Reklam
Əlövsət Saldaş:"Dağın o üzündə güman yerim var, karvanım bu dağdan aşa deyirəm..." -ŞEİRLƏR
15-06-2020 16:10
Söz, poeziya və Kəlbəcər.., ya da əksinə, Kəlbəcər, söz və poeziya. Ayrı-ayrılıqda sevginin, ucalığın adı. Bir yerdə möhtəşəm birliyin ehtivası. Və həmin ehtivanın ədəbiyyata bəxş etdiyi onlarla təkrarsız imza. Kəlbəcər qoxulu şeiriyyəti ilə klassik və müasir poeziya kəsişməsində yeni nəfəs kimi zühur edən Əlövsət Saldaş imzası da özünəməxsusluğu ilə seçilən imzadır. Müxtəlif mövzuların şəkilləndiyi şeirləri ilə oxucu ürəyini ələ almağı bacaran şair 1957-ci ildə Kəlbəcər rayonunun Çərəkdar kəndində anadan olub. İxtisasca riyaziyyat müəllimdir. 1980-ci ildən mətbuatda çap olunmağa başlayıb. Kəlbəcərsizlik, yurd həsrəti təbii olaraq, onun da ruhunu ağrıdıb və bu ağrı şeirlərinə yansıyıb. Bu gün Ə.Saldaşın doğum günüdü.
Dalidag.az olaraq bu münasibətlə şairi təbrik edir, sağlıqlı uzun ömür, yaradıcılıq uğurları, ən ümdəsi isə Kəlbərə qovuşmağı arzulayırıq.
Sevinc Qərib
MƏNİ UNUTMAĞA TƏLƏSMƏ HƏLƏ
Olub, olmazımı yığıb gedərəm,
Özüm -öz ,evimi yıxıb gedərəm.
Bu dönük dünyadan ,çıxıb gedərəm.
Bir düşün, bir daşın götür - qoy eylə.
Məni unutmağa ,tələsmə hələ.
Şirin nəğmə kimi ,qəlbinə dolam
Səni qayğıların əlindən alam.
Saralıb-solmayan ümüdün olam.
Nədir nə xəyaldır ,düşmüsən belə?
Məni unutmağa tələsmə hələ.
Axı daş deyiləm, məndə bəşərəm.
Yetər öz atəşim ,odsuz bişərəm
Gecələr yuxudan qaçaq düşərəm,
Dönərsən kamanda, sızlayan telə ,
Məni unutmağa ,tələsmə hələ.
Mən haçan sevindim ,güldüm a zalım?
Bildim məramını,bildim a zalım.
Azca inad eylə ,öldüm a zalım.
Görürsən eşqimə ,köləyəm -kölə.
Məni unutmağa tələsmə hələ.
Mən dedim həmişə, adıma güvən.
Demədim ayrılaq qoparaq şivən.
Məni yarıtmadın, ay məni sevən,
Nə tez eşqimizi vermisən yelə ?
Məni unutmağa ,tələsmə hələ.
Əzəldən qəm üstdə, köklənib sazım.
Bi nəsib bəndəyəm, çəkilməz nazım.
Əgər istəyirsən ,yaradım -yazım?
Birdə o kəlməni gətirmə dilə.
Məni unutmağa ,tələsmə hələ.
İnsafı unutma ,mürvəti atma
Ömrümü doğrama, sonuma çatma.
Sən şair öldürüb, günaha batma.
Yaman bəd əsirsən, gəl əsmə hələ.
Məni unutmağa ,tələsmə hələ.
Nə sənə canını ,qıyan tapılmaz.
Nə səni mənim, tək duyan tapılmaz.
Gəzərsən bir vədə, düşmərəm ələ
Məni unutmağa, tələsmə hələ.
Endir Əlövsəti göylərdən endir.
Sağalmaz onsuzda ,yarası mindir,
Son güman yerimdir ,bir onu dindir
O ,ürək mənimdir demişəm elə.
Məni unutmağa, tələsmə hələ.
MƏNİ
Əlövsət adında şair gəzməyin,
Qərib çağırırlar Vətəndə məni.
Nələr çəkdiyimi bir Allah bilir,
Nə mələk annamaz nə bəndə məni.
Dərdimə bağlıdı sözümün başı,
Onunçun qurumur gözümün yaşı.
Yanıram- deyirəm, anlamır naşı,
Yüz yara göynədir bədəndə məni.
Yetənə dolaşan dolaq olmadım,
Calaq vuran oldum,calaq olmadım.
Tikan bitirmədım, alaq olmadım,
Səpən yaxşı səpib səpəndə məni.
Kimə xərcləmisən, hara vaxtını?!
Gəz canım, təzədən ara vaxtını.
Görürdüm günümün qara vaxtını,
Həsrət qucaqlayıb öpəndə məni.
Görən yerindəmi bəndlər,bərələr,
Qayıdam- çəmənlər süfrə sərələr...
Baxarmı üzümə dağlar, dərələr,
Getsəm qoyarlarmı o kəndə məni?!
***
Min yol yaralandım, min yol qanadım,
Dayandı, duruşdu mənim inadım.
Sırsıra bağladı qolum - qanadım,
Görən elə bildi "qar" ağacıyam.
O xınadan deyil bu xına, gəlmə,
Düşərsən amansız axına, gəlmə!
Sənə qurban olum, yaxına gəlmə,
Kəndirli, kətilli dar ağacıyam.
Üst - üstə çəkilmiş yüz dağım qalıb,
Sacda qovrulmuşam, cızdağım qalıb.
Eləcə kölgəsiz gözdağım qalıb,
Budağı kəsilmiş bar ağacıyam.
Qurum kulə dönüb, tüstüm yaşındı,
Qalan ocaq yerim, ocaq daşımdı.
Lələ, bu xırmanın dəni daşındı,
Şanası, kürəyi, darağacıyam.
Bir bilən yoxdu ki, necədi könlüm -
...Xaraba şəhərdə küçədi könlüm.
Əlövsət, talanmış meşədi könlüm,
Yol üstdə təklənmiş qarağacıyam.
QALIB
Oxuya bilmədin qəlbimi neynim,
Həzin duyğularım bükülü qalıb.
Uçurdun, dağıtdın könül evimi,
O vaxtdan virandı, sökülü qalıb.
Kimin ki, taleyi üzünə ağdı-
Eşqi sinəsinə çəkilmiş dağdı.
Dilim səsləyəcək neçə ki, sağdı,
Gözüm yollarına dikili qalıb.
Olmayaydı havam, suyum, çörəyim,
Sən idin istəyim, təkcə gərəyim.
Səni deyə-deyə mənim ürəyim
Yanıbdı, nə közü, nə külü qalıb.
İndi haxlını tap, günahkarı seç,
Bağışla səhvini, ya keçmə, ya keç!..
Mənim ümidlərim göyərmədi heç,
Elə ürəyimdə əkili qalıb.
Bu sevda,-astarı üzündən baha,
Əydi qamətimi, əyməzdim şaha.
Yığılıb cəmlənə bilmədim daha,
Pozulub sahmanım, tökülü qalıb.
Dönüm çiskinində azım illərin.
Hansı xatirəsin yazım illərin?!
Sənsiz yaşadığım uzun illərin
Yadımda soluxmuş şəkili qalıb.
***
Bir dərviş misallı axtaran olsa,
Yerini bilirəm,- burda biri var.
Səsi Tanrıya da bəlkə yetişmir,
Qoşulub ulayır qurda,-biri var.
Olan ümidlərin yellər apardı,
Bircə əlçatanı olsa nə vardı...
Vətən deyə-deyə dili qabardı,
Əlləri uzalı YURDA,- biri var.
Baxıram-görkəmi daşa bənziyir,
Daşınan yaranıb qoşa-bənziyir...
Bütün fəsilləri qışa bənziyir,
Ayaqları donur qarda,- biri var.
Dünyanın dərdini dərib yaşadı,
Həyatın hər üzün görüb yaşadı,
Bu fani dünyada qərib yaşadı,
Rahat yatmayacaq gorda,-bir var.
Kəramət yoxuymuş baxtında,gəlin,
Bayquşlar əyləşib taxtında, gəlin....
Yığılın, hayına vaxtında gəlin,
Əlövsət adında darda biri var.
DEYİRƏM
Qapısın döyməli kimsə qalmadı,
Gedib dərdlərimi daşa deyirəm.
Şikayət edirəm daş adamlardan,
Daşın da daş səbri daşa deyirəm.
Hələ ah çəkirəm, aman yerim var,
Damım zədəlidi daman yerim var.
Dağın o üzündə güman yerim var,
Karvanım bu dağdan aşa deyirəm.
Olanlar daşlaşır, bütləşir gedir,
Libasın soyunur, lütləşir gedir.
Qafalar keyiyir, kütləşir gedir,
Batmır dediklərim başa, deyirəm.
Daha qənşərimə gəlmir çəm indi,
Bu yaşda neynəsin ömrükəm indi.
Nizamsız, dağınıq bu köç mənimdi,
Apara bilsəydim başa - deyirəm...
A könlü qübarlım, dili gileylim,
Fərağında qaldım, gəlmədi Leylim.
Ömür ürəyincə olmadı neylim,
Əlövsət, birtəhər yaşa deyirəm.
QUTARDI
Canımda ağrılar Nuhdanqalmadı,
Axtardım,dərmanın bulan olmadı.
Daha deyəcəyim nəsə qalmadı,
Bir ağı söylədim yurda, qutardı.
Yol ötmür verana bağlara sarı,
Canımı sərhəddə cağlara sarı!
Ruhumu göndərdim dağlara sarı ,
Tapşırdım yalquzaq qurda, qutardı..
Bu gediş hayana, bu yön nə yöndü?
Dünyamız başıma tərsinə döndü.
Sonuncu ümidim gözümdə söndü,
Sonuncu təsəllim burda qutardı.
Gorda da tükənməz çəkdiyim cəbrim,
Görərsiz, od tutub yanacaq qəbrim.
Mənim dağ dözümüm,mənim dağ səbrim
"Dayan!"da qutardı, "dur!"da qutardı.
Varlığım büsbütün zədədir zədə,
Toxunma Şaldaşa, dindirmə nə də!
Mənim yatmış bəxtim oyanmaz,dədə,
İsrafil usandı, sur da qutardı....
HƏRDƏN
Bükürəm,siqartək cana çəkirəm,
Beləcə yarıyır dərd işə hərdən.
Başqa cür başımı qata bilmirəm,
Uyuram zərərli vərdişə hərdən.
Xəbərim olmadı, aldandım yedim,
Suçum var,danmıram,olanı dedim.
Bəlkə mələklərlə qol - boyun idim,
Haram toxumasam gər dişə hərdən.
Müqəssir oluram hər divanında,
Pambıqla baş kəsir şər divanında.
Gör, kimi qaldırır nərdivanında,
Məəttəl qalıram gərdişə hərdən.
Boyanır qanına - al, daşı yanır,
Bir dilsiz - ağızsız lal daşı yanır,
Yanır bu dünyanın Saldaşı, yanır,
Elə dəyirlər ki, dərdişə hərdən.
DƏFƏ
Yandırıb yaxmışam eşqin odunda-
Xətər toxumuşam cana bir dəfə.
Qadadan,qovğadan başım aynamir,
Özümü salmışam qana bir dəfə.
Azca bildiklərim "çox" kimi gəldi,
Gəldi yuxu kimi, "yox" kimi gəldi.
O gəliş sinəmə ox kimi gəldi,
Yayına bilmədim yana bir dəfə.
Küləklər bir acı nəğmə oxudu,
Bilmədim həqiqət,yoxsa,yuxudu...
Sevimli çiçəyim zəhər qoxudu,
Bal çəkə bilmədim şana bir dəfə
Necə yoluxmuşdum, bilə bilmədim,
Dərdimi heç kimnən bölə bilmədim.
O gündən özümə gələ bilmədim,
Çəkildi ömrümə şana bir dəfə.
Dönəlgəm geriyə bir də dönmədi,
Əlövsət, o görüş, yer də dönmədi...
Qapısın döydüyüm ürək dinmədi,
Üzümə bağlandı xana bir dəfə.
***
Yel ağzında aşınıram,
Atam, bir-bir tükənirəm.
Ələk - ələk ələnirəm,
Xəlbir-xəlbir tükənirəm.
Od içindən yeriyirəm,
Qətrə-qətrə əriyiyəm.
İnad - inad kiriyirəm,
Səbr - səbir tükənirəm.
Şələliyəm, daş daşıram..
Zillətinən yaşdasiram.
Məzar-məzar daşdaşıram,
Qəbir - qəbir tükənirəm...
Əlövsət Saldaş
Dalidag.az
Dalidag.az olaraq bu münasibətlə şairi təbrik edir, sağlıqlı uzun ömür, yaradıcılıq uğurları, ən ümdəsi isə Kəlbərə qovuşmağı arzulayırıq.
Sevinc Qərib
MƏNİ UNUTMAĞA TƏLƏSMƏ HƏLƏ
Olub, olmazımı yığıb gedərəm,
Özüm -öz ,evimi yıxıb gedərəm.
Bu dönük dünyadan ,çıxıb gedərəm.
Bir düşün, bir daşın götür - qoy eylə.
Məni unutmağa ,tələsmə hələ.
Şirin nəğmə kimi ,qəlbinə dolam
Səni qayğıların əlindən alam.
Saralıb-solmayan ümüdün olam.
Nədir nə xəyaldır ,düşmüsən belə?
Məni unutmağa tələsmə hələ.
Axı daş deyiləm, məndə bəşərəm.
Yetər öz atəşim ,odsuz bişərəm
Gecələr yuxudan qaçaq düşərəm,
Dönərsən kamanda, sızlayan telə ,
Məni unutmağa ,tələsmə hələ.
Mən haçan sevindim ,güldüm a zalım?
Bildim məramını,bildim a zalım.
Azca inad eylə ,öldüm a zalım.
Görürsən eşqimə ,köləyəm -kölə.
Məni unutmağa tələsmə hələ.
Mən dedim həmişə, adıma güvən.
Demədim ayrılaq qoparaq şivən.
Məni yarıtmadın, ay məni sevən,
Nə tez eşqimizi vermisən yelə ?
Məni unutmağa ,tələsmə hələ.
Əzəldən qəm üstdə, köklənib sazım.
Bi nəsib bəndəyəm, çəkilməz nazım.
Əgər istəyirsən ,yaradım -yazım?
Birdə o kəlməni gətirmə dilə.
Məni unutmağa ,tələsmə hələ.
İnsafı unutma ,mürvəti atma
Ömrümü doğrama, sonuma çatma.
Sən şair öldürüb, günaha batma.
Yaman bəd əsirsən, gəl əsmə hələ.
Məni unutmağa ,tələsmə hələ.
Nə sənə canını ,qıyan tapılmaz.
Nə səni mənim, tək duyan tapılmaz.
Gəzərsən bir vədə, düşmərəm ələ
Məni unutmağa, tələsmə hələ.
Endir Əlövsəti göylərdən endir.
Sağalmaz onsuzda ,yarası mindir,
Son güman yerimdir ,bir onu dindir
O ,ürək mənimdir demişəm elə.
Məni unutmağa, tələsmə hələ.
MƏNİ
Əlövsət adında şair gəzməyin,
Qərib çağırırlar Vətəndə məni.
Nələr çəkdiyimi bir Allah bilir,
Nə mələk annamaz nə bəndə məni.
Dərdimə bağlıdı sözümün başı,
Onunçun qurumur gözümün yaşı.
Yanıram- deyirəm, anlamır naşı,
Yüz yara göynədir bədəndə məni.
Yetənə dolaşan dolaq olmadım,
Calaq vuran oldum,calaq olmadım.
Tikan bitirmədım, alaq olmadım,
Səpən yaxşı səpib səpəndə məni.
Kimə xərcləmisən, hara vaxtını?!
Gəz canım, təzədən ara vaxtını.
Görürdüm günümün qara vaxtını,
Həsrət qucaqlayıb öpəndə məni.
Görən yerindəmi bəndlər,bərələr,
Qayıdam- çəmənlər süfrə sərələr...
Baxarmı üzümə dağlar, dərələr,
Getsəm qoyarlarmı o kəndə məni?!
***
Min yol yaralandım, min yol qanadım,
Dayandı, duruşdu mənim inadım.
Sırsıra bağladı qolum - qanadım,
Görən elə bildi "qar" ağacıyam.
O xınadan deyil bu xına, gəlmə,
Düşərsən amansız axına, gəlmə!
Sənə qurban olum, yaxına gəlmə,
Kəndirli, kətilli dar ağacıyam.
Üst - üstə çəkilmiş yüz dağım qalıb,
Sacda qovrulmuşam, cızdağım qalıb.
Eləcə kölgəsiz gözdağım qalıb,
Budağı kəsilmiş bar ağacıyam.
Qurum kulə dönüb, tüstüm yaşındı,
Qalan ocaq yerim, ocaq daşımdı.
Lələ, bu xırmanın dəni daşındı,
Şanası, kürəyi, darağacıyam.
Bir bilən yoxdu ki, necədi könlüm -
...Xaraba şəhərdə küçədi könlüm.
Əlövsət, talanmış meşədi könlüm,
Yol üstdə təklənmiş qarağacıyam.
QALIB
Oxuya bilmədin qəlbimi neynim,
Həzin duyğularım bükülü qalıb.
Uçurdun, dağıtdın könül evimi,
O vaxtdan virandı, sökülü qalıb.
Kimin ki, taleyi üzünə ağdı-
Eşqi sinəsinə çəkilmiş dağdı.
Dilim səsləyəcək neçə ki, sağdı,
Gözüm yollarına dikili qalıb.
Olmayaydı havam, suyum, çörəyim,
Sən idin istəyim, təkcə gərəyim.
Səni deyə-deyə mənim ürəyim
Yanıbdı, nə közü, nə külü qalıb.
İndi haxlını tap, günahkarı seç,
Bağışla səhvini, ya keçmə, ya keç!..
Mənim ümidlərim göyərmədi heç,
Elə ürəyimdə əkili qalıb.
Bu sevda,-astarı üzündən baha,
Əydi qamətimi, əyməzdim şaha.
Yığılıb cəmlənə bilmədim daha,
Pozulub sahmanım, tökülü qalıb.
Dönüm çiskinində azım illərin.
Hansı xatirəsin yazım illərin?!
Sənsiz yaşadığım uzun illərin
Yadımda soluxmuş şəkili qalıb.
***
Bir dərviş misallı axtaran olsa,
Yerini bilirəm,- burda biri var.
Səsi Tanrıya da bəlkə yetişmir,
Qoşulub ulayır qurda,-biri var.
Olan ümidlərin yellər apardı,
Bircə əlçatanı olsa nə vardı...
Vətən deyə-deyə dili qabardı,
Əlləri uzalı YURDA,- biri var.
Baxıram-görkəmi daşa bənziyir,
Daşınan yaranıb qoşa-bənziyir...
Bütün fəsilləri qışa bənziyir,
Ayaqları donur qarda,- biri var.
Dünyanın dərdini dərib yaşadı,
Həyatın hər üzün görüb yaşadı,
Bu fani dünyada qərib yaşadı,
Rahat yatmayacaq gorda,-bir var.
Kəramət yoxuymuş baxtında,gəlin,
Bayquşlar əyləşib taxtında, gəlin....
Yığılın, hayına vaxtında gəlin,
Əlövsət adında darda biri var.
DEYİRƏM
Qapısın döyməli kimsə qalmadı,
Gedib dərdlərimi daşa deyirəm.
Şikayət edirəm daş adamlardan,
Daşın da daş səbri daşa deyirəm.
Hələ ah çəkirəm, aman yerim var,
Damım zədəlidi daman yerim var.
Dağın o üzündə güman yerim var,
Karvanım bu dağdan aşa deyirəm.
Olanlar daşlaşır, bütləşir gedir,
Libasın soyunur, lütləşir gedir.
Qafalar keyiyir, kütləşir gedir,
Batmır dediklərim başa, deyirəm.
Daha qənşərimə gəlmir çəm indi,
Bu yaşda neynəsin ömrükəm indi.
Nizamsız, dağınıq bu köç mənimdi,
Apara bilsəydim başa - deyirəm...
A könlü qübarlım, dili gileylim,
Fərağında qaldım, gəlmədi Leylim.
Ömür ürəyincə olmadı neylim,
Əlövsət, birtəhər yaşa deyirəm.
QUTARDI
Canımda ağrılar Nuhdanqalmadı,
Axtardım,dərmanın bulan olmadı.
Daha deyəcəyim nəsə qalmadı,
Bir ağı söylədim yurda, qutardı.
Yol ötmür verana bağlara sarı,
Canımı sərhəddə cağlara sarı!
Ruhumu göndərdim dağlara sarı ,
Tapşırdım yalquzaq qurda, qutardı..
Bu gediş hayana, bu yön nə yöndü?
Dünyamız başıma tərsinə döndü.
Sonuncu ümidim gözümdə söndü,
Sonuncu təsəllim burda qutardı.
Gorda da tükənməz çəkdiyim cəbrim,
Görərsiz, od tutub yanacaq qəbrim.
Mənim dağ dözümüm,mənim dağ səbrim
"Dayan!"da qutardı, "dur!"da qutardı.
Varlığım büsbütün zədədir zədə,
Toxunma Şaldaşa, dindirmə nə də!
Mənim yatmış bəxtim oyanmaz,dədə,
İsrafil usandı, sur da qutardı....
HƏRDƏN
Bükürəm,siqartək cana çəkirəm,
Beləcə yarıyır dərd işə hərdən.
Başqa cür başımı qata bilmirəm,
Uyuram zərərli vərdişə hərdən.
Xəbərim olmadı, aldandım yedim,
Suçum var,danmıram,olanı dedim.
Bəlkə mələklərlə qol - boyun idim,
Haram toxumasam gər dişə hərdən.
Müqəssir oluram hər divanında,
Pambıqla baş kəsir şər divanında.
Gör, kimi qaldırır nərdivanında,
Məəttəl qalıram gərdişə hərdən.
Boyanır qanına - al, daşı yanır,
Bir dilsiz - ağızsız lal daşı yanır,
Yanır bu dünyanın Saldaşı, yanır,
Elə dəyirlər ki, dərdişə hərdən.
DƏFƏ
Yandırıb yaxmışam eşqin odunda-
Xətər toxumuşam cana bir dəfə.
Qadadan,qovğadan başım aynamir,
Özümü salmışam qana bir dəfə.
Azca bildiklərim "çox" kimi gəldi,
Gəldi yuxu kimi, "yox" kimi gəldi.
O gəliş sinəmə ox kimi gəldi,
Yayına bilmədim yana bir dəfə.
Küləklər bir acı nəğmə oxudu,
Bilmədim həqiqət,yoxsa,yuxudu...
Sevimli çiçəyim zəhər qoxudu,
Bal çəkə bilmədim şana bir dəfə
Necə yoluxmuşdum, bilə bilmədim,
Dərdimi heç kimnən bölə bilmədim.
O gündən özümə gələ bilmədim,
Çəkildi ömrümə şana bir dəfə.
Dönəlgəm geriyə bir də dönmədi,
Əlövsət, o görüş, yer də dönmədi...
Qapısın döydüyüm ürək dinmədi,
Üzümə bağlandı xana bir dəfə.
***
Yel ağzında aşınıram,
Atam, bir-bir tükənirəm.
Ələk - ələk ələnirəm,
Xəlbir-xəlbir tükənirəm.
Od içindən yeriyirəm,
Qətrə-qətrə əriyiyəm.
İnad - inad kiriyirəm,
Səbr - səbir tükənirəm.
Şələliyəm, daş daşıram..
Zillətinən yaşdasiram.
Məzar-məzar daşdaşıram,
Qəbir - qəbir tükənirəm...
Əlövsət Saldaş
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 15-06-2020 16:10
Baxış sayı: 42 257
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02