Reklam
Rəsul Murovdağlı:"Orda uşaqlığım əsir kökündə, əsir ağlayıram burda bu gecə..." -ŞEİRLƏR
08-02-2020 16:43
"...Vətən-Vətən çırpınan ürəyimin qanıyla,
Mən bu gün bir vərəqdə... saysız əl çəkəcəyəm.
Bu əlləri keçirdib göy qurşağı... altından..,
Əllərə silah verib onda əl çəkəcəyəm..."
Dalidag.az Sevinc Qəribin təqdimatında Rəsul Murovdağlının şeirlərini oxucuların ixtiyarına verir:
YOXSA...
Sarıyıb göyərçin qanadlarına,
Zülmətə uçurtduq davamı... yoxsa... ?!.
Kövrəlib, torpaq da, daş da üşüyür,
Ah tutub bu yurdu, yuvanı yoxsa?!.
Səma ağacından asmışam qəmi,
Yarpağı cəkibdi gözümdən nəmi... .
Allaha əl açdım duymadı məni...,
Budaqlar... saxladı duamı yoxsa?!...
Kövrək ümidlərim göyə çəkilir...,
Yesir arzularım göydə sökülür.
Havanın üzündən zəhər tökülür,
İlan "mayalayıb" havanı yoxsa?!.
ŞƏHADƏTİM
Yozun bu yuxumu, yuxu yozanlar,
Dolaşıq düşmüşdü yolum yuxuda.
İlməsi "qaçmışdı" ömür hanamın,
Başıma döyürdü əlim yuxuda.
Yenə qurulmuşdu dar... sevda üçün.
Dağlar gözləyirdi qar... sevda üçün.
Canım can verirdi bir sevda üçün,
Tutmuşdu yaxamı ölüm yuxuda.
Tanrımı qarğamış, bilmədim nədi,
Alnımda yazıymış taleyin bədi.
Əzrail şəhadət gətirim dedi,
Kəlbəcər deyirdi dilim yuxuda.
YOL
Baxışımın nidasında yoruldu,
Bir zamanlar canı candan edən yol.
Mənim kimi sızım-sızım sızlayır,
Ağrılara, acılara bədən yol...
Sevən könlüm dünya boyda sirr məzar,
Xəyallarım sığışmayan dar məzar... ,
Bu cismimə göy baş daşı, yer məzar,
Öləziyən ümidlərə didəm yol...
Saf eşqimin dərddi ömür məbədi,
Dağ arzular yonulubdu, təpədi.
Qorxuram ki, düyün düşə əbədi
İt ilindən it gününə gedən yol.
ÇİYNİMİ DƏRDİMƏ DAYAQ VERMİŞƏM
Qara günlərimin əksini çəkib,
Sözümü könlümə çıraq vermişəm.
Şeytanın felinə uymayım deyə,
Ömrümə ağlımdan ayaq vermişəm.
Tapa bilməsəm də dünyanın çəmin,
Bir söz yazmamışam olmadan əmin.
Sazaqda ömrümü bozardan qəmin,
Rəngini saçıma boyaq vermişəm.
Rəsulam, şimşəklər çaxıb başıma,
Bulud qadasını yağıb başıma,
Dərdin ağırlığı çıxıb başıma,
Çiynimi dərdimə dayaq vermişəm.
AZAD OLMAYIB
Cavablar dərd olur, suallar susur,
"Nə cür"lə "necə" ki azad olmayıb.
Gündüzlər günəşi bulud gizlədir,
Gecələr gecə ki, azad olmayıb.
Dəli şeirimə gedən yol da dar,
Qurulub misramdan keçən yolda dar.
Bu gün bu tərəzi, bu daş aldadar...,
Dünəndən bu çəki azad olmayıb...
Rəsul, sevincini "kim"lər daşıdı..,
Səbrin yuxuludu, səbrin naşıdı.
Sinən arzuların məzar daşıdı,
Ürəyin neçə ki, azad olmayıb.
BÜTÖVLÜK RƏSMİ...
Vətən-Vətən çırpınan ürəyimin qanıyla,
Mən bu gün bir vərəqdə... saysız əl çəkəcəyəm.
Bu əlləri keçirdib göy qurşağı... altından..,
Əllərə silah verib onda əl çəkəcəyəm...
Tarixlərə sığmayan zəfərlər çəkəcəyəm,
Ögey olmayacaqdır daha gələn bayramım.
Təmas yaradacağam göylə yer arasında,
Məni bağışlayacaq göy qurşağı bayrağım.
Çəkdiyim bu rəs(i)mdə xəyanət olmayacaq,
Geri qaytaracağam illərini Babəkin...
Bütövlük çəkəcəyəm yapışıb beş hər(i)fdən...,
Minlərlə çəkəcəyəm qollarını Babəkin...
Bu gün Şah İsmayılın qüdrətin(i) çəkəcəyəm,
Sən çək, mən cəkəcəyəm, demə ki kim çəkəcək?!..
Sən, mən, o deyilik biz, BİZ bir bütövlük çəksək,
Bu göylər xainlərin başlarına çökəcək...
GEDİR
Xəyalım ayırdı özümü məndən,
Yazdığım hər misra nidamnan gedir...
Geriyə dönmədi qaçaq sevincim,
Təbim qucaqlaşıb "buta"mnan gedir...
Göydə günah varsa,... axı yerə nə...?!,
Günahın içində düşür yer ünə.
Nadanı qoyanda adam yerinə...,
Adamlıq inciyib adamdan gedir...
Yaxşı ki, qalıbdı yaxşılar:- dedim,
Rəsul, yerdən göyə... yaxşı ol dedim.
Dünən gedənlərə "yaxşı yol" dedim..,
Bu gün gedənlərim... "qada"mdan gedir...
QIFIL AĞLIYIR
İllərdi böyüyüb dəli həsrətim-,
qisasa dönmədi, tifil ağlıyır...
Ha layla deyirəm beşik sinəmdə,
Körpə arzularım qəfil ağlıyır.
Ümidim qalıbdı diz üstə naçar,
Qələmim canıma hey qəstə qaçar...
"Dərmanım" olmayan bir dəstə açar...,
Dəvam bağlandığı qıfıl ağlıyır...
Nə çəkdim halıdı bala varım... tək...,
Dərd qalaq-qalaqdı balalarım tək,
Kövrək şeirim də balalarımtək,
Murovdağlı kimi səfil ağlıyır...
Əsirdən betərdi doğum günlərim,
Görmür yad günümə gələn adamlar... .
Mənə kölə kimi ömür dİləyir....,
Bu fəryad günümə gələn adamlar.
Yaslı ümidlərim fidan bitirmir,
Cəhənnəm həsrətim ta kül götürmür..
Barı gözlərində Araz gətirmir,
Caşub "od günümə" gələn adamlar...
Qəm, kədər köksümdə ilmə-ilmədi,
Beş günlük dünyada üzüm gülmədi.
Nələr çəkdiyimi duya bilmədi,
Mənim ad günümə gələn adamlar.
TANIMADIN
Qarşılaşmışıq yenə.
Gözlərin tanıdığım gözlərdi,
baxışların ögeyləşib.
Baxışlarda naxışların ögeyləşib.
O gözlərdən dəli sevgi, dəli odla
ürəyimə yol etmişdi.
Ürəyimdə közərmişdi.
Üz-üzə dayanmışıq, indi.
Aramızdakı bu yaxınlıqda bir uzaq,
Bu uzaqda üşüyən bir isti var.
İstimizin sazağında pünhan olan tüstü var.
Bəlkə də, elə bu tüstüdü bizim yaxınlığımız.
Kaş ki, dillənməyəydin heç.
Aramızdakı sükut danışaydı.
TANIMADIM, VARLI OLACAQSAN,-dedin.
Deməz olaydın.
Mənim varım sən idin, axı.
Ehh, indi nə deyim?!.
Nə deyim ki, təsəlli tapım?!
Qınamıram səni,
Sən hələ saf eşqimizin odlu vaxtı,
lap o duzlu dadlı vaxtı,
evinizin soyuq divarından, asılmış,
buz kimi güzgüdəki səni tanıdın.
Mən niyə qınayım səni?!.
Neynirsən tanıyıb məni.
Bəlkə durub bu qisməti, bu taleyi qınayasan?!.
Sən məndəki olan səni bircə dəfə tanımadın.
Məni hardan tanıyasan.
BU GECƏ
Xəyalım od alıb, könlüm üşüyür,
Bilirəm, qar yağır yurda bu gecə.
Orda uşaqlığım əsir kökündə,
Əsir ağlayıram burda bu gecə.
Qibləm Dəlidağdır, düzdür, doğrudur,
Ölmüş ümidlərə sinəm sarğıdır,
Qəbir əzabları yaman ağrıdır.
Ruhum haray çəkir gorda bu gecə.
Vətən sevgisidi könlümün varı,
Vətəndə vətənsiz yarıyam, yarı,.
Murov arzulardan səbrimə sarı,
Sözlə yol çəkirəm darda bu gecə...
SƏSLƏNİR
İllər ötür, ömür gedir havayı,
Tel ağarır daraqlarım səslənir... .
Arzum yanır dişim dəyir bir-birə,
Üşüyürəm, dodaqlarım səslənir.
İki ov var, bircə könül bərəsi,
İkisinə bircə paydı hərəsi,
İki çeşmə bir hicranın dərəsi,
Vüsal deyib bulaqlarım səslənir.
Həyatımı atıb-tutur ələklər,
Ürəyimə ürək vermir ürəklər.
Kötüyümü silkələyir küləklər,
Yarpaq əsir, budaqlarım səslənir.
Bu Rəsula dünya olub dar yenə,
Qələm ilə hey qazıram gor yenə.
Ümid etdim məni anır yar yenə,
Sakit durmur, qulaqlarım səslənir.
Günəşi kor olan bəxtim,
Üz tutub qış düşən yerə.
Arzularım əyilibdi,
Gözmdən yaş düşən yerə...
Daha ümidim qalmadı,
Dünya könlümü almadı.
Göy qurşağı qulp olmadı,
Arzular boş düşən yerə...
Di gəl nə var söz ilə çək,
Dərdi, qəmi çözələ çək...
İsmayıllar kəsiləcək,
Ah yağır qoç düşən yerə...
Rəsul Murovdağlı
Dalidag.az
Mən bu gün bir vərəqdə... saysız əl çəkəcəyəm.
Bu əlləri keçirdib göy qurşağı... altından..,
Əllərə silah verib onda əl çəkəcəyəm..."
Dalidag.az Sevinc Qəribin təqdimatında Rəsul Murovdağlının şeirlərini oxucuların ixtiyarına verir:
YOXSA...
Sarıyıb göyərçin qanadlarına,
Zülmətə uçurtduq davamı... yoxsa... ?!.
Kövrəlib, torpaq da, daş da üşüyür,
Ah tutub bu yurdu, yuvanı yoxsa?!.
Səma ağacından asmışam qəmi,
Yarpağı cəkibdi gözümdən nəmi... .
Allaha əl açdım duymadı məni...,
Budaqlar... saxladı duamı yoxsa?!...
Kövrək ümidlərim göyə çəkilir...,
Yesir arzularım göydə sökülür.
Havanın üzündən zəhər tökülür,
İlan "mayalayıb" havanı yoxsa?!.
ŞƏHADƏTİM
Yozun bu yuxumu, yuxu yozanlar,
Dolaşıq düşmüşdü yolum yuxuda.
İlməsi "qaçmışdı" ömür hanamın,
Başıma döyürdü əlim yuxuda.
Yenə qurulmuşdu dar... sevda üçün.
Dağlar gözləyirdi qar... sevda üçün.
Canım can verirdi bir sevda üçün,
Tutmuşdu yaxamı ölüm yuxuda.
Tanrımı qarğamış, bilmədim nədi,
Alnımda yazıymış taleyin bədi.
Əzrail şəhadət gətirim dedi,
Kəlbəcər deyirdi dilim yuxuda.
YOL
Baxışımın nidasında yoruldu,
Bir zamanlar canı candan edən yol.
Mənim kimi sızım-sızım sızlayır,
Ağrılara, acılara bədən yol...
Sevən könlüm dünya boyda sirr məzar,
Xəyallarım sığışmayan dar məzar... ,
Bu cismimə göy baş daşı, yer məzar,
Öləziyən ümidlərə didəm yol...
Saf eşqimin dərddi ömür məbədi,
Dağ arzular yonulubdu, təpədi.
Qorxuram ki, düyün düşə əbədi
İt ilindən it gününə gedən yol.
ÇİYNİMİ DƏRDİMƏ DAYAQ VERMİŞƏM
Qara günlərimin əksini çəkib,
Sözümü könlümə çıraq vermişəm.
Şeytanın felinə uymayım deyə,
Ömrümə ağlımdan ayaq vermişəm.
Tapa bilməsəm də dünyanın çəmin,
Bir söz yazmamışam olmadan əmin.
Sazaqda ömrümü bozardan qəmin,
Rəngini saçıma boyaq vermişəm.
Rəsulam, şimşəklər çaxıb başıma,
Bulud qadasını yağıb başıma,
Dərdin ağırlığı çıxıb başıma,
Çiynimi dərdimə dayaq vermişəm.
AZAD OLMAYIB
Cavablar dərd olur, suallar susur,
"Nə cür"lə "necə" ki azad olmayıb.
Gündüzlər günəşi bulud gizlədir,
Gecələr gecə ki, azad olmayıb.
Dəli şeirimə gedən yol da dar,
Qurulub misramdan keçən yolda dar.
Bu gün bu tərəzi, bu daş aldadar...,
Dünəndən bu çəki azad olmayıb...
Rəsul, sevincini "kim"lər daşıdı..,
Səbrin yuxuludu, səbrin naşıdı.
Sinən arzuların məzar daşıdı,
Ürəyin neçə ki, azad olmayıb.
BÜTÖVLÜK RƏSMİ...
Vətən-Vətən çırpınan ürəyimin qanıyla,
Mən bu gün bir vərəqdə... saysız əl çəkəcəyəm.
Bu əlləri keçirdib göy qurşağı... altından..,
Əllərə silah verib onda əl çəkəcəyəm...
Tarixlərə sığmayan zəfərlər çəkəcəyəm,
Ögey olmayacaqdır daha gələn bayramım.
Təmas yaradacağam göylə yer arasında,
Məni bağışlayacaq göy qurşağı bayrağım.
Çəkdiyim bu rəs(i)mdə xəyanət olmayacaq,
Geri qaytaracağam illərini Babəkin...
Bütövlük çəkəcəyəm yapışıb beş hər(i)fdən...,
Minlərlə çəkəcəyəm qollarını Babəkin...
Bu gün Şah İsmayılın qüdrətin(i) çəkəcəyəm,
Sən çək, mən cəkəcəyəm, demə ki kim çəkəcək?!..
Sən, mən, o deyilik biz, BİZ bir bütövlük çəksək,
Bu göylər xainlərin başlarına çökəcək...
GEDİR
Xəyalım ayırdı özümü məndən,
Yazdığım hər misra nidamnan gedir...
Geriyə dönmədi qaçaq sevincim,
Təbim qucaqlaşıb "buta"mnan gedir...
Göydə günah varsa,... axı yerə nə...?!,
Günahın içində düşür yer ünə.
Nadanı qoyanda adam yerinə...,
Adamlıq inciyib adamdan gedir...
Yaxşı ki, qalıbdı yaxşılar:- dedim,
Rəsul, yerdən göyə... yaxşı ol dedim.
Dünən gedənlərə "yaxşı yol" dedim..,
Bu gün gedənlərim... "qada"mdan gedir...
QIFIL AĞLIYIR
İllərdi böyüyüb dəli həsrətim-,
qisasa dönmədi, tifil ağlıyır...
Ha layla deyirəm beşik sinəmdə,
Körpə arzularım qəfil ağlıyır.
Ümidim qalıbdı diz üstə naçar,
Qələmim canıma hey qəstə qaçar...
"Dərmanım" olmayan bir dəstə açar...,
Dəvam bağlandığı qıfıl ağlıyır...
Nə çəkdim halıdı bala varım... tək...,
Dərd qalaq-qalaqdı balalarım tək,
Kövrək şeirim də balalarımtək,
Murovdağlı kimi səfil ağlıyır...
MƏNİM AD GÜNÜMƏ GƏLƏN ADAMLAR
Əsirdən betərdi doğum günlərim,
Görmür yad günümə gələn adamlar... .
Mənə kölə kimi ömür dİləyir....,
Bu fəryad günümə gələn adamlar.
Yaslı ümidlərim fidan bitirmir,
Cəhənnəm həsrətim ta kül götürmür..
Barı gözlərində Araz gətirmir,
Caşub "od günümə" gələn adamlar...
Qəm, kədər köksümdə ilmə-ilmədi,
Beş günlük dünyada üzüm gülmədi.
Nələr çəkdiyimi duya bilmədi,
Mənim ad günümə gələn adamlar.
TANIMADIN
Qarşılaşmışıq yenə.
Gözlərin tanıdığım gözlərdi,
baxışların ögeyləşib.
Baxışlarda naxışların ögeyləşib.
O gözlərdən dəli sevgi, dəli odla
ürəyimə yol etmişdi.
Ürəyimdə közərmişdi.
Üz-üzə dayanmışıq, indi.
Aramızdakı bu yaxınlıqda bir uzaq,
Bu uzaqda üşüyən bir isti var.
İstimizin sazağında pünhan olan tüstü var.
Bəlkə də, elə bu tüstüdü bizim yaxınlığımız.
Kaş ki, dillənməyəydin heç.
Aramızdakı sükut danışaydı.
TANIMADIM, VARLI OLACAQSAN,-dedin.
Deməz olaydın.
Mənim varım sən idin, axı.
Ehh, indi nə deyim?!.
Nə deyim ki, təsəlli tapım?!
Qınamıram səni,
Sən hələ saf eşqimizin odlu vaxtı,
lap o duzlu dadlı vaxtı,
evinizin soyuq divarından, asılmış,
buz kimi güzgüdəki səni tanıdın.
Mən niyə qınayım səni?!.
Neynirsən tanıyıb məni.
Bəlkə durub bu qisməti, bu taleyi qınayasan?!.
Sən məndəki olan səni bircə dəfə tanımadın.
Məni hardan tanıyasan.
BU GECƏ
Xəyalım od alıb, könlüm üşüyür,
Bilirəm, qar yağır yurda bu gecə.
Orda uşaqlığım əsir kökündə,
Əsir ağlayıram burda bu gecə.
Qibləm Dəlidağdır, düzdür, doğrudur,
Ölmüş ümidlərə sinəm sarğıdır,
Qəbir əzabları yaman ağrıdır.
Ruhum haray çəkir gorda bu gecə.
Vətən sevgisidi könlümün varı,
Vətəndə vətənsiz yarıyam, yarı,.
Murov arzulardan səbrimə sarı,
Sözlə yol çəkirəm darda bu gecə...
SƏSLƏNİR
İllər ötür, ömür gedir havayı,
Tel ağarır daraqlarım səslənir... .
Arzum yanır dişim dəyir bir-birə,
Üşüyürəm, dodaqlarım səslənir.
İki ov var, bircə könül bərəsi,
İkisinə bircə paydı hərəsi,
İki çeşmə bir hicranın dərəsi,
Vüsal deyib bulaqlarım səslənir.
Həyatımı atıb-tutur ələklər,
Ürəyimə ürək vermir ürəklər.
Kötüyümü silkələyir küləklər,
Yarpaq əsir, budaqlarım səslənir.
Bu Rəsula dünya olub dar yenə,
Qələm ilə hey qazıram gor yenə.
Ümid etdim məni anır yar yenə,
Sakit durmur, qulaqlarım səslənir.
İMANDAN DEYİL
Məni dinləmirsən, atam-qardaşım,
Mənim ki sözlərim tikandan deyil...
Zamanı danlama, zaman neyləsin...?!
Qeyrətdə qorxaqlıq zamandan deyil...
Yerin xəyalları göyə əl açıb,
Tanrı rəhm eyləyib yerə nur saçıb.
Sürü ac-acına günəşdən qaçıb,
"Kürnəşə" yığılsa çobandan deyil.
Rəsulu bir dinlə zaman dolmamış...,
Doğrunu söylədi yetim qalmamış...
Vətən ziyarəti qəbul olmamış,
Kəbə ziyarəti imandan deyil...
Məni dinləmirsən, atam-qardaşım,
Mənim ki sözlərim tikandan deyil...
Zamanı danlama, zaman neyləsin...?!
Qeyrətdə qorxaqlıq zamandan deyil...
Yerin xəyalları göyə əl açıb,
Tanrı rəhm eyləyib yerə nur saçıb.
Sürü ac-acına günəşdən qaçıb,
"Kürnəşə" yığılsa çobandan deyil.
Rəsulu bir dinlə zaman dolmamış...,
Doğrunu söylədi yetim qalmamış...
Vətən ziyarəti qəbul olmamış,
Kəbə ziyarəti imandan deyil...
DÜŞƏN YERƏ
Üz tutub qış düşən yerə.
Arzularım əyilibdi,
Gözmdən yaş düşən yerə...
Daha ümidim qalmadı,
Dünya könlümü almadı.
Göy qurşağı qulp olmadı,
Arzular boş düşən yerə...
Di gəl nə var söz ilə çək,
Dərdi, qəmi çözələ çək...
İsmayıllar kəsiləcək,
Ah yağır qoç düşən yerə...
Rəsul Murovdağlı
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 08-02-2020 16:43
Baxış sayı: 31 093
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23