2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Bununla əlaqədar olaraq bu il Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub. Dalidag.az Bakıdakı Nizami Gıncəvi heykəlinin yaradılması tarixçəsini təqdim edir. Nizami Gəncəvinin heykəlinin 1941-ci ildə, şairin 800 illiyi münasibətilə ucaldılması planlaşdırılırdı. Bunun üçün 1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti nəzdində Yubiley Komitəsi yaradılmışdı. 1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının

Cavad Mircavadov 15 yaşı olanda "Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. O, elə ilk günlərdən özünün bacarığı ilə rəssamın rəğbətini qazanır. Və bir müddət sonra kinoteatrın baş rəssamı afişa işlərinin hamısını Cavada tapşırır. Beləliklə, „Azərbaycan” kinoteatrının afişaları on beş yaşlı yeniyetmə rəssamın fırçasından çıxmağa başlayır. Lakin o məşum, amansız 1938-ci il idi. Ağına-bozuna baxmadan adamları tutur, bəxti üzünə gülənləri (bəxtə bax!) sürgünə

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib. Dalidag.az -ın məlumatına görə, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə öncə Vətən Müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib. Giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin

Ağstafa Regional Mədəniyyət İdarəsi karantin qaydalarına riayət etməklə 18 sentyabr – Milli Musiqi gününə həsr olunmuş tədbir keçirib. Dalidag.az -ın məlumatına görə, Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində baş tutan tədbirdə idarənin rayonlar üzrə nümayəndələri, uşaq musiqi məktəblərinin direktorları və pandemiya dövründə keçirilən distant dərslərdə fəallığı ilə seçilən bir qrup müəllimlər iştirak ediblər. Tədbir iştirakçılarını yeni başlayan tədris ili, həmçinin Milli Musiqi günü

Mehrac Dünyamalıyev- Türk dünyasının iki qanadından birinə vurulan buxovlar üzündən azad olunması tez-tez yuxularımıza girən Qarabağdan- Kəlbəcərdəndi... 28 yaşı var, anadan gəlmə görmə əngəllidir. Xalq musiqisinin və aşıqların əsrarəngiz sehrinə düşmüş istedadlı bir gəncdir. Altı yaşında, atasının tut ağacından düzəldilmiş qara sazında tanış olur Azərbaycan dastanları və xalq musiqiləri ilə. Atası oğlundakı istedadı duyub, bu sənəti ona da öyrədir. Mehrac qısa müddətdə-cəmi bir aya heç bir

Teatrlarımızda kimlər at oynadır... Dramaturgiyada səhnədənkənar personajlar deyilən bir anlayış var. Bu tip personajlar dramaturgiyada o qəhrəmanlara deyilir ki, onlar heç bir zaman səhnədə görünmür və başqa personajların dili ilə onların haqqında söz açılır, informasiya verilir. Amma bu “gözəgörünməz” qəhrəmanlar pyesdə bəzən çox ciddi və əsaslı rol oynayır, əsərdə baş verən hadisələri bəzən “altını-üstünə” çevirməyi də bacarırlar. Əgər belə bir çağırışı bu gün əksər teatrların direktorlarına

Dünyaya ruhunda gəzdirdiyi gözəllik duyumunu gerçəkləşdirmək missiyası ilə gələn Əzim Əzimzadənin Azərbaycan təsviri sənət tarixində xüsusi yeri vardır. Gəncliyində ailələrinə çörək pulunu ən müxtəlif sahələrdə işləməklə qazanan Ə.Əzimzadə nə vaxtsa hiss və duyğularını rəng və cizgilərlə ifadə edəcəyinə böyük inamı olduğundan sonda arzusuna yetişərək böyük sənətkar kimi tanınmışdır. Amma bu, onun üçün heç də asan başa gəlməmişdir.... Belə ki, rəssam olmaq niyyəti ilə Bakının varlılarına üz

Qız Qalası Xəzər dənizinin kənarında dənizə doğru maili nəhəng bir qayanın üzərində, silindirik fоrmada tikilmişdir. Dəniz tərəfdən uzunsоv bir dayaq (kоntrfоrs) оna əlavə еdilmişdir. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. Qalanın diamеtri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı (еni) 5 metrə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Daşla hörülmüş həmin

O, həkim olmalıydı, hər şey birdən-birə dəyişməsəydi... Bəlkə də, səbəbkar rəhmətlik Əliağadı. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda “desyat” dedim. Məndən sonra dayanan oğlansa “odinnadsat” əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə “odinnadsat” sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə

Dalidag.az Xalq artisti, rəqqasə Əminə Dilbazi haqqında maraqlı faktları təqdim edir. Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində alıb. O, məşhur bəstəkar, Xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır. *** Əminənin beş yaşı olanda böyük qardaşı Cavanşir qəflətən xəstələnir. Cavanşirin xəstəliyi ilə əlaqədar ailə Qazaxdan Bakıya köçsə də, Əminənin
Yazı axını