfərlik.
Uzunu bir yol boyu,
eni iki nəfərlik.
Bu eni iki nəfərlik şəhər kövrək xatirələr şəhəridir, “pəncərəsi dənizə baxır, gündüz Günəş, gecə Ay süzülüb evə axır”:
Qızılgülün ətriylə
dolan bir evim olsun.
Ruhumuzu oxşayan
o evim, evin olsun....
Dalğalar layla desin
gecə sənin yuxuna.
Ləpə özü gələcək
hər gün səhər qoxuna...
Şairin lirik “mən”i “söykənib arzulara sevgilisinə baxmaqdan doymur”, ilahi gözəllikləri – onun sevgisinin şahidi “aylı gecəni, mavi dənizi, qumlu sahili, ləpələrin mehini” ona ərmağan edir:
Saçını darayasan
Baxıb mavi güzgüyə.
O, “dənizin sahilinə fikrini dağıtmaq üçün” yox, dalğaların nazlana-nazlana “gətirdiyi xatirələrin” qanadında ömrün şirin anlarına “qayıtmaq üçün” gəlir. Dənizlə baş-başa qalıb şirin-şirin pıçıldayanların xatirələri də sevgi etirafları kimi özünəməxsusdur. Aşiqin ağ libaslı sevgilisi “ağ yelkəndir”, o isə “dor ağacı”. Təkcə sahildə deyil, “dənizin ortasında da dalğalar layla çalır köhnə xatirələrə”. O laylanı, dalğalara bürünən xatirələri eşitmək, anlamaq üçün həssas ürək sahibi olmaq gərəkdir. Rəfail müəllimdə o ürəyi tapdım. Saçının ucundan dırnağınacan dənizləşən, dalğa sevgisinə bələnən lirik “mən” üçün “ayrılıq dar ağacı”dır. Rəfail müəllim dənizə acılı-şirinli xatirələrini səpib:
Sakit, mavi dənizdə
hər səhər qağayılar
xatirələri yeyəcək,
sənin arzularını
bir-birinə deyəcək,
deyib-deyib güləcək...
Möhtəşəm dəniz mənzərəsi – duyğulu, səmimi və kövrək. Hər söz bal pətəyi kimidir, sevgi süzülür. Bunu yaradan həm şairdir, həm də rəssam. Bunu yaratmaq üçün sevən “könül göylər qədər dərin”, sular qədər saf olmalıdır.
Dəniz sevgisinə mübtəlalar “fələyin oyununa dözə bilməyəndə sevgilisi dənizin qoynuna girir”, sevgilisinin dizinə başını qoyub onun laylaları ilə uyuyurlar. Axı sevənin “bir yerimi var baş götürüb qaçmağa?”
Dərdimə həmdəm dəniz,
mənim könül sirdaşım,
Bu gün yaman kövrəyəm,
Qəm yoldaşım, sirr daşım.
“Sirr daşım” mənə çox doğma gəldi, “dəniz gözlüm... Qoy məni gözün üstünə, nə olsun üzə bilmirəm” isə duyğulandırdı.
Dalğalar nəğmə desin
gecənin qulağına.
Bir həzin mehə dönüm,
Sığınım qucağına...
Ləpə pıçıltısına bənzəyən şirin və təmiz hisslərdir...
Rəfail müəllim dənizin intizarında “kədərin dadını, yoxluğun qoxusunu” özünə doğma bilir, bəzən də dəniz ayrılıq dərdinə dözməyib onu qoynuna çağırır:
Dəniz də qadın kimidi.
Adamı özünə çəkir:
sevdikcə sevmək istəyirsən,
getdikcə getmək istəyirsən;
ayrıla bilmirsən,
qoynuna sığınmaq istəyirsən...
Şair dənizə elə vurulub ki, hətta onun bütün cəfalarından həzz alır, öləndə də onun qoynuna sığınmağı səadət sayır, inanır ki, dəniz onu nərmənazik ləpə əlləri ilə boğsa da, “üzündəki sevgi naxışları solmayacaq, içinə bir sevgi toxumu səpib” yenidən dünyaya gətirəcək:
Məni dəniz boğsa bir dərdim olmaz.
Bilirəm, ustufca, lap aram-aram
çəkib öz qoynuna alacaq məni.
Bir az tumarlayıb, bir az oynadıb
əliylə gözümü yumacaq mənim.
Qoymaz son sözümü, qoymaz deməyə.
Ona dərd olacaq, dözməz bu dərdə.
İlahi eşq!!!
Aşiqi “sevginin qoynunda batıran, oxşayıb, oxşayıb yatıran, yuyub rahatlayıb basdıran, canlılar gözündən azdıran, balıqları üçə, yeddiyə yığıb, “baxdınız, gördünüz, dağılın” əmri verən, üstünə yosunlar döşəyən” dənizin qucağına sığınıb uyuyan şairin lirik “mən”inin səmimiliyinə inanıb, az qalıram o ilahi ölümə həvəslənim. Sözün qüdrətinə baxın! Amma “mən” ölmək də istəmir. “İkili sevda”nın birincisini “köməyə çağırır”:
Sənsiz bu dənizin nəyi dənizdi?
“Hamilə dəniz” şeirində şair mükəmməl poetik tablo yaradır, belə lövhəni heç Ayvazovski də düşünə, çəkə bilməzdi. Bu lövhə qarşısında rəng çalarları da acizdir:
Sonra bir Ay doğar dəniz üstünə,
əsdirər, coşdurar mavi dənizi;
dəyişər dənizin mavi bənizi.
Üzünə lacivərd bir öpüş qonar,
Dəniz o öpüşdən hamilə qalar...
Rəfail müəllim təcrübəli dəniz hidrometeoroloqu kimi xəzrinin, gilavarın istqamətini, xarakterik xüsusiyyətlərini də yaxşı bilir:
Xəzri “yaşa”, - deyib, səni üzünü sığallayır,
Gilavar mənə “bəsdi, yaşadın”, - deyib, dənizə itələyir.
Eh, qanunsuzluğun hökm sürdüyü məmləkətdə
Sən hara,
Mən hara...
Dalğaların bir-birinə məhəbbəti, dalğa birliyi, dalğa saflığı, bir sözlə, dalğa ömrü bəşər övladına örnəkdir. Xalq şairi Qabilə görə, dalğalardan öyrənməli çox mənəvi dəyərlər var:
Dalğalar bir-birini künc-bucağa sıxmayır...
Dalğalar bir-birini badalaqla yıxmayır.
Ümmanlar ona görə əzəli, əbədidir –
Dalğalar bir-birinin axırına çıxmayır.
Dəniz şair üçün həmişə şirin duyğuların məskəni deyil, həm də ağrılı-acılı məzar yeridir. Rəfail Tağızadə “Narğin adasında güllələnən insanların ahını eşidir, torda çan verən kilkələri görür”.
Hər dəfə Nargin adasının yanından keçəndə nakam Müşfiqin itkin ruhunun səsini eşidirəm. Mənə elə gəlir ki, “işıqlı dünyadan necə əl çəkim?” hayqıran Müşfiqin məzarı bütöv Azərbaycan böyülükdədi, Nargin böyüklükdə yox...
Şair zamanın dərd-sərindən, gedişindən, gəlişindən, insanların təbiət anamıza nankorluğundan narahatdır. O, zamanın vurğusunu duyur, ab-havasının həssas barometridir. “Qoca balıqçının nəfəsi kəsilib, balıqlar da üz döndərib qocadan, bəlkə tilov köhnəlib, ya balıqlar dəyişib zamanın gərdişindən”:
Bu zamanın suyu da,
havası da dəyişib,
dənizdə balığı da,
tavası da dəyişib...
Kölgəsiz dənizə
ləpələr layla çalır,
qoca balıqçının əlində
axşamın ümid tilovu mürgüləyir.
“Təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək, hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır” (F.Engels). “Təbiətin sümüyünə dirəndik, iliyini sorasıyıq, sorası” – deyirdi Bəxtiyar Vahabzadə.
Rəfail müəllimin dənizi ən çətin anlarda hisslərimizə su çiləyir - “pıçıltı ilə həzin nəğmə oxuyur, yenə sevği qoxuyur”. Bu nəğmələri hələ çox dinləyəcəyik, oxuyacağıq - ləpə dilində, dalğa harayında, qağayı gülüşündə...
“Ləhcəsi bal dənizin qayasında gül, bağında bülbül olanların son ümid yeri” dənizdir. Əmindirlər ki, mərhəmətli və xilaskar sevgili onları qoruyacaq, “hər yer hasar içində” olsa da azadlığa qovuşduracaq. Tezi-geci var, bu azadlıq sevərlərin mübarizəsiylə əldə ediləcək. “Azadlığa o
adamlar layiqdir ki, hər gün bunun uğrunda mübarizə aparır” (Höte).
VAQIF OSMANOV
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-07-2020 18:15
Baxış sayı: 3802
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02