Reklam
Milli Daşqın Ziyəddinoğlu:"Sən də unut, unudulub gedim mən də..." -ŞEİRLƏR
31-12-2019 18:26
"...Daşqın, candan şirin o əziz canmış,
Dedilər o can da candan usanmış.
Can verə bilmirəm, a "canı yanmış",
Yetiş, canım çıxsın qolların üstə..."
Dalidag.az "DƏLİDAĞ" Ədəbi Birliyinin üzvü, gözəl şair Milli Daşqın Ziyəddinoğlunun şeirlərini təqdim edir:
ƏVVƏLKİ GÜN
Bir az odum var idi, bir az da közüm mənim,
-sən yandırıb yaxınca, külümdən əvvəlki gün.
Bir az gözümdə gülüş, dodağımda təbəssüm,
fərəh vardı ruhumda, "zülüm"dən əvvəlki gün.
Yorulsam da həyatla cəng edib savaşmadan,
can vermərəm əcələ, mən sənə qovuşmadan.
Ürəyimin səsini dinmədən, danışmadan,
tutmuş idin sevgilim, dilimdən, əvvəlki gün.
Bu həyatın əzəlin, sonrasın hardan bilim?
doğrandım ortasında mən yazıq, dilim-dilim.
Daşqınam, qəbrim üstə gəlməsən olar gülüm,
görüşməyə gələrsən ölümdən əvvəlki gün.
HƏSRƏTİN DADI
Qoy yandırsın hicran bizi yavaş-yavaş-
- yaxsın oda, qonur gözlüm, şairləşək.
Ayrılığın bu başında mən dayanım,
o başından səsin gəlsin,
şeirləşək.
Vüsal bizə gəlmədi ki,
gəlməyəcək,
halallıq ver bu sevgiylə, xeyirləşək.
Öz rəngi var sevə-sevə ayrılmağın,
və həsrətin qoxusu var, bir də dadı.
Ayrılıqlar adamının olmaz inan-
-bu dünyada nə yaxını, nə də yadı.
Bir yarpaq var, budağından üzülməkdə,
nə hicrandı, nə vüsaldı onun adı.
Bir nəfəs var ölüm, qalım arasında,
-neyniyəsən, bir məhəbbət can üstədi.
Tutub üzün son nəfəsdə Tanrısına,
Dəli ozan unutmağa vaxt istədi.
Sən də unut, unudulub gedim mən də,
Unudular Allahından dönən bəndə!
A DAMA, DAMA
Gəldim hüzuruna sənə "Şah!" deyəm,
Çatdım məqamına a dama, dama.
Topların əlindən bezara gəldim,
Mat oldum üstündə, a dama-dama.
Sözün altı nədi, sözün üstü nə,
Yoxsa könül verdin məndən üstünə?
Tökərəm qanımı sənin üstünə,
Özün qan ağlarsan a.., dama, dama.
Gir könül bağından gülü dər də çıx,
Yaşaram dərdinlə, məni dərdə çıx.
Yaram qaysaxlamaz, bir bax, dərd açıx,
Belə sitəm etməz adam adama.
Daşqın, bu hicranın rəsmini çəkmə,
Dartma qəm yükünü özünə çəkmə.
Nadan məclisində adımı çəkmə,
Arif məclisində adam, adama!
MƏNDƏN SƏNƏCƏN
Gözlərim yol çəkir, məndən sənəcən,
səni düşünürəm, səhərə qədər.
Bir həsrət yolu var gümanla dolu,
sizin kəndinizdən şəhərə qədər.
Kəsmə ətəyindən əlimi sən də,
yanan ürəyimin odundan danış.
Gəl, mənə özündən hekayə söylə,
gəl mənə sevdiyim qadından danış.
Gecələr adama huzur gətirər,
mən də dərdləşirəm ay işığıynan.
Yenə də könlümə bu göz yaşların
-səssiz içirdirəm çay qaşığıynan.
Qoyma darıxmağa bu axşam məni,
küləklə bir həzin bayatı göndər.
Qıyma gözlərimin işığı sönsün,
nəfəs ver sən mənə, həyatı göndər.
Əlvida deyəndə əlini yellə,
"əl"i sənin olsun, "vida"sın alım.
Nə yaxşı xəyal var, xəyalımda sən,
belə ayrılığın qadasın alım.
YAĞMA YAĞIŞ BU AXŞAM
Bulud,
durma qəstimə,
əriyirsən istimə.
Qoy yanım daa,
üstümə-
-yağma yağış, bu axşam.
Yağış yağan zamanda,
kövrəy oluram onda.
Doluram ee bu anda,
-yağma yağış, bu axşam.
Ruhuma qəm yığacam,
gözlərimi sıxacam,
... dayan!
- özüm yağacam,
-yağma yağış, bu axşam.
Dərdi duymaz naşı var,
qəlbimin qəm daşı var.
Üzümdə göz yaşı var,
yağma yağış, bu axşam.
Sənəmi umud indi?
yağmağı unut indi.
Dağıl ey bulud indi,
yağma yağış, bu axşam.
Yağma!...
MƏHƏBBƏTİ
Bir sevda yaşadım həsrət içində,
Sığışdı qəlbimə qəm məhəbbəti.
Məni atəşpərəst etdi axrda,
Pərvanə xəyalı, şəm məhəbbəti.
Vüsal dadımlıqdı, hicranda doydum,
Eşq də fəna şeymiş, sevəndə duydum.
Qaldırıb Allahın yerinə qoydum
-bəs niyə mən əqli kəm, məhəbbəti?
Bir həsrət hıçqıra tarda könlümdə,
Kaman qiyam edə "şur"da könlümdə .
Kibrit qutusundan xırda könlümdə,
Həm qəmi bəslədim , həm məhəbbəti.
Daşqınam , sevmərəm yetəni bir də,
Zaman qaytararmı ötəni bir də...?
Anamı sevmişəm , Vətəni bir də,
Yığmışam könlümə cəm məhəbbti.
DÜNYA
Mənim nəzərimdə şeytan çarxısan,
Boşuna fırlandın, boşuna, dünya!
Adəm yaranandan bəri gör sənin-
biz nələr gətirdik başına, dünya?
Sənin firqətində nələr var, nələr...
-Bir üzün ağlardı, bir üzün gülər.
Səni ki, bir düymə dağıda bilər,
Bəs niyə döyürsən döşünə dünya?
Uddun Xətayini nizam pozuldu,
Qarışdı tərəzi-mizan, pozuldu.
Minbərlər yıxıldı, azan pozuldu,
Özün də mat qaldın işinə, dünya.
İnsan da torpaxdı; _sənin dölündən,
Adəm ki, gəlməyib adam belindən.
Onunçün bezmisən adam əlindən
-Qalmısan qaşına-qaşına, dünya.
Milli Daşqın kimi gələnlər hanı,
A dünya, sirrini bilənlər hanı,
Səni çəpərləyib bölənlər hanı,
Çəkdinmi hamısın dişinə, dünya?
DARIXMIŞAM, GƏLMƏDİN...
Qan bənövşəm , gözləyirəm haçandı,
Bəndə düşən , darıxmışam, gəlmədin.
Təndir kimi köz saxlayan könlümə,
Kündə düşən , darıxmışam , gəlmədin.
"Gizlənqaçdı" oynayırdıq , bir anda-
-yoxa çıxdın gözlərimi yumanda.
Xəyalıma sıx çisgində , dumanda,
-çəndə düşən , darıxmışam, gəlmədin.
Gözləməkdən gözlərimdən nur qaçıb,
Harda qaldın? yaş üzümdən iz açıb.
Ay işıqlım , gecə vaxtı nur saçıb-
-kəndə düşən , darıxmışam , gəlmdin.
Sən gedəli , qəm yeyirəm , gülmürəm,
Dərd əlində can çəkirəm , ölmürəm,
"Bu ayrılıq nədən oldu?", bilmirəm,
Fəndə düşən , darıxmışam , gəlmədin.
Yanmışam ki , isinəsən oduma,
Görən məni Kərəm deyir adıma.
Mən Daşqınam , gecə-gündüz yadıma
-gündə düşən , darıxmışam , gəlmədin.
HAVASINDA
Deyirəm nə ola , səninlə bir də,
Gəzək yurd yerində , yaz havasında.
Bir nəğmə dinləyək uzaqdan yenə,
Yastı balabanda , saz havasında.
Sənə səssiz olur , mənə kür axşam...
Bir şeir oxuyam sənə hər axşam.
Gözlərim yol çəkə yenə bir axşam,
Qüssədə mən olam ,_ qız havasında.
Yoxdu o şöhrəti , şanı Daşqının,
Düşübdü halətdən canı Daşqının,
Elə bil donubdu qanı Daşqının
-şaxtalı Sibirdə , buz havasında.
ÇIXIB GEDƏCƏM
Tutub həsrətinin əlindən sənin,
Bir səhər mehi tək əsib gedəcəm.
Siyah saçlarına sığal çəkmədən,
Qumral gözlərindən küsüb gedəcəm.
Sən məni bağışla onda əzizim,
Sən onda keç mənim günahlarımdan.
Dərdimi yanından götürüb gedim,
Qorxuram , bezərsən bu ahlarımdan.
Elə gedəcəm ki , hicrana tərəf,
İnanma qayıdam geriyə bir də.
Mənim şikəst eşqim , şil məhəbbətim,
Çətin ayaq tuta , yeriyə bir də...
Ağlama dalımca vəfalı qadın,
Dəymərəm bir damla göz yaşına mən.
Sevgi-məhəbbəti, bir də qisməti,
Çoxdan buraxmışam özbaşına mən.
YOLLARIN ÜSTƏ
Yenə də gəlmədin, -gözüm qanadı,
illərdi durmuşam yolların üstə.
Şeirlər yazıram ayrılığından,
Nəğmələr oxuram kolların üstə.
Hardan ürcah oldum bu qeylü-qalə?
Peşəm qəm daşımaq, işim ah-nalə.
Duruşu bənövşə, yanağı lalə,
Bəxtinmi yazılıb xalların üstə?
Daşqın, candan şirin o əziz canmış,
Dedilər o can da candan usanmış.
Can verə bilmirəm, a "canı yanmış",
Yetiş, canım çıxsın qolların üstə.
Milli Daşqın Ziyəddinoğlu
Dalidag.az
Dedilər o can da candan usanmış.
Can verə bilmirəm, a "canı yanmış",
Yetiş, canım çıxsın qolların üstə..."
Dalidag.az "DƏLİDAĞ" Ədəbi Birliyinin üzvü, gözəl şair Milli Daşqın Ziyəddinoğlunun şeirlərini təqdim edir:
ƏVVƏLKİ GÜN
Bir az odum var idi, bir az da közüm mənim,
-sən yandırıb yaxınca, külümdən əvvəlki gün.
Bir az gözümdə gülüş, dodağımda təbəssüm,
fərəh vardı ruhumda, "zülüm"dən əvvəlki gün.
Yorulsam da həyatla cəng edib savaşmadan,
can vermərəm əcələ, mən sənə qovuşmadan.
Ürəyimin səsini dinmədən, danışmadan,
tutmuş idin sevgilim, dilimdən, əvvəlki gün.
Bu həyatın əzəlin, sonrasın hardan bilim?
doğrandım ortasında mən yazıq, dilim-dilim.
Daşqınam, qəbrim üstə gəlməsən olar gülüm,
görüşməyə gələrsən ölümdən əvvəlki gün.
HƏSRƏTİN DADI
Qoy yandırsın hicran bizi yavaş-yavaş-
- yaxsın oda, qonur gözlüm, şairləşək.
Ayrılığın bu başında mən dayanım,
o başından səsin gəlsin,
şeirləşək.
Vüsal bizə gəlmədi ki,
gəlməyəcək,
halallıq ver bu sevgiylə, xeyirləşək.
Öz rəngi var sevə-sevə ayrılmağın,
və həsrətin qoxusu var, bir də dadı.
Ayrılıqlar adamının olmaz inan-
-bu dünyada nə yaxını, nə də yadı.
Bir yarpaq var, budağından üzülməkdə,
nə hicrandı, nə vüsaldı onun adı.
Bir nəfəs var ölüm, qalım arasında,
-neyniyəsən, bir məhəbbət can üstədi.
Tutub üzün son nəfəsdə Tanrısına,
Dəli ozan unutmağa vaxt istədi.
Sən də unut, unudulub gedim mən də,
Unudular Allahından dönən bəndə!
A DAMA, DAMA
Gəldim hüzuruna sənə "Şah!" deyəm,
Çatdım məqamına a dama, dama.
Topların əlindən bezara gəldim,
Mat oldum üstündə, a dama-dama.
Sözün altı nədi, sözün üstü nə,
Yoxsa könül verdin məndən üstünə?
Tökərəm qanımı sənin üstünə,
Özün qan ağlarsan a.., dama, dama.
Gir könül bağından gülü dər də çıx,
Yaşaram dərdinlə, məni dərdə çıx.
Yaram qaysaxlamaz, bir bax, dərd açıx,
Belə sitəm etməz adam adama.
Daşqın, bu hicranın rəsmini çəkmə,
Dartma qəm yükünü özünə çəkmə.
Nadan məclisində adımı çəkmə,
Arif məclisində adam, adama!
MƏNDƏN SƏNƏCƏN
Gözlərim yol çəkir, məndən sənəcən,
səni düşünürəm, səhərə qədər.
Bir həsrət yolu var gümanla dolu,
sizin kəndinizdən şəhərə qədər.
Kəsmə ətəyindən əlimi sən də,
yanan ürəyimin odundan danış.
Gəl, mənə özündən hekayə söylə,
gəl mənə sevdiyim qadından danış.
Gecələr adama huzur gətirər,
mən də dərdləşirəm ay işığıynan.
Yenə də könlümə bu göz yaşların
-səssiz içirdirəm çay qaşığıynan.
Qoyma darıxmağa bu axşam məni,
küləklə bir həzin bayatı göndər.
Qıyma gözlərimin işığı sönsün,
nəfəs ver sən mənə, həyatı göndər.
Əlvida deyəndə əlini yellə,
"əl"i sənin olsun, "vida"sın alım.
Nə yaxşı xəyal var, xəyalımda sən,
belə ayrılığın qadasın alım.
YAĞMA YAĞIŞ BU AXŞAM
Bulud,
durma qəstimə,
əriyirsən istimə.
Qoy yanım daa,
üstümə-
-yağma yağış, bu axşam.
Yağış yağan zamanda,
kövrəy oluram onda.
Doluram ee bu anda,
-yağma yağış, bu axşam.
Ruhuma qəm yığacam,
gözlərimi sıxacam,
... dayan!
- özüm yağacam,
-yağma yağış, bu axşam.
Dərdi duymaz naşı var,
qəlbimin qəm daşı var.
Üzümdə göz yaşı var,
yağma yağış, bu axşam.
Sənəmi umud indi?
yağmağı unut indi.
Dağıl ey bulud indi,
yağma yağış, bu axşam.
Yağma!...
MƏHƏBBƏTİ
Bir sevda yaşadım həsrət içində,
Sığışdı qəlbimə qəm məhəbbəti.
Məni atəşpərəst etdi axrda,
Pərvanə xəyalı, şəm məhəbbəti.
Vüsal dadımlıqdı, hicranda doydum,
Eşq də fəna şeymiş, sevəndə duydum.
Qaldırıb Allahın yerinə qoydum
-bəs niyə mən əqli kəm, məhəbbəti?
Bir həsrət hıçqıra tarda könlümdə,
Kaman qiyam edə "şur"da könlümdə .
Kibrit qutusundan xırda könlümdə,
Həm qəmi bəslədim , həm məhəbbəti.
Daşqınam , sevmərəm yetəni bir də,
Zaman qaytararmı ötəni bir də...?
Anamı sevmişəm , Vətəni bir də,
Yığmışam könlümə cəm məhəbbti.
DÜNYA
Mənim nəzərimdə şeytan çarxısan,
Boşuna fırlandın, boşuna, dünya!
Adəm yaranandan bəri gör sənin-
biz nələr gətirdik başına, dünya?
Sənin firqətində nələr var, nələr...
-Bir üzün ağlardı, bir üzün gülər.
Səni ki, bir düymə dağıda bilər,
Bəs niyə döyürsən döşünə dünya?
Uddun Xətayini nizam pozuldu,
Qarışdı tərəzi-mizan, pozuldu.
Minbərlər yıxıldı, azan pozuldu,
Özün də mat qaldın işinə, dünya.
İnsan da torpaxdı; _sənin dölündən,
Adəm ki, gəlməyib adam belindən.
Onunçün bezmisən adam əlindən
-Qalmısan qaşına-qaşına, dünya.
Milli Daşqın kimi gələnlər hanı,
A dünya, sirrini bilənlər hanı,
Səni çəpərləyib bölənlər hanı,
Çəkdinmi hamısın dişinə, dünya?
DARIXMIŞAM, GƏLMƏDİN...
Qan bənövşəm , gözləyirəm haçandı,
Bəndə düşən , darıxmışam, gəlmədin.
Təndir kimi köz saxlayan könlümə,
Kündə düşən , darıxmışam , gəlmədin.
"Gizlənqaçdı" oynayırdıq , bir anda-
-yoxa çıxdın gözlərimi yumanda.
Xəyalıma sıx çisgində , dumanda,
-çəndə düşən , darıxmışam, gəlmədin.
Gözləməkdən gözlərimdən nur qaçıb,
Harda qaldın? yaş üzümdən iz açıb.
Ay işıqlım , gecə vaxtı nur saçıb-
-kəndə düşən , darıxmışam , gəlmdin.
Sən gedəli , qəm yeyirəm , gülmürəm,
Dərd əlində can çəkirəm , ölmürəm,
"Bu ayrılıq nədən oldu?", bilmirəm,
Fəndə düşən , darıxmışam , gəlmədin.
Yanmışam ki , isinəsən oduma,
Görən məni Kərəm deyir adıma.
Mən Daşqınam , gecə-gündüz yadıma
-gündə düşən , darıxmışam , gəlmədin.
HAVASINDA
Deyirəm nə ola , səninlə bir də,
Gəzək yurd yerində , yaz havasında.
Bir nəğmə dinləyək uzaqdan yenə,
Yastı balabanda , saz havasında.
Sənə səssiz olur , mənə kür axşam...
Bir şeir oxuyam sənə hər axşam.
Gözlərim yol çəkə yenə bir axşam,
Qüssədə mən olam ,_ qız havasında.
Yoxdu o şöhrəti , şanı Daşqının,
Düşübdü halətdən canı Daşqının,
Elə bil donubdu qanı Daşqının
-şaxtalı Sibirdə , buz havasında.
ÇIXIB GEDƏCƏM
Tutub həsrətinin əlindən sənin,
Bir səhər mehi tək əsib gedəcəm.
Siyah saçlarına sığal çəkmədən,
Qumral gözlərindən küsüb gedəcəm.
Sən məni bağışla onda əzizim,
Sən onda keç mənim günahlarımdan.
Dərdimi yanından götürüb gedim,
Qorxuram , bezərsən bu ahlarımdan.
Elə gedəcəm ki , hicrana tərəf,
İnanma qayıdam geriyə bir də.
Mənim şikəst eşqim , şil məhəbbətim,
Çətin ayaq tuta , yeriyə bir də...
Ağlama dalımca vəfalı qadın,
Dəymərəm bir damla göz yaşına mən.
Sevgi-məhəbbəti, bir də qisməti,
Çoxdan buraxmışam özbaşına mən.
YOLLARIN ÜSTƏ
Yenə də gəlmədin, -gözüm qanadı,
illərdi durmuşam yolların üstə.
Şeirlər yazıram ayrılığından,
Nəğmələr oxuram kolların üstə.
Hardan ürcah oldum bu qeylü-qalə?
Peşəm qəm daşımaq, işim ah-nalə.
Duruşu bənövşə, yanağı lalə,
Bəxtinmi yazılıb xalların üstə?
Daşqın, candan şirin o əziz canmış,
Dedilər o can da candan usanmış.
Can verə bilmirəm, a "canı yanmış",
Yetiş, canım çıxsın qolların üstə.
Milli Daşqın Ziyəddinoğlu
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 31-12-2019 18:26
Baxış sayı: 31 193
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02