Reklam

...Kəlbəcərə ilk ziyarətimiz beləcə yarı-yarımçıq oldu: onun həyatı, yolları kimi...
08-08-2025 19:24
YARIYOL-YARI MƏNZİL YOLÇU...
Kəlbəcərin yenidən tikilməsinə ağır yük maşını ilə YÜK daşıyan Yusifin DƏRD daşıyan ata-anasına yarım qalan məktub
Bir ildir ki...
...Düz bir ildir ki, çox şey dəyişib. Dünyaya neçə-neçə körpələr gəlib, ata-anasını, nənə-babasını sevindirib. Düz bir ildir ki, neçə gənc toy eib, ailə qurub, xoşbəxt olub. Düz bir ildir, övladlar var ki, ya atasının, ya da anasının uşaq evində gözləməkdən gözləri saralıb. Düz bir ildir ki...
Yox, vallah, yenə də, deyəsən, bu yazım yarımçıq qalacaq, Onun ömrü kimi, “yorulub qaldığı yolu” kimi...
Özüm özümü qınayıram ki, niyə qəlbim daşa dönüb?! Axı, heç həyatda bircə dəfə də olsun üzünü görmədiyim şəhidlərimizdən, itkinlərimizdən, yurdda qalan, sorağı gəlməyənlərimizdən yanıqlı-yanıqlı yazan sən deyilmisən, ay Məhəmməd?! Danlasam da, özümü qınasam da, daşa dönmüşəm elə bil, özü kimi. Sanki “qələmi qan ağlayan” mən deyilmişəm!
Adam da canından artıq çox istədiyi biri haqqında niyə ikicə kəlmə dalbadal deyə, yaza bilmir, Allah?!
...30 ilə yaxın idi ki, qarabağlılarımız, o cümlədən də kəlbəcərliləriizm doğma ata-baba yurdumuzun həsrətini çəkirdi. Dilimizdə bayatı-ağı bitmişdi. Beş ildir ki, həsrətdən daha çox vüsaldan danışırıq, yazırıq. Axı, ulu ata-baba məkanımıza qovuşmuşuq. İndi Qarabağın bir parçası olan, dağların qoynunda 30 il idi ki, əsir və girov kimi bizim həsrətimizi çəkən Kəlbəcərimizlə qol-boyunuq.
Beş ildir ki, Kəlbəcər kəlbəcərlilərin isti nəfəsi ilə cana gəlir, dirçəlir. Onu dirçəldən oğullar isə qanlı-qadalı yollarda gecə-gündüz yük daşımaqdadırlar.
...O da Kəlbəcərinin yenidən qurulub-tikilməsinə öz töhvəsini verirdi. Ağırtonnajlı maşını ilə Murovdağ yolu Kəlbəcərə yük daşıyırdı... Yollar o cavan oğlanın gecə-gündüzünü əlindən alsa da, yorulmurdu. Hər dəfə Kəlbəcərə gedib-qayıdanda sanki yenidən dünyaya gəlirdi.
Sevincini təkcə qardaşı Asəflə yox, elə qardaş qədər istəkli olan əmisi oğlu Hikmətlə də bölüşürdü. O, istəkli olmuşdu onu yaxından-uzaqdan tanıyanlara. Ona görə də atası Uğurlunu daha çox yandırır, dağlayır...
Ötən ilin avqust ayının əvvəlləri idi. “Şeytanın ayağını sındırıb” biz də bir-iki günlük ziyarətə getmişdik Kəlbəcərə. “Dərə” məhləsində hacı Şəmsəddinin Kəlbəcərin ziyarətçiləri üçün yaratdığı “vaqon şəhərciyi”ndə gecələyirdik. Sanki yuxumuz ərşə çəkilmişdi o gecə. Həşimlə ikimiz bir vaqonda qalırdıq. Səhərin ala-toranında onun telefonuna zəng gəldi. Alo, deməyi ilə, qəfildən:
-Nəəə?!!-deməsi məni də çaşdırdı.
Soruşdum ki, nə olub? Dedi ki, Gəncədən bəd xəbər gəlib: Dayın oğlu Uğurlunun oğlu “avariya edib”. Vaqondan özümü bayıra tulladım ki, bizimkilər həyətdə çaş-baş içindədirlər. Bizi qorxutmamaq üçün “yaralıdır, qorxulu heç nə yoxdur, gəlin”,-deyən kim olubsa, onu bilmədim.
...Kəlbəcərə ilk ziyarətimiz beləcə yarı-yarımçıq oldu:
onun həyatı, yolları kimi...
Gəncəyə, qardaş-bacılarımın, eləcə də qohum-əqrabanın məskunlaşdığı 600 ailəlik qəsəbəyə çatanda yer-göy başımıza fırlandı: hamını dərd içində üzülən gördük. Küçədə qurulan mağara çatmamış dizlərim qırıldı. Özünü Uğurlu yetirdi:
-...Belim qırıldı, ay mamaoğlu!-Fəryadı oradakıların hamısının da belini sındırdı, ürəyinə dağ çəkdi.
Həə, bundan o yanası yoxdu. Hamısı qaldı bir il bundan öncəki o qanlı gecədə. Biz Kəlbəcərdə, elə həmin “vaqon şəhərciyi”ndə olarkən oradakı yeməkxanada işləyən xanım bizim təlaşla “can, ay bala, can, ay Yuska (biz qohum-əqraba ona Yusif yox, əzizləmək mənasında “Yuska” deyirdik), sənə gələn bizə gəlsin!”-kimi sözləri deyəndə həmin yeməkxananın aşpazı olan xanım (adını bilmədik) yaxınlaşıb, ikiəlli başına vurararaq dedi:
-Uyyy, ay Allah, Yuska dünən səhər burada yemək yeyirdi. Baxdım ki, uşaqlarla söhbətində deyir: “bəlkə bir də gəlmədim, işimi dəyişəcəm, bu, axırıncı gəlişimdi”. Sonra da üzünü mənə tutub:
-Xanım, siz də çörəyinizi halal edin, bəlkə bir də görüşmədik,-deyib durub getdi.
Aşpaz xanım dizlərinə vuraraq, bizə təskinlik verdi:
-İmkan vermədi ki, səbəbini soruşum, çıxıb maşınını işə salıb getdi... Allah qorusun, Yuska elə oğlandı ki, inşallah, ona heç nə olmaz, səbirli olun...
Halallaşmaq necə olur:
“Bəlkə bir də gəlmədim...”
Kəlbəcərə son vaxtlar yük daşınmasında iştirak edən Yusif o gün də ata-baba yurdunda sonuncu dəfə çörək kəsib və nədənsə, ürəyinə nə damıbsa, şapaz xanımnan da halallıq istəyib. Sürücü dostlarından biri olan Əli Misir oğlu da bir başqa qeyri-adi hərəkətini dedi Yuskanın:
-Kəlbəcərdə yükü boşaldıb qayıdırdıq. Hava o qədər də yaxşı deyildi. Məsləhət etdik ki, Ağdərə-Çayqovuşan yolu gedək, Murovdağın Ömər aşırımı duman-çiskin idi. Tunelə qədər gəldik. Orada Yusif qəti şəkildə dedi ki, tələsirəm, işim var, gəlin qayıdaq Murov yoluna.
Biz nə qədər yalvardıqsa, o, fikrindən dönmədi. Sanki, özünün də dediyi kimi, onu gözləyən var idi...
Onlar Tuneldə ayrılırlar. Yusif Murovdağ yolunu da sağ-salamat keçir. Göygöl rayonuna çatanda Yusifə bir zəng gəlir.
Kəlbəcərdəki sürücü dostlarından kimsə zəng edir. Xahişi də bu olur ki, Murovdağ qəsəbəsinə dönən yoldakı marketdə ona çatası nəsə var, dönüb onu da götürsün. Sabah Kəlbəcərə qayıdanda aparıb ona çatdırsın.
Həmin yerə çatanda o, maşını eləcə yolun sağında saxlayaraq, sol yandakı marketdən həmin tapşırılan nə imişsə, onu almağa gedir. Dükanda ona deyirlər ki, heç kimə çatası nəsə qoymayıblar burada. O, bunu eşitcək, dükandan çıxaraq, kiçik vestübüldə dostuna zəng edib, bunu ona bildirir. Nə danışırlarsa (həmin dəqiqələr yaxınlıqdakı vebkameraya düşüb), o, dostuna nəyisə başa salmaq istəyir və elə telefonla danışa-danışa marketin qarşısında dayanan KAMAZ-ın qabaq tərəfindən keçmək istəyir...
Vəssalam... Qara nağılımız burada bitməsə də, Yuskanın ömrü də, yolu da burada bitir.
Sonra nə deyim? Heç nə deyə bilmədim bu arxada qalan bir il ərzində, dilim lal, əlim də qələmsiz oldu sanki. Təsəlli olacaq nə deyim ki? Deyim ki, atanın belini qırdın, ananın da “şəkər” kimi zəhrimar xəstəliyini artırdın, ay Yuska?! Deyim ki, bir ildi ata-ananı, ömür-gün yoldaşını, o bir cüt balanı, qardaşın Asəfi və onun da dilbilməz körpələrinin gözlərini yollarda qoydun?!
Belə etibarsız (bağışla, sən həmişə evə, ailəyə, ata-anaya, dost-tanışa, qohum-əqrəbaya sədaqətliliyinlə sevilmisən, sənə etibarsız demək də günahdır) oğul olardı?! Həvəslə aldığın maşının da bir göz dağına çevrilib, ay Yuska! Atan nə sata bilir (sən onu həvəslə almışdın axı, doyunca minmədin, balalarınla Kəlbəcərə gedə bilmədin, bu həvəsə almışdın.
Ona görə də atanı, qardaşın Asəfi yandırır), nə də həyətdə baxa bilir. Taleyinin qapılarını bağlayıb, açarını özünlə aparan oğul, buna görə Fələyəmi qarğıyaq, yoxsa... Səni yolundan döndərib, saxladıb Əzrayılın üstünə göndərən o namərd oğlu namərdəmi?!
Yusif, sənin bircə mənfi hərəkətin olmadı ki, onu yada salıb bir az təsəlli tapsın atanla anan, ömür-gün yoldaşın. Sən bilirmişsən ki, ömrün və yolun qısa olacaq, ona görə özünü belə sevdirmişdin?!
Elə bilirsən, səni bir ildir ki, ağlayan, gizli-gizli sızlayan yalnız öz ailəndir? Yox, sən hamımızın DƏRDinə çevrildin. Qardaşım İbrahim yazdıqlarını nə özü oxuya bilir, nə də başqaları. Amma mən oxuyuram:

“...Bu gecə də yuxuma gəlmişdi Yusif...
Yenə həmişəki kimi, şən idi: deyib-gülür, arabir də zarafatından qalmır, hər kəsi güldürməyə çalışırdı. Ancaq kimin üzünə baxırdısa, məyus, gözüyaşlı görürdü. Heç kim dinib-danışmır, sakitcə onun üzünə baxırdı. Hər kəsin üzündən hüzr yağır, bir qara sükut hökm sürürdü...Yusif isə hər kəsi güldürmək istəyir, birdən həmişəki kimi, ciddiləşib deyir:
-Sizə nə olub, heç kim mənnən danışmaq istəmir?! İbrahim dayı, mən bir şey anlamıram: sən niyə ağlayırsan, bunlar niyə belə baxır mənə, nə olub axı?! İlya əmim niyə bu gündədi? Hikmətə bax ey, o niyə ürəyini tutub yıxılıb? Yoxsa anama... yoox. Yox, anam odur orda, amma, o da məndən küsüb yəqin, dillənmir.
Həə, yadıma düşdü. Axı, mən yoldan zəng edib tapşırdım ki, ac gəlirəm, yemək hazırlayın. Mən də... Nə edim, “ayağım daşa ilişdi”, yolum dəyişdi... Heç bilmədim ki, bu nə işdi... Hə, danış, İbrahim dayı, bax, gəlmişəm, nolar, mənnən barış.
Hə, elə yuxunun o zəhrimar yerində səs gəldi. Anan Məlahət idi:
-Yox, qorxma, bala, mənəm, anan, Yusif, mən burdayam, gəl evimizə, orda niyə qalmısan? Evimizin yolunu nə tez unutdun?
Asəfin səsi gələndə dayandın, geri boylandın və dedin:
-Yox, gəlmə, gəlmə, gəlmə! Mən getdim, uşaqlardan, ata-anadan muğayat ol, qaqa...
Yusif dalınca gəlincə sən gecənin qaranlığında itib-getdin. Asəf çağıra-çağıra qaldı:
-Yuska, dayan, sənə sözüm var, ayaq saxla! Ayə, yaralanmısan, dayan, yaranı sarıyım, hara gedirsən?! Ayə, mənəm ey, qardaşın Asəfdi. Məni, Hikməti hara qoyursan?!
-Yox, yox, gəlmə, qaqa, tələsirəm, gözləyirlər məni. Nə varsa Ibrahim dayıya demişəm. O, sizə hər şeyi anladacaq…
-Yusiiiiiiiiifff!
Bu səsimə yuxudan dik atıldım. Aman Allah, çin olardı bu yuxu - Yusif gəlmişdi...
Elə de ki, bəlkə yaram sağala,
Ağı demə, bir layla de balana.
Amma elə tələsik getdi... Çönüb bizə baxmadı, yəqin incidi bizdən - heç birimiz onun zarafatına, sevincinə şərik ola bilmədik, hər birimizi ağlar gördü axı…
Asəfə deyəcəyi bir-iki kəlməni güclə eşidə bildim:
Nə yaman bəd gəldi amansız əcəl,-
Qoymadı açmağa gözümü, qardaş?!
Bu son nəfəsimdə deyə bilmədim,
Sənə deyiləsi sözümü, qardaş!
Girmişdi Əzrayıl yəqin qəsdimə,
Göndərdi bir namərd, zalım üstümə.
Sən yetə bilmədin "son nəfəsimə"
Qoruya bilmədim özümü, qardaş!
Ağlama, sızlama küncdə, bucaqda,
Atama dayaq ol, pir ol ocaqda.
Əzizlə Turalı, saxla qucaqda,
İtirmə həyatda izimi, qardaş!
Vüsala əmi ol, Hikmətə qardaş,
Sözdə, əməldə də siz olun sirdaş.
Axmasın gözündən bir də qanlı yaş,
Bax, səndən döndərər üzümü, qardaş!
Anam, atam, inanmıram kiriyə,
Yerim dardı, dönəmmirəm geriyə.
Bir də çətin ayaq aça, yeriyə,
Bir namərd qırıbdı dizimi, qardaş!
Əliş əmim bu yoxluğa dözərmi,
Əli əmim əlin məndən üzərmi?!
Sadiq dostlar toyda mənsiz süzərmi,
Kim yazdı bu "qara yazını", qardaş?!
Anam çəksin tellərimi "sığala",
Dərdi-sərim onda bir az dağıla.
Layla desə, bəlkə yaram sağala,
İtirdim taqəti, dözümü, qardaş...
İbrahimə Allah insaf versin, təkcə doğmaları yox ey, dostları-tanışları, hətta yad bildiklərimizi də ağladıb bu qara yuxusu ilə. İbrahim deyir ki, Yusif anasına yalvarır: “ağı demə balana, layla de”, bəlkə yaraları sızlayan balan yuxuya gedə.
Yerim soyuq, yerim dardı, ay ana!
Ağı demə, bir layla de balana.
"Qərib məzar" necə sıxır cismimi,
Elə de ki, bəlkə yaram sağala,
Ağı demə, bir layla de balana.
Dərdlərimin dərdi, ana, başdı, heeyy,
Zalım əcəl yaman həddin aşdı, heeyyy!
"Dərya" doldu, el axıdan "yaşdı" heeyy,
Dayaq olun "Gül baxcası" solana,
Ağı demə, bir layla de balana.
Yazıq atam, xəzan kimi soldumu,
Balalarım "əli qoyunda" qaldımı?!
Hicran dərdlim saçlarını yoldumu?!
Həyan olun, "boynu bükük" qalana,
Ağı demə, bir layla de balana.
Elə de ki, buludlar da “ağlasın",
Ayrılığın sinəsini dağlasın.
Əsən yellər qollarını saxlasın,
Necə qıydı, ömrü-günü talana,
Ağı demə, bir layla de balana?!
***
Yusif, əmin Əlişin oğlu Hikmət sən gedəndən "dəli-sərsəri olub". Özündə-sözündə deyil. O günü də mənə deyir ki, Yuska ilə görüşə getmişdim (o, hamıdan xəlvətcə məzarını ziyarət edir və bayılıb qalır orada. Qəbirsanlığa gələnlər oyadır,. Onu da pis günə qoymusan vallah, atanla Hikmət heç dözmürlər. Deyir ki, Məhəmməd əmi, Yuska ilə dərdləşdik. Elə bilirmiş ki, onu unutmuşuq, evə, ailəyə dönmədiyinə görə. Mənə bunları pıçıldayıb, qeybə çəkildi yenə. Amma, səs onunkuydu, hələ də qulaqlarımdadı. Hə, hə, bu ağını deyə-deyə çəkildi səmaya, duman basdı hər yanı, görünmədi, amma, səsi gəlirdi. Deyirdi ki:
Gedər oldum bu dünyadan,
Ellər, məni unutmayın!
Qəbrim üstə çər çiçəklər,
Güllər, məni unutmayın!
Cavan yaşda qəddin əyən,
Saçı ağarıb, beli bükülən,
Qəbrim üstə qəlbi sökülən
Dillər, məni unutmayın!
Qovuşmadım arzulara,
Yollarım taleyimdən qara.
Cismimi qoyan məzara,
Əllər, məni untmayın!
Gah dağ oldum, gah da aran,
Qəlbi vaxtsız olan viran.
Qəbrim üstə boynun buran,
Tellər, məni unutmayın!
Əziz atam, xəstə anam,
Ay Yusifsiz qalan sonam,
Yox nəfəsim, quru canam,
İllər, unutmayın məni!
Unutmayın, ellər məni unutmayın!
***
Budur, yenə də kimsəsizlik hökm sürən bir gecədəyik, ay Yusif! Mən bu bir ildə ata-anana, balalarına təsəlli olacaq nə varsa dedim. Amma, atanı nə əmilərin, nə dayıların, nə xalaların (bibin Rayanın isə eşidilməyən fəryadı) kiridə bilmir.
Anan canının hayında, ömür-gün sevdalının taleyini bir qaraya büküb apardın özünlə. Bütün bunlardan sonra nə deyəcəyimi bilmirəm. Gücümüz göz yaşlarımıza və bir də 30 ildir ki, şəhidlərimizə ağı yazan qələmimə yalvarmağa qaldı. Görək nə deyir qəmli gözlərimnən nəm alan qələmim? Atanın sızıltılarını yazır dərdli-ələmli…
Sənsizlik üzübdü balalarını,
Uçurub-dağıdıb qalalarını,
Bağlaya bilmədik yaralarını,
Getdin ki, əbədi yuxuya, Yusif,
Qərənfil ağını oxuya, Yusif?!
Neçə ağlar göz dikildi yoluna,
Bu nə tale, yazılıbmış alnına?!
Baxammadın yolda sağı-soluna,
Dağ çəkdin sinəyə, yaxaya, Yusif,
Qərənfil ağını oxuya, Yusif?!
Atanı, ananı üzməzdin axı,
Yuxusuz gecədən bezməzdin axı!
Vüsalsız, Turalsız dözməzdin axı!
Gülün de, dözərmi, ah-vaya, Yusif,
Qərənfil ağını oxuya, Yusif?!
Bir ildi olmuşuq dəli-sərsəri,
Dağılıb evimin himi, məhvəri!
Hər gün yalvarırıq: qayıt, dön geri,
Salmırsan heç kəsi sən saya, Yusif?!
Qərənfil ağını oxuya, Yusif!
Uğurlu qoydular olanda adım,
Sən idin Asəflə qolum-qanadım.
Qırılıb qədəmim, yoxdu imdadım,
Yetənmi olmadı, de, haya, Yusif,
Qərənfil ağını oxuya, Yusif?!
Məhəmməd Nərimanoğlu,
Bakı-Gəncə, 8 avqust 2025-ci il

Yazı axını
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24

01-08-2025 13:57