Reklam
Seyid Əli "Dünənin, bugünün hekayətiyik, yaşatsa, yaşadar ürəklər bizi..." -ŞEİRLƏR
17-02-2020 13:46
Fiziki qüsur yazıb-yaratmaq, hər-hansı bir nailiyyət əldə etmək üçün maneə deyil. O, görmə əngəlli olsa da, şeirləri bəsirət gözünün necə nurlu olduğunu sübut edir. Şərəfli bir nəsil şəcərəsinin nümayəndəsi olan Seyid Əli təəssüf ki, çox az yaşadı. Atasının ölümünə dözə bilməyən gənc şair yeməkdən imtina edərək günbəgün ölümünü yaxınlaşdırdı. 1962-ci ilin martında dünyaya gəlmişdi. 1988-ci ilin iyununda 26 yaşında bu dünyaya göz yumdu... Bioloji övladı olmasa da, mənəvi övladları- şeirləri onu yaşadır. Sağlığında Məmməd Aslan, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Ağalar Mirzə, Sədnik Paşayev, Vidadi Babanlı, Yaqub Məmmədov kmi görkəmli alim və tədqiqatçılar, füzulişünaslar, yazıçı və şairlər Seyid Əlinin zəkasının gücünü görmüş, haqqında yazılar yazmış, verlişlər hazırlamışdılar. Biz də şairi xatlrlmağı və təqdim eməyi özümüzə borc bildik. Ruhu şad olsun!
Sevinc Qərib
Dalidag.az Seyid Əlinin şeirlərindən nümunələr təqdim edir:
MƏHƏBBƏTDİR
Coşqun könlüm vəcdə gəlir ümman kimi,
Mən insanam, ülviyyətim məhəbbətdir.
Şeirim, sözüm od püskürür vulkan kimi,
Həyəcanım, hərarətim məhəbbətdir.
Coş, ey könül, hələ azdır ömrün yaşı,
Şeir, sənət meydanında olma naşı.
Bir qartalam, məskənimdir dağlar başı-
Dünya boyda əzəmətim məhəbbətdir.
Məcnun kimi ülvi eşqim düşdü dilə,
Damla idim, kükrəyəndə döndüm selə.
Bir canana könül verdim bilə-bilə,
Sevgilimə sədaqətim məhəbbətdir.
İSTƏMİRƏM...
İstəmirəm heç bir zaman,
Riya dolu səadəti.
Daldalarda təkəbbürü,
Üzdə quru nəzakəti.
Zaman sürür köhlən atın,
Qiyməti yoxdur həyatın.
İstəmirəm alam satın
Bir yarımçıq məhəbbəti.
Mən Əliyəm, sözlərim haqq,
Son niyyətim budur ancaq.
Allah məndən etsin uzaq,
Dosta qarşı xəyanəti.
SALAMLADI
Yolum düşdü bu dağlara,
Ellər məni salamladı.
Nəvazişli hərarətlə,
Əllər məni salamladı.
Zirvələrdən ayrıldı çən,
Güldü çayır, güldü çəmən.
Tər bənövşə, ağ yasəmən,
Güllər məni salamladı.
Dostum, ayaq saxla bir az,
Gözəlliyə göz yumulmaz.
Sinəm üstə dilləndi saz,
Tellər məni salamladı.
Dolan bulud yağışıyla,
Gur şəlalə axışıyla.
Min bir rəngli naxışıyla,
Çöllər məni salamladı.
Könlüm coşar həvəsiylə,
Ötər şaqraq nəğməsiylə.
Əli, bahar nəfəsiylə,
İllər məni salamladı.
SƏN
Bir kövrək mahnı var ürəyimdə, yar,
Onu öz dilinlə bəstələdin sən.
Nədənsə vəslini çox gördün mənə,
Hucranı könlümə dost elədin sən.
Niyə uzaqlaşdın məndən yad kimi,
Dağladın sinəmi yanar od kimi.
Qanıma susayan bir cəllad kimi
Bu şirin canıma qəsd elədin sən.
And içdin eşqimdə sədaqətliyəm,
Bəs niyə puç oldu etdiyin qəsəm?
Fəqət bir busəylə, ey nazlı sənəm
Uyutdun Əlini, məst elədin sən.
SAZ
Ürəyimdən gözlərimə yaş düşər
Kərəm dünyasında ağlayanda saz.
Məstlik yuxusundan ayılmaram mən,
Fikrimi özünə bağlayanda saz.
Naşı deyilsənsə anla mətləbi,
Adında yaşayar ellərin dəbi.
Gəkər göz önünə Koroğlu, Nəbi
Dəli sellər kimi çağlayanda saz.
Könüllərin həsrəti var səsində ,
Xoş arzular yatır hər nəfəsində.
Kövrək ürəkləri zümzüməsində
Güldürən də sazdı, dağlayan da saz.
BİLMƏDİM
Daşa həkk olunan bir yazısan ki,
Adını qəlbimdən silə bilmədim.
Fəqət ünvansızsan küləklər kimi-
Mən sənin yanına gələ bilmədim.
İtən gəncliyimi gəzirəm artıq,
Təəsüf selində üzürəm artıq.
Həyatdan əl çəkib bezirəm artıq,
Mən ölmək istədim, ölə bilmədim.
Qoy səni düşünüm, səni anım, yar,
Eşqinin odunda alovlanım, yar.
Yolları soraqsız bir karvanam, yar,
Ömrüm sovrulsa da yelə, bilmədim.
Əliyəm qəm-kədər sirdaşım oldu,
Taleyimlə mənim savaşım oldu.
Qəlbimi ovudan göz yaşım oldu,
Güldürsən də məni, gülə bilmədim.
GECƏLƏR
Sanki oxunmamış roman kimidir,
Baharlı gecələr, yaylı gecələr.
Yeganə sirdaşdır könlümə mənim,
Ulduzlu gecələr, aylı gecələr.
Güllərin ətrini ruhuma yayar,
Şeirimə min rəngli çələng toxuyar.
Suların səsiylə mahnı oxuyar,
Haraylı gecələr, haylı gecələr.
Ayrılıq anından qəlbim göynədi,
Məni məhvərimdən qoparır, nədi?
Bir şirin layladı, kövrək nəğmədi
Büsatlı gecələr, toylu gecələr.
Əli, körpə kimi dolsa buludlar,
Küləklər səmanın üzünü yalar.
Sənlə yuxularda həmsöhbət olar
Sovqatlı gecələr, paylı gecələr.
MƏN
Vaxt ötür, zaman da çox narahatdır,
Gərək muradıma tələsiyəm mən.
Neyləyə bilərəm, bu ki həyatdır,
Fikrimi şeirimlə böləsiyəm mən.
Gül erkən solarsa yazda nə günah,
Çalan naşı olsa, sazda nə günah,
Çoxluq arzulasam, azda nə günah?
Dünyanın ən ağır şələsiyəm mən.
Hardasa bir nəğmə qalsa yarımçıq,
Boğar ürəyimi qəhər, hıçqırıq.
Əgər yad kəsilsəm özümə, artıq
Özüm öz halıma güləsiyəm mən.
Ey Əli, nə tapdın qüssədə, qəmdə?
Çətin sınaqlara sinə gər həm də.
Kimsənin önündə əyilməsəm də
Arzuyla ümidin köləsiyəm mən.
BİZİ
Yanırıq, tüstümüz göyə ucalmır,
Kaş ki, söndürməyə küləklər bizi.
Ömür dənizinin qasırğasında
Boğulan qayğılar ətəklər bizi.
Yatan duyğuları həsrət oyatdı,
Həyat fəlsəfəmiz qəmlə boy atdı.
Ağrısı təzədi, özü boyatdı-
Tutub yaxamızdan yedəklər bizi.
Şirin duyğuların təravətiyik,
Məhəbbət sazının həmsöhbətiyik.
Dünənin, bugünün hekayətiyik,
Yaşatsa, yaşadar ürəklər bizi.
Dilim yox dünyanı dindirmək üçün,
Suyum yox yanğımı söndürmək üçün.
Ömrün zirvəsindən endirmək üçün
İllərin çobanı tütəklər bizi.
Kövrək Seyidini üzür qüssələr,
Dilsiz gecələrim sənsiz qəribsər.
Qayıt kəndimizə, hər axşam, səhər
Bir az ovundursun hənəklər bizi.
GİZLİ DUYĞULARIM
Gizli duyğularım danışan zaman,
Deyəsən, özümə yaxınlaşıram.
Misram söz oduna alışan zaman,
İlham köhlənimlə dağlar aşıram.
Qorxuram fikrimin atı büdrəyə,
Məni yarıyolda yıxa daşlığa.
Ucuz təriflərdən qorunum deyə,
Tənqidlə dost olum, tərif qasırğa.
Dəyəndə üzümə tərif şilləsi
Qəfil gözlərimə qaranlıq çökər.
İçimdə boğular vicdanın səsi ,
Mən özüm özümü duymasam əgər.
Lovğalıq donunu geysəm əynimə
Mənən şikəst olub yazıqlaşaram.
Həyati qayğılar yüksə çiynimə,
Keşməkeşli ömrü məğrur yaşaram.
Baharda çağlayan dağ çeşmələri
Yaşıl dərələrdə qəhqəhə çəkər.
Görəsən dünyanın keşməkeşləri
Nəylə qurtaracaq, bilirmi bəşər?
SEYİD ƏLİ
Dalidag.az
Sevinc Qərib
Dalidag.az Seyid Əlinin şeirlərindən nümunələr təqdim edir:
MƏHƏBBƏTDİR
Coşqun könlüm vəcdə gəlir ümman kimi,
Mən insanam, ülviyyətim məhəbbətdir.
Şeirim, sözüm od püskürür vulkan kimi,
Həyəcanım, hərarətim məhəbbətdir.
Coş, ey könül, hələ azdır ömrün yaşı,
Şeir, sənət meydanında olma naşı.
Bir qartalam, məskənimdir dağlar başı-
Dünya boyda əzəmətim məhəbbətdir.
Məcnun kimi ülvi eşqim düşdü dilə,
Damla idim, kükrəyəndə döndüm selə.
Bir canana könül verdim bilə-bilə,
Sevgilimə sədaqətim məhəbbətdir.
İSTƏMİRƏM...
İstəmirəm heç bir zaman,
Riya dolu səadəti.
Daldalarda təkəbbürü,
Üzdə quru nəzakəti.
Zaman sürür köhlən atın,
Qiyməti yoxdur həyatın.
İstəmirəm alam satın
Bir yarımçıq məhəbbəti.
Mən Əliyəm, sözlərim haqq,
Son niyyətim budur ancaq.
Allah məndən etsin uzaq,
Dosta qarşı xəyanəti.
SALAMLADI
Yolum düşdü bu dağlara,
Ellər məni salamladı.
Nəvazişli hərarətlə,
Əllər məni salamladı.
Zirvələrdən ayrıldı çən,
Güldü çayır, güldü çəmən.
Tər bənövşə, ağ yasəmən,
Güllər məni salamladı.
Dostum, ayaq saxla bir az,
Gözəlliyə göz yumulmaz.
Sinəm üstə dilləndi saz,
Tellər məni salamladı.
Dolan bulud yağışıyla,
Gur şəlalə axışıyla.
Min bir rəngli naxışıyla,
Çöllər məni salamladı.
Könlüm coşar həvəsiylə,
Ötər şaqraq nəğməsiylə.
Əli, bahar nəfəsiylə,
İllər məni salamladı.
SƏN
Bir kövrək mahnı var ürəyimdə, yar,
Onu öz dilinlə bəstələdin sən.
Nədənsə vəslini çox gördün mənə,
Hucranı könlümə dost elədin sən.
Niyə uzaqlaşdın məndən yad kimi,
Dağladın sinəmi yanar od kimi.
Qanıma susayan bir cəllad kimi
Bu şirin canıma qəsd elədin sən.
And içdin eşqimdə sədaqətliyəm,
Bəs niyə puç oldu etdiyin qəsəm?
Fəqət bir busəylə, ey nazlı sənəm
Uyutdun Əlini, məst elədin sən.
SAZ
Ürəyimdən gözlərimə yaş düşər
Kərəm dünyasında ağlayanda saz.
Məstlik yuxusundan ayılmaram mən,
Fikrimi özünə bağlayanda saz.
Naşı deyilsənsə anla mətləbi,
Adında yaşayar ellərin dəbi.
Gəkər göz önünə Koroğlu, Nəbi
Dəli sellər kimi çağlayanda saz.
Könüllərin həsrəti var səsində ,
Xoş arzular yatır hər nəfəsində.
Kövrək ürəkləri zümzüməsində
Güldürən də sazdı, dağlayan da saz.
BİLMƏDİM
Daşa həkk olunan bir yazısan ki,
Adını qəlbimdən silə bilmədim.
Fəqət ünvansızsan küləklər kimi-
Mən sənin yanına gələ bilmədim.
İtən gəncliyimi gəzirəm artıq,
Təəsüf selində üzürəm artıq.
Həyatdan əl çəkib bezirəm artıq,
Mən ölmək istədim, ölə bilmədim.
Qoy səni düşünüm, səni anım, yar,
Eşqinin odunda alovlanım, yar.
Yolları soraqsız bir karvanam, yar,
Ömrüm sovrulsa da yelə, bilmədim.
Əliyəm qəm-kədər sirdaşım oldu,
Taleyimlə mənim savaşım oldu.
Qəlbimi ovudan göz yaşım oldu,
Güldürsən də məni, gülə bilmədim.
GECƏLƏR
Sanki oxunmamış roman kimidir,
Baharlı gecələr, yaylı gecələr.
Yeganə sirdaşdır könlümə mənim,
Ulduzlu gecələr, aylı gecələr.
Güllərin ətrini ruhuma yayar,
Şeirimə min rəngli çələng toxuyar.
Suların səsiylə mahnı oxuyar,
Haraylı gecələr, haylı gecələr.
Ayrılıq anından qəlbim göynədi,
Məni məhvərimdən qoparır, nədi?
Bir şirin layladı, kövrək nəğmədi
Büsatlı gecələr, toylu gecələr.
Əli, körpə kimi dolsa buludlar,
Küləklər səmanın üzünü yalar.
Sənlə yuxularda həmsöhbət olar
Sovqatlı gecələr, paylı gecələr.
MƏN
Vaxt ötür, zaman da çox narahatdır,
Gərək muradıma tələsiyəm mən.
Neyləyə bilərəm, bu ki həyatdır,
Fikrimi şeirimlə böləsiyəm mən.
Gül erkən solarsa yazda nə günah,
Çalan naşı olsa, sazda nə günah,
Çoxluq arzulasam, azda nə günah?
Dünyanın ən ağır şələsiyəm mən.
Hardasa bir nəğmə qalsa yarımçıq,
Boğar ürəyimi qəhər, hıçqırıq.
Əgər yad kəsilsəm özümə, artıq
Özüm öz halıma güləsiyəm mən.
Ey Əli, nə tapdın qüssədə, qəmdə?
Çətin sınaqlara sinə gər həm də.
Kimsənin önündə əyilməsəm də
Arzuyla ümidin köləsiyəm mən.
BİZİ
Yanırıq, tüstümüz göyə ucalmır,
Kaş ki, söndürməyə küləklər bizi.
Ömür dənizinin qasırğasında
Boğulan qayğılar ətəklər bizi.
Yatan duyğuları həsrət oyatdı,
Həyat fəlsəfəmiz qəmlə boy atdı.
Ağrısı təzədi, özü boyatdı-
Tutub yaxamızdan yedəklər bizi.
Şirin duyğuların təravətiyik,
Məhəbbət sazının həmsöhbətiyik.
Dünənin, bugünün hekayətiyik,
Yaşatsa, yaşadar ürəklər bizi.
Dilim yox dünyanı dindirmək üçün,
Suyum yox yanğımı söndürmək üçün.
Ömrün zirvəsindən endirmək üçün
İllərin çobanı tütəklər bizi.
Kövrək Seyidini üzür qüssələr,
Dilsiz gecələrim sənsiz qəribsər.
Qayıt kəndimizə, hər axşam, səhər
Bir az ovundursun hənəklər bizi.
GİZLİ DUYĞULARIM
Gizli duyğularım danışan zaman,
Deyəsən, özümə yaxınlaşıram.
Misram söz oduna alışan zaman,
İlham köhlənimlə dağlar aşıram.
Qorxuram fikrimin atı büdrəyə,
Məni yarıyolda yıxa daşlığa.
Ucuz təriflərdən qorunum deyə,
Tənqidlə dost olum, tərif qasırğa.
Dəyəndə üzümə tərif şilləsi
Qəfil gözlərimə qaranlıq çökər.
İçimdə boğular vicdanın səsi ,
Mən özüm özümü duymasam əgər.
Lovğalıq donunu geysəm əynimə
Mənən şikəst olub yazıqlaşaram.
Həyati qayğılar yüksə çiynimə,
Keşməkeşli ömrü məğrur yaşaram.
Baharda çağlayan dağ çeşmələri
Yaşıl dərələrdə qəhqəhə çəkər.
Görəsən dünyanın keşməkeşləri
Nəylə qurtaracaq, bilirmi bəşər?
SEYİD ƏLİ
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər / Poeziya-nəsr
Tarix: 17-02-2020 13:46
Baxış sayı: 4829
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
Ən çox oxunanlar
15-11-2024 10:41
21-11-2024 15:23