Reklam


Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev növbəti vətəndaş qəbulu keçirib. Dalidag.az xəbər verir ki, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib və qəbula gələn Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin

Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov parlamentin sonuncu iclasında çıxış edərək işğaldan azad olunmuş Kəlbəcər rayonuna heyvandarlıq və arı təsərrüfatlarının mövsümi köçürülməsi ilə bağlı danışıb. Bu məsələlərlə bağlı seçicilərin, kəlbəcərli fermerlərin təkliflərini çatdırıb. Dalidag.az bildirir ki, A.Məmmədov həmçinin, Kəlbəcər sakinlərinin rayona səfərinin təşkili ilə bağlı məsələ qaldırıb. Bildirib ki, 29 il yurd həsrəti ilə yaşayan həmvətənlərimiz bu gün doğma
Aqil Məmmədov: "Kvota aşağı salınsın ki, təsərrüfatlar Kəlbəcər torpaqlarının bərəkətindən yararlana bilsinlər"
(14-05-2022, 19:20)
(14-05-2022, 19:20)

Deputat Aqil Məmmədov parlamentin dünən keçirilən iclasında işğaldan azad edilən Kəlbəcər rayonuna mövsümü köçürülən təsərrüfatla bağlı məsələyə toxunub. Aqil Məmmədov bildirib ki, "seçicilərlə görüşlərdə qaldırılan məsələlər içərisində daha çox arıçılıq və qoyunçuluq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisinə buraxılması istənilir. Keçən il də, bu il də təsərrüfatların rayon ərazisinə buraxılması üçün xüsusi kvota müəyyən edilib. Bu arı ailəsi sayına və qoyun

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - deyə qurumdan bildirilib. Dalidag.az

Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas Kəlbəcərdə qoyunçuluq təsərrüfatının yerləşdirilməsi ilə bağlı məsələyə toxunub: “Kənd Təsərrüfatı Nazirliyi kvota qoyub ki, 200 baş qoyunu olmayan Kəlbəcərə gedə bilməz. Bu nə deməkdir? İnsanlar kəndinə, yurduna getmək istəyir”, deyə o vurğulayıb.

Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan Başlıbel kəndi həmişə öz mədəniyyətinə,ziyalılarının sayına görə rayonun digər kəndlərindən fərqlənmişdir. Başlıbel camaatı öz evindən qonaq ehtiyatını heç zaman qurtarmağa qoymaz, kəndə kənardan gələn qonaqları böyük hörmət və izzətlə qəbul edərdi. Hansı evə getsən, səni gülər üzlə qarşılayardılar. Hələ sovet dövründə özünün ziyalıları ilə bütün Kəlbəcərdə məşhur idi Başlıbel kəndi. Təəssüflər olsun ki, 1993-cü ildə Kəlbəcər rayonu ermənilər

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə rayonu, Cəyirli kəndi, Kəlbəcər rayon 104 saylı ümumi orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir . Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH-in məsul əməkdaşları rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Dalidag.az

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bu xəbəri qəti surətdə təkzib edirik
Yazı axını
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24

01-08-2025 13:57
