Reklam

Göygöl rayonunda məskunlaşan Kəlbəcər sakinlərinin problemləri dinlənildi - Şəkillər
(22-04-2024, 17:39)
(22-04-2024, 17:39)

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Göygöl rayonu, Zurnabad kəndi, Kəlbəcər rayon 62 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı
And yeri bir Tanrı, bir Vətən olan, dəli duyğularla yüklənən Adam - Famil Müseyibov -70
(19-04-2024, 17:15)
(19-04-2024, 17:15)

Mənəvi dəyərlərin az qala hər gün aşındığı, insanlığın ölməkdə olduğu bir zamanda, həm də dünyamızın sarsıldığı bir dövrdə öz qalmaq, özün qalmaq, böyüklyünü, sambalını saxlamaq çox çətindir. Hələ min bir dərdin varsa, hələ Vətən həsrətiylə qovrula-qovrula uzaqların nazını çəkmək məcburiyyətindəsənsə, qürbətin soyuq divarlarına sarılmağa məhkumsansa, deməli amallarınla yaşamaq çətindən də çətindir. O qədər ziyalı, işıqlı adam olmalısan ki, ağlınla, zəkanla olanları, olacaqları və olmuşları

Tanınmış şair Sücaətin bacısı dünyasını dəyişib. Dalidag.az bildirir ki, bu barədə Jalə Nağızadə öz feysbuk səhifəsində məlumat verib: "El şairi Sücaətin bacısı Şölə xanım rəhmətə gedib. Bir neçə gün öncə əlaqə saxladıq onunla, Sücaətlə bağlı tədbir olası idi BDU-da, suallarımız var idi. Xəstə olmasına baxmayaraq tək-tək cavablandırdı, səsi çox yorğun idi. Şairin həbsi barədə danışdı, dedi ürəyimin yaralı yeridi, ətraflı məlumat verilmir o barədə, siz dediklərimi yaxşı-yaxşı yadınızda saxlayın.
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
(18-04-2024, 18:54)
(18-04-2024, 18:54)

Bu gün Başlıbel qətliamından 31 il keçir. Dalidag.az bildirir ki, hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib: “Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar”. Ələkbər Ələsgərov (Ələkbər Sönməz) da yaxınlarının öldürüldüyünə şahidlik edib: “12 nəfərimizi öldürdülər, 14 nəfəri isə girov apardılar, qalanlar isə canını qurtarmağa

Başlıbel faciəsinin 31-ci ildönümü qeyd edilib Anım mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Başlıbel kənd sakinləri, şəhid ailələri və hadisə şahidləri iştirak edib.Əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dalidag.az xəbər verir ki, tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin

Bu gün Başlıbel faciəsindən 31 il ötür. Dalidag.az xəbər verir ki, 1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 31 il ötür. 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də

T anınmış şair Bəhmən Vətənoğlunun qardaşı dünyasını dəyişib. Dalidag. az bildirir ki, şairin qardaşı Bəhlul Abbasov məskunlaşdığı Göygöl rayonu Murovdağ qəsəbəsində vəfat edib. Allah rəhmət eləsin!
Azər Qocayev Mingəçevirdə məskunlaşan kəlbəcərlilərin problemlərini dinləyib - Şəkillər
(15-04-2024, 18:38)
(15-04-2024, 18:38)

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Mingəçevir şəhəri, Mingəçevir Bələdiyyəsinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı Azər Qocayev səyyar görüşdə

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi coğrafi relyefinə görə mürəkkəb quruluşa malik Kəlbəcərdə də yenidənqurma işlərini davam etdirir. Yaz aylarında belə qarın ərimədiyi yüksəkliklərdə elektrik təsərrüfatı yenidən qurulur. Dalidag.az xəbər verir ki, hazırda Kəlbəcər rayonu ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə aparılır. İstisu, Zod, Zar, Zəylik və Yellicə istiqamətində yenidənqurma işləri başa çatıb.

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda 27 ədəd əl qumbarası aşkarlanıb. Dalidag.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd F-1 əl qumbarası və partlayıcı başlıqlar aşkar olub. Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl
Yazı axını
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
Ən çox oxunanlar