Reklam
Əlirza Həsrət:"Gəl, sənə vətən seçmişəm, ürəyimi bu qürbətdə..." -ŞEİRLƏR
27-11-2019 12:35
"...Xatirələr eşqə bələk apardı,
Qanadımı lələk-lələk apardı.
Əllərimdən alıb külək apardı,
Yer tapmadıq bu vətəndə,şəklinə..."
Dalidag.az Əlirza Həsrətin şeirlərini təqdim edir:
ƏLLƏRİN SAÇIMDA DƏNİ YANDIRIR
Cənnətdə özünə yuva axtarıb,-
Mənim ürəyimə qonan bəxtəvər.
Səni gətirməkdə dünyaya belə,
Vallah,behiştlikdir anan,bəxtəvər.
Quşum qonmasa da özgə çəpərə,
Xətrinə dəymişəm bəlkə min kərə.
Məni tərifləyib evdəkilərə,-
Hər gün günahımı danan bəxtəvər.
Əllərin saçımda dəni yandırır,
Zirvələr dumanı,çəni yandırır.
Mənim yandıqlarım səni yandırır,
Mənə hamıdan çox yanan bəxtəvər.
GƏL DAĞLARIN DUMAN TUTAN YERİNƏ
Ah çəkəndə xoruzlar ban yerinə,
Söykəmişdim üzümü dan yerinə.
Gəl dağların duman tutan yerinə,
Nigarandır bizdən Şuşa,ay qərib.
Bu nə zəvvar,bu nə ocaq,bu nə pir?
Belə nəyin nişanıdır bu ləpir?
Hamı deyir əcəb Vətən rəsmidir,-
Gəl sığınaq bu koğuşa,ay qərib.
...Hıçqırığa,yanğıya vax bu səsdə,
Nəyə lazım Qarabağsız şikəstə?!
Dimdiyindən oda düşüb qəfəsdə,-
Bel bağlayaq gəl bu quşa,ay qərib...
HARASINDAN QUCAQLAYIM DAĞLARI
Sən gələndə duman idi zirvələr,
Baş əymişdi dağlar da sən gedəndə.
Harasından qucaqlayım dağları,-
Zirvələrdən bu duman,çən gedəndə?
Naz-nemətdi,qızıl tacdı sünbüllər,
Bu dünyaya işıq saçdı sünbüllər.
Yaxasını cırıb açdı sünbüllər,
Dimdiyində quşların dən,gedəndə.
Yavanlığı bu qəm,qübar qəribin,
Süfrəsində ayrı nə var qəribin?
Dünya gələr əyninə dar,qəribin,-
Özgə yurdu özünə kənd edəndə..
BİR NƏĞMƏ ÖYRƏNDİM HƏR YALQUZAQDAN
Əl-ayaq yığışıb əkin-biçindən,
Küsüb qan ağlayır torpaq içindən.
Bir xəbər gəlmədi qərib köçündən,
Yollar qubarlandı,toz-toz darıxdım.
Döyüşdə hər ölüm şərəf-şan yolu,
Yurd seçdim ruhların dolaşan yolu.
Gördüm aparacaq bu tər-qan yolu,
Qaralan kül altda köz-köz darıxdım.
Silkinib dumandan,çıxıb sazaqdan,
Nə gözəl görünür dağlar uzaqdan.
Bir nəğmə öyrəndim hər yalquzaqdan,
Belə misra-misra,söz-söz darıxdım.
XATİRƏLƏR EŞQƏ BƏLƏK APARDI...
Son nəğməylə ad qazandı qu eşqdən,
Yaz ağızı sığmaz arxa su eşqdən.
Pərvazlanıb uçan quşdum bu eşqdən,
Yaxşı saldın məni bəndə şəklinə.
Dağ belinə dolamağa kəndir yox,
Süfrəmizdə şor qəhətdir,pendir yox.
Ocaq keçib,kül sovrulub,təndir yox,
Çörək ətri çıxmaz kündə şəklinə.
Xatirələr eşqə bələk apardı,
Qanadımı lələk-lələk apardı.
Əllərimdən alıb külək apardı,
Yer tapmadıq bu vətəndə,şəklinə.
OLMASA
Bir qala mən tikim,bir qala sən tik,
Hər yandan görünsün bu zirvə,bu dik.
Azadlıq insana verməz xoşbəxtlik,-
Xoşbəxtlik özü də azad olmasa.
Solğun çiçəkləri şeh səhər tutar,
Hər kəndin əlindən bir şəhər tutar.
Yer məni,Göy məni nə təhər tutar,-
Üstümdə bu şöhrət,bu ad olmasa?!
...Eh,gözdən,könüldən kənar bu dağlar,
Bir qərib ahından yanar bu dağlar.
Özünü bəxtəvər sanar bu dağlar,
Dağlara bu duman,çən yad olmasa...
LƏLƏK YERİ GÖYNƏYİR
Bu gülləni kim tuşladı,kim atdı?
Kim atdlsa,gör əlinə nə çatdı?
Hara baxsan,mən saldığım qanaddı,
Hara baxsan,lələk yeri göynəyir.
Kirpiyimdə öz yeri var bu nəmin,
Bu sevgidən olmadım ki heç əmin.
Nə təndiri,nə sacı var var nənəmin,-
Əllərində ələk yeri göynəyir.
Tüstüsünə büründüyüm ocağın,-
Nə çırpısı,nə közü var,qoçağım.
Ayrılığa beşik olan qucağın,-
Əl dəyməmiş bələk yeri göynəyir.
QƏRİB OCAĞININ İSTİSİ OLMAZ
Sərhəd telləridir köklədiyim saz,
Duman da dağlarda görünür az-az.
Qərib ocağının istisi olmaz,
Gərək kül altında köz saxlayasan.
Duruşu başqadır bizdə dağın da,
Şamama rəsmisən qonşu tağında.
Nə var əyilməyə yar qabağında,
Gərək ürəyini düz saxlayasan.
Alıb ağuşuna yenə su arxı,
Yandırır ayrılıq qorxusu arxı.
Hayandan bağrıma basım bu arxı,-
Üstümdə yalandan göz saxlayasan?!
AHIM EŞQƏ SON TÜRKÜDÜR
Xatirələr ayna tutub,
Bizə bu səfərdən elə.
Qonşu qızı,ver əlini,-
Keçək bu çəpərdən elə.
Eşqə könül verən gülür,
Bağda çiçək dərən gülür.
Üzümə pəncərən gülür,
Çəkiləndə pərdən elə.
Duman,çən dağın kürküdür,
Ovçu quşları hürküdür.
Ahım eşqə son türküdür,
Oxuyuram hərdən elə...
ƏCƏB QOL GÖTÜRÜB YOL AYRICLARI
Bu sürü obadan,oymaqdan keçib,
İtən quzuları saymaqdan keçib.
Daha baldan keçib,qaymaqdan keçib,
Sən bizim tərəfə şora gələrsən.
Bir şirin yuxunun göründü boyu,
Qərib beşiyidir qucağım,uyu.
Döşünə yatmasa Xəzərin suyu,
Araza göz qoyub,Kürə gələrsən.
Bağrına basıbdır zirvələr qarı,
Duman qayıtmamış ayrılaq barı.
Əcəb qol götürüb yol ayrıcları,
Qürbətdə çəkilsəm dara,gələrsən.
UŞAQLIĞIM ƏL ELƏYİR UZAQDAN...
Dağlar məni qarşılayan yerdəyəm,
Kol-kos basmış cığıra bax,yola bax.
Uşaqlığım əl eləyir uzaqdan,
Hünərin var kövrəl,dola-dola bax.
Qol götürdüm,baxan da yox oynuma,
Xatirələr sığındılar qoynuma.
Qəhərlənən kəndimizin boynuma,-
Qərib-qərib doladığı qola bax.
Dağ inciyib,duman yerdə seyrəlib,
Dən sovulub,saman yerdə seyrəlib.
Tay-tuşlarım yaman yerdə seyrəlib,
Ay Əlirza,ha sağa bax,sola bax!.
VƏTƏN DADI
Bir ayrılıq çeşməsidir,
Gözümdəki su qürbətdə.
Əcəb vətən dadı verir,-
Gördüyüm yuxu qürbətdə.
Dalğaları saya-saya,
Əksim düşdü axan çaya.
Yüz belə ömür yaşaya,
Oxumaz ki Qu qürbətdə.
Saçlarımda dən seçmişəm,
Bir ruhsuz bədən seçmişəm.
Gəl,sənə vətən seçmişəm,
Ürəyimi bu qürbətdə.
MƏN GÜNƏŞ DEMİŞƏM SEVƏN QADINA
Saçımın qırovu tutar gözünü,
Səni gözlədiyim yerə gələrsən.
Düşüb arxasınca xatirələrin,
Özünə dərd verə-verə gələrsən.
Mən Günəş demişəm sevən qadına,
Yer də saxlamadın düşəm yadına...
Bir sevgi zəvvarı yetər dadına,
Nazlana-nazlana pirə gələrsən.
Çəkibdir çarmıxa nəzər könlümü,
Bir qərib ahıyla bəzər könlümü.
Dinləmək istəsən Xəzər könlümü,
Araza üz tutub,Kürə gələrsən.
Əlirza Həsrət
Dalidag.az
Qanadımı lələk-lələk apardı.
Əllərimdən alıb külək apardı,
Yer tapmadıq bu vətəndə,şəklinə..."
Dalidag.az Əlirza Həsrətin şeirlərini təqdim edir:
ƏLLƏRİN SAÇIMDA DƏNİ YANDIRIR
Cənnətdə özünə yuva axtarıb,-
Mənim ürəyimə qonan bəxtəvər.
Səni gətirməkdə dünyaya belə,
Vallah,behiştlikdir anan,bəxtəvər.
Quşum qonmasa da özgə çəpərə,
Xətrinə dəymişəm bəlkə min kərə.
Məni tərifləyib evdəkilərə,-
Hər gün günahımı danan bəxtəvər.
Əllərin saçımda dəni yandırır,
Zirvələr dumanı,çəni yandırır.
Mənim yandıqlarım səni yandırır,
Mənə hamıdan çox yanan bəxtəvər.
GƏL DAĞLARIN DUMAN TUTAN YERİNƏ
Ah çəkəndə xoruzlar ban yerinə,
Söykəmişdim üzümü dan yerinə.
Gəl dağların duman tutan yerinə,
Nigarandır bizdən Şuşa,ay qərib.
Bu nə zəvvar,bu nə ocaq,bu nə pir?
Belə nəyin nişanıdır bu ləpir?
Hamı deyir əcəb Vətən rəsmidir,-
Gəl sığınaq bu koğuşa,ay qərib.
...Hıçqırığa,yanğıya vax bu səsdə,
Nəyə lazım Qarabağsız şikəstə?!
Dimdiyindən oda düşüb qəfəsdə,-
Bel bağlayaq gəl bu quşa,ay qərib...
HARASINDAN QUCAQLAYIM DAĞLARI
Sən gələndə duman idi zirvələr,
Baş əymişdi dağlar da sən gedəndə.
Harasından qucaqlayım dağları,-
Zirvələrdən bu duman,çən gedəndə?
Naz-nemətdi,qızıl tacdı sünbüllər,
Bu dünyaya işıq saçdı sünbüllər.
Yaxasını cırıb açdı sünbüllər,
Dimdiyində quşların dən,gedəndə.
Yavanlığı bu qəm,qübar qəribin,
Süfrəsində ayrı nə var qəribin?
Dünya gələr əyninə dar,qəribin,-
Özgə yurdu özünə kənd edəndə..
BİR NƏĞMƏ ÖYRƏNDİM HƏR YALQUZAQDAN
Əl-ayaq yığışıb əkin-biçindən,
Küsüb qan ağlayır torpaq içindən.
Bir xəbər gəlmədi qərib köçündən,
Yollar qubarlandı,toz-toz darıxdım.
Döyüşdə hər ölüm şərəf-şan yolu,
Yurd seçdim ruhların dolaşan yolu.
Gördüm aparacaq bu tər-qan yolu,
Qaralan kül altda köz-köz darıxdım.
Silkinib dumandan,çıxıb sazaqdan,
Nə gözəl görünür dağlar uzaqdan.
Bir nəğmə öyrəndim hər yalquzaqdan,
Belə misra-misra,söz-söz darıxdım.
XATİRƏLƏR EŞQƏ BƏLƏK APARDI...
Son nəğməylə ad qazandı qu eşqdən,
Yaz ağızı sığmaz arxa su eşqdən.
Pərvazlanıb uçan quşdum bu eşqdən,
Yaxşı saldın məni bəndə şəklinə.
Dağ belinə dolamağa kəndir yox,
Süfrəmizdə şor qəhətdir,pendir yox.
Ocaq keçib,kül sovrulub,təndir yox,
Çörək ətri çıxmaz kündə şəklinə.
Xatirələr eşqə bələk apardı,
Qanadımı lələk-lələk apardı.
Əllərimdən alıb külək apardı,
Yer tapmadıq bu vətəndə,şəklinə.
OLMASA
Bir qala mən tikim,bir qala sən tik,
Hər yandan görünsün bu zirvə,bu dik.
Azadlıq insana verməz xoşbəxtlik,-
Xoşbəxtlik özü də azad olmasa.
Solğun çiçəkləri şeh səhər tutar,
Hər kəndin əlindən bir şəhər tutar.
Yer məni,Göy məni nə təhər tutar,-
Üstümdə bu şöhrət,bu ad olmasa?!
...Eh,gözdən,könüldən kənar bu dağlar,
Bir qərib ahından yanar bu dağlar.
Özünü bəxtəvər sanar bu dağlar,
Dağlara bu duman,çən yad olmasa...
LƏLƏK YERİ GÖYNƏYİR
Bu gülləni kim tuşladı,kim atdı?
Kim atdlsa,gör əlinə nə çatdı?
Hara baxsan,mən saldığım qanaddı,
Hara baxsan,lələk yeri göynəyir.
Kirpiyimdə öz yeri var bu nəmin,
Bu sevgidən olmadım ki heç əmin.
Nə təndiri,nə sacı var var nənəmin,-
Əllərində ələk yeri göynəyir.
Tüstüsünə büründüyüm ocağın,-
Nə çırpısı,nə közü var,qoçağım.
Ayrılığa beşik olan qucağın,-
Əl dəyməmiş bələk yeri göynəyir.
QƏRİB OCAĞININ İSTİSİ OLMAZ
Sərhəd telləridir köklədiyim saz,
Duman da dağlarda görünür az-az.
Qərib ocağının istisi olmaz,
Gərək kül altında köz saxlayasan.
Duruşu başqadır bizdə dağın da,
Şamama rəsmisən qonşu tağında.
Nə var əyilməyə yar qabağında,
Gərək ürəyini düz saxlayasan.
Alıb ağuşuna yenə su arxı,
Yandırır ayrılıq qorxusu arxı.
Hayandan bağrıma basım bu arxı,-
Üstümdə yalandan göz saxlayasan?!
AHIM EŞQƏ SON TÜRKÜDÜR
Xatirələr ayna tutub,
Bizə bu səfərdən elə.
Qonşu qızı,ver əlini,-
Keçək bu çəpərdən elə.
Eşqə könül verən gülür,
Bağda çiçək dərən gülür.
Üzümə pəncərən gülür,
Çəkiləndə pərdən elə.
Duman,çən dağın kürküdür,
Ovçu quşları hürküdür.
Ahım eşqə son türküdür,
Oxuyuram hərdən elə...
GƏLDİ BƏXTƏVƏR AYRILIQ
Gəldi qəmin şən gözəli,
Gəldi bəxtəvər ayrılıq.
Bu qədər eşqin içində,-
Olmaz bu qədər ayrılıq.
Gəldi bəxtəvər ayrılıq.
Bu qədər eşqin içində,-
Olmaz bu qədər ayrılıq.
Nə ocaq,nə pirdi elə,
Ha sayasan,birdi elə.
Kiminə xeyirdi elə,
Kiminə də şər ayrılıq.
Ha sayasan,birdi elə.
Kiminə xeyirdi elə,
Kiminə də şər ayrılıq.
Bu duruşa,bu boya bax,
Baxsan,ad qoya-qoya bax.
Toya bax allah,toya bax,
Gəlin eşqdir,ər ayrılıq.
Baxsan,ad qoya-qoya bax.
Toya bax allah,toya bax,
Gəlin eşqdir,ər ayrılıq.
ƏCƏB QOL GÖTÜRÜB YOL AYRICLARI
Bu sürü obadan,oymaqdan keçib,
İtən quzuları saymaqdan keçib.
Daha baldan keçib,qaymaqdan keçib,
Sən bizim tərəfə şora gələrsən.
Bir şirin yuxunun göründü boyu,
Qərib beşiyidir qucağım,uyu.
Döşünə yatmasa Xəzərin suyu,
Araza göz qoyub,Kürə gələrsən.
Bağrına basıbdır zirvələr qarı,
Duman qayıtmamış ayrılaq barı.
Əcəb qol götürüb yol ayrıcları,
Qürbətdə çəkilsəm dara,gələrsən.
UŞAQLIĞIM ƏL ELƏYİR UZAQDAN...
Dağlar məni qarşılayan yerdəyəm,
Kol-kos basmış cığıra bax,yola bax.
Uşaqlığım əl eləyir uzaqdan,
Hünərin var kövrəl,dola-dola bax.
Qol götürdüm,baxan da yox oynuma,
Xatirələr sığındılar qoynuma.
Qəhərlənən kəndimizin boynuma,-
Qərib-qərib doladığı qola bax.
Dağ inciyib,duman yerdə seyrəlib,
Dən sovulub,saman yerdə seyrəlib.
Tay-tuşlarım yaman yerdə seyrəlib,
Ay Əlirza,ha sağa bax,sola bax!.
VƏTƏN DADI
Bir ayrılıq çeşməsidir,
Gözümdəki su qürbətdə.
Əcəb vətən dadı verir,-
Gördüyüm yuxu qürbətdə.
Dalğaları saya-saya,
Əksim düşdü axan çaya.
Yüz belə ömür yaşaya,
Oxumaz ki Qu qürbətdə.
Saçlarımda dən seçmişəm,
Bir ruhsuz bədən seçmişəm.
Gəl,sənə vətən seçmişəm,
Ürəyimi bu qürbətdə.
MƏN GÜNƏŞ DEMİŞƏM SEVƏN QADINA
Saçımın qırovu tutar gözünü,
Səni gözlədiyim yerə gələrsən.
Düşüb arxasınca xatirələrin,
Özünə dərd verə-verə gələrsən.
Mən Günəş demişəm sevən qadına,
Yer də saxlamadın düşəm yadına...
Bir sevgi zəvvarı yetər dadına,
Nazlana-nazlana pirə gələrsən.
Çəkibdir çarmıxa nəzər könlümü,
Bir qərib ahıyla bəzər könlümü.
Dinləmək istəsən Xəzər könlümü,
Araza üz tutub,Kürə gələrsən.
Əlirza Həsrət
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 27-11-2019 12:35
Baxış sayı: 31 317
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02