Milli Məclisinm deputatı Aqil Məmmədov bəzi media orqanlarında və sosial şəbəkələrdə millət vəkillərinin, ayrı-ayrı məmurların adından yayılan saxta paylaşımlarla bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Dalidag.az həmin müraciəti təqdim edir: "Hörmətli həmvətənlər! Fəaliyyətim dövründə hər zaman media nümayəndələrinə həssas yanaşmış, onların peşə fəaliyyətlərini dəstəkləmişəm. İnanıram ki, qərəzsiz media sağlam cəmiyyət üçün əsas amillərdən biridir. Məhz, bu səbəbdən, bu günə qədər istənilən

Tanınmış ziyalıları ilə Kəlbəcər rayonunda seçilən Başlıbel kəndinə ağır itki üz vermişdir. Uzun illər Başlıbel kənd orta məktəbinin direktoru işləmiş Hacı Məhəmməd oğlu Mirzəyevin ailəsində 1956-cı ildə doğulmuş Əminə Hacı qızı Mirzəyeva faciəli şəkildə dünyasını dəyişmişdi. Əminə xanım Mirzəyeva Kəlbəcər işğal olunana qədər Başlıbel kənd mədəniyyət evinin direktoru işləmiş, 1993-cü ildən isə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Qeyd edək ki, Əminə xanımın qardaşları da Azərbaycan elminə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərov Kəlbəcərdə minaya düşərək xəsarət alan polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib. RİH başçısı hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanıb. Xəstəxananın rəhbəri hərbi qulluqçumuzun aldığı xəsarətlərlə bağlı rayon rəhbərinə məlumat verib, vəziyyətinin stabil olduğunu bildirib. Azər Qocayev yaralıya şəfa diləyib, bildirib ki, bütün imkanları ilə onun

"Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib". Dalidag.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado

İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

29 iyul 2022-ci il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Kəlbəcər rayon 14 nömrəli tam orta məktəbin binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində minaya düşən hərbi hissə komandiri İsbəndiyarov Vüqar Tofiq oğlunun son durumu məlum olub. Dalidag.az-ın məlumatına görə, hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub. Yaxınlarının bildirdiyinə görə, təcrübəli zabitin sağ ayağının aşağı ətraflarında sınıq və çıxıqlar meydana gəlib. Hərbi qulluqçunun ümumi vəziyyətinin stabil olduğu bildirilir. V.İsbəndiyarovun hazırda cərrahi əməliyyatda olduğu qeyd edilib. Xatırladaq

"Azərişıq" ASC Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin açıq tender üsulu ilə satın alınmasına dair müsabiqəyə yekun vurub. Dalidag.az xəbər verir ki, tenderin qalibi "Enerji Construction" MMC olub. Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 5 mln 927 min 790,37 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehtiyev xidməti vəzifəsini yerinə yetirərkən Kəlbəcər rayonunda şəhid olan Əliyev Arif Ağalar oğlunun doğum günündə ailəsini ziyarət edib. Dalidag.az xəbər verir ki, şəhidin ad günü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, şəhidin iş yoldaşları və ailə üzvləri iştirak edib. Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehtiyev

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Vüqar Tofiq oğlu İsbəndiyarov xəsarət alıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
Yazı axını