Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Daşkəsən rayonu, Şadax kəndi, Kəlbəcər rayon 70 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev RİH-in inzibati binasında vətəndaşlarla növbəti qəbulunu keçirib. Daludag.az -ın xəbərinə görə, qəbulda rayon sakinləri iştirak edib. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və

“Azərişıq” ASC hazırda Kəlbəcərin Zar kəndi istiqamətində 35 kV-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlayıb. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, hazırda bu məqsədlə xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır. “İzolyasiyalı kabellərin açıq xətlərlə müqayisədə üstünlükləri çoxdur. Yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq

Uzun illərdən bəri düşmən əsarətində olan torpaqlarımız düşmən tapdağı altında qalıb inlədikcə hər bir Azərbaycan vətəndaşı kimi mənim də qəlbim sızıldayırdı. Sosial şəbəkələrdə erməni dığalarının doğma Kəlbəcərimizin füsunkar təbiəti qoynunda gəzintilər təşkil etməsi,erməni səyyahların Dəlidağın ən hündür zirvəsində lovğalana-lovğalana şəkillər çəkdirməsi məni olduqca məyus edirdi. Şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər Savaşından sonra torpaqlarımızın azad olunması yerli əhalinin öz

Günlər güllə kimi keçir... Bunu uşaqkən böyüklərdən eşidərdik, sonralar bəzən qayğılar-qarğaşalar vaxtımıza dov gələndə özümüz də belə deyirdik. Bəlkə, bu, həyata keçirə bilmədiyimiz istəklərimizin qarşısinda bir məğlubiyyət etirafıdır?! Bəlkə də, həmin güllələr ürəklərimizi dəlib keçən sənin yoxluğun kimi acılardan açılmış dəliklərdir?!... Bəlkə də... Bugünkü başlıq acısı dillə ifadəsi çətin olan yarımçıq arzularımın qarşısında məğlubiyyət etirafıdır. Ən yarımçıq qalan sənin 40 gün əvvəl bu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Hərbi Prokurorluğun

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, iyulun 19-u saat

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb. DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. S.Əliyev xəsarət alıb. Araşdırma aparılır. Dəlidağ.az

Şair Nəbi Dilsuzun (Şair Molla Nəbi Kəlbəcərli) “Yaxşılıq bir güldür, solmaz dünyada” adlı kitabı işıq üzü görüb. Kitabda əsasən, ötən əsrin ortalarında yazıb-yaratmış şair Nəbi Dilsuzun ayrı-ayrı arxivlərdən toplanmış müxtəlif mövzuları əhatə edən şeirləri, 1939-cu ildə “Azərbaycan xalq dastanları” seriyası ilə buraxılmış “Dilsuz və Xəzangül”, həmçinin indiyə kimi işıq üzü görməyən “Fəzli və Məhluqa” adlı dastanları çap olunub. Yağı düşmən Kəlbəcəri iğşal edən zaman şairin bir çox əlyazmaları
Yazı axını